Skip to content
13 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Mədəniyyət
  • “Cırıq şalvar “5-ci kolon”un layihəsidir” – Professordan şok açıqlama
  • Mədəniyyət

“Cırıq şalvar “5-ci kolon”un layihəsidir” – Professordan şok açıqlama

Gələn ildən orta məktəblərdə yeni şagird davranış qaydaları tətbiq ediləcək. Bu məqsədlə “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”
Cavidan 22 Oktyabr, 2022
1666438248_13 (1)

Gələn ildən orta məktəblərdə yeni şagird davranış qaydaları tətbiq ediləcək. Bu məqsədlə “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” layihələri hazırlanıb.

Yeni qaydalara əsasən, şagirdlər şəxsi gigiyena qaydalarına riayət etməli, dərs zəngindən əvvəl üst geyimi (palto, papaq, kapüşonlu jaket və s.) çıxarmalı, ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid qaydalara riayət etməli (məktəbli forması, ayaqqabı və s.), geyim səliqəli və təmiz olmalı, uzunluğu çiyindən aşağı olan saçları səliqəli şəkildə arxadan toplamalı, fiziki tərbiyə dərsləri üçün məktəbin geyim qaydalarına riayət etməlidirlər.

Qaydalarda eyni zamanda, şagirdlərə qadağan olunan məsələlər də əksini tapıb. Belə ki, şagirdlərə çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal qadağan olunacaq.

Yeni məktəbli qaydaları təhsil ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Hətta buna qarşı çıxanlar da var ki, onlardan biri professor Şahlar Əsgərovdur.

Professor Modern.az-a açıqlamasında bildirib ki, qadağalar təhsilin səviyyəsinə mənfi təsir göstərə bilər. O, fikirlərini belə izah edib:

“İstənilən qadağalar məkanı cazibədar etməz. Cəmiyyətin, nazirliyin borcu savadlı gənc nəsil yetişdirməkdir. Gəncləri qadağa ilə yox, düşüncə ilə öyrətmək lazımdır. Qadağa primitiv yoldur, keçmişdə də belə olub. Təhsil və elm qadağalarla inkişaf edə bilməz. Bu, mənim fikrim deyil, bəşəri təcrübənin nəticəsidir. Bəşəriyyət qadağaları qıra- qıra bugünkü səviyyəsinə çatıb. Qadağalar hərbidə faydalı ola bilər, amma təhsilə azadlıq lazımdır ki, şüur, düşüncə inkişaf etsin. Qadağa pis nəticəni ləğv etmək üçün tətbiq edilir, biz nəticə ilə mübarizə yox, səbəbi aradan qaldırmağa çalışmalıyıq.

Misal üçün, cırıq cins şalvar geyinməyi qızlara qadağan edə bilmərik. Onları başa salmalıyıq ki, bu “5-ci kolon”un bizə tətbiq etdiyi qlobal bir proyekdir. Beynimizi zədəliyir, bizə biganəlik psixologiyası yeridirlər. Bizə həm də aşılayırlar ki, şalvar çırıqdı fikir vermə, qonşun əyyaşdı və ya əxlaqsızdı fikir vermə, milli dəyərlər əldən gedir. Bütün bunlar uzun illərə hesablanıb”.

Professor təhsil həllini gözləyən daha vacib məsələlərin olduğunu söyləyib:

“Təhsildə vacib problemlər çoxdur. Yeni süni problemlərə ehtiyac yoxdur. Təhsili idarəedənlərin sırasında hüquqşünaslarla, iqtisadçılarla bərabər pedoqoji sahənin mütəxəsisləri də olmalıdır. Yoxsa yeni qadağalarla qarşılaşacayıq”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: İran Ermənistana silah satır? – XİN rəhbərindən AÇIQLAMA
Next: İlham Əliyev onları təltif etdi – SƏRƏNCAM

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-06 115014
  • Mədəniyyət

Şuşada çərkəz musiqiləri ifa edilib

Cavidan 6 İyul, 2026
Screenshot 2026-06-29 100122
  • Mədəniyyət

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

Cavidan 29 İyun, 2026
Screenshot 2026-06-11 104958
  • Mədəniyyət

Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb

Cavidan 11 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 727)
  • Dünya (3. 453)
  • Gündəm (11. 945)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (521)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 013)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Zaporojye vilayətində Rusiyanın endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb Screenshot 2026-07-13 101148 1
  • Cəmiyyət

Zaporojye vilayətində Rusiyanın endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb

13 İyul, 2026
Prezident IV Şuşa Qlobal Media Forumunun məqsədindən danışıb Screenshot 2026-07-13 094032 2
  • Siyasət

Prezident IV Şuşa Qlobal Media Forumunun məqsədindən danışıb

13 İyul, 2026
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşəcək Screenshot 2026-07-13 091335 3
  • Siyasət

İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşəcək

13 İyul, 2026
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub Screenshot 2026-07-11 160048 4
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

11 İyul, 2026
İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib Screenshot 2026-07-11 153111 5
  • Cəmiyyət

İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib

11 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9727) Dünya (3453) Gündəm (11945) Kateqoriyasızlar (521) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3013) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.