Skip to content
14 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Azərbaycanda niyə hicablı qadınlar vəsiqə şəklində başını açmalıdırlar? – ARAŞDIRMA
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanda niyə hicablı qadınlar vəsiqə şəklində başını açmalıdırlar? – ARAŞDIRMA

Bildiyimiz kimi, Azərbaycanda pasport üçün fotolarda baş örtüyündən istifadəyə icazə verilmir. Rusiya və ABŞ-da belə, hicablı xanımlar başlarını
Cavidan 22 Oktyabr, 2022
1666381160_1

Bildiyimiz kimi, Azərbaycanda pasport üçün fotolarda baş örtüyündən istifadəyə icazə verilmir. Rusiya və ABŞ-da belə, hicablı xanımlar başlarını açmadan vəsiqə ala bilirlər. Azərbaycanın Daxili İşlər Nazirliyi ölkədəki bu qanunu Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə əsaslandırır. Lakin həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri dəqiq göstərilib. Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyi, istisna hal kimi isə səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların mövcudluğu qeyd olunub. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilib. Bununla belə, Azərbaycan Respublikasının qanunvericiliyində yuxarıda göstərilən müstəsna hallar nəzərdə tutulmur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Sonxeber.az-a bildirib ki, vətəndaşın fotoşəkli Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun formada pasportu verən orqanda çəkilir:
Azərbaycanda niyə hicablı qadınlar vəsiqə şəklində başını açmalıdırlar? – ARAŞDIRMA
[center][img]http://azadmedia.az/uploads/posts/2022-10/1666418095_1666381146_2.jpg[/img][/center]
“Fotoşəkil çəkilərkən üzün cizgiləri açıq vəziyyətdə olmalı və baş geyimlərindən, pariklərdən və digər vasitələrdən istifadəyə yol verilməməlidir.

Azərbaycan Respublikasının müvafiq qanunlarına əsasən vətəndaşın fotoşəkli Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun formada pasportu verən orqanda çəkilir. Həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri göstərilib. Həmin sənədə əsasən fotoşəkil çəkilərkən üzün cizgiləri açıq vəziyyətdə olmalı və baş geyimlərindən, pariklərdən və digər vasitələrdən istifadəyə yol verilməməlidir. Təsbit olunan nümunələrdə fotoşəklin başörtüyü ilə çəkilməsinin yolverilməzliyi, lakin istisna hal kimi səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların olduğu da qeyd olunub.

Bütün dünyada təhlükəsizlik məqsədilə pasport və şəxsiyyət vəsiqəsi üçün şəkillə bağlı bir sıra məhdudiyyətlər tətbiq olunur. Şəxsin üz görünüşü sənəddə tamamilə əks olunmalı, yəni, şəxsin üz quruluşu, sifət cizgiləri aydın olmalıdır. Başörtüyü vətəndaşın göz, ağız-burun, alın və çənə nahiyələrini örtməməlidir.

Eynəkdə isə məhz şəxsin göz nahiyəsi aydın görünməli, eynək onu qapamamalı, tünd olmamalı, tam şəffaf olmalıdır.

Bununla yanaşı, qanunvericilikdə şəxsin saqqalla şəklinin çəkilməsinə dair qadağa yoxdur. Əgər vətəndaş gündəlik həyatda saqqal saxlayırsa, saqqalla şəkil çəkdirə bilər”.

Vəkil Hüseyn İsmayılov bildirib ki, məsələnin tənzimlənməsi dövlətlərin iradəsindən asılıdır:
[center][img]http://azadmedia.az/uploads/posts/2022-10/1666418100_1666381105_3.jpg[/img][/center]
“Hicablı xanımlardan şəkli çəkdirəndə hicabı çıxartmaq tələbi Azərbaycan Respublikası Qanunvericiliyinə zidd hesab olunmur, lakin yerli və beynəlxalq məhkəmələrdə mübahisələndirilə bilər.

Adıçəkilən Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli Maşınla oxuna bilən səyahət sənədləri (Machine Readable Travel Documents) haqqında tələblərin bir qismi isə belədir:

– Foto ağ fonda və naxışsız olmalıdır, arxa fonda kölgə olmamalıdır, son vəziyyətini göstərmək üçün şəxs tərəfindən son 6 (altı) ay ərzində çəkilmiş olmalıdır.
– Üz tam görünməli, saç düzümü ilə birlikdə fotoşəkilin ortasında olmalıdır. Fotoşəkildə heç bir ləkə və ya əyilmə olmamalıdır. Rənglər neytral olmalı və üzün təbii rənglərini əks etdirməlidir. Kontrast yaxşı tənzimlənməli, detallar kifayət qədər kəskin və aydın olmalıdır.
– Gözlər açıq vəziyyətdə olmalı və aydın görünməlidir. Şəkil çəkərkən saçlar gözləri örtməməli və birbaşa kameraya baxmalıdır. İşıq üzə bərabər şəkildə əks olunmalı, əks və kölgə olmamalıdır.
– Fotoşəkildə “qırmızı göz” olmamalıdır. Gözlər aydın görünməli, eynəkdə əks olunmamalı, rəngli eynək və ya gün eynəklərindən istifadə edilməməlidir. Eynək lensinin kənarı və ya çərçivəsi gözləri örtməməli və ya onları örtəcək qədər qalın olmamalıdır.
– Uşaqların fotoşəkillərində başqa insanlar və əşyalar olmamalıdır.
– Fotoşəkildə şəxsin mütləq istifadə etdiyi eynək və buna bənzər aksesuarlar istisna olmaqla, papaqlar, papaqlar, borular və s. obyektlər mövcud olmamalıdır.
– Hicablı fotolarda üz çənənin ucundan alnına qədər görünməli, üzdə kölgə olmamalıdır.

Sənəddə hicablı fotolara dair tələblər də müəyən edildiyindən və Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən hicablı fotolara dair hər hansı qadağa olmadığından həmin məsələnin tənzimlənməsi dövlətlərin iradəsindən asılıdır. Odur ki, şəxsiyyət vəsiqəsində hicablı fotonun yerləşdirilməsinə yol verilməməsi və hicablı xanımlardan şəkli çəkdirəndə hicabı çıxartmaq tələbi Azərbaycan Respublikası Qanunvericiliyinə zidd hesab olunmur, lakin yerli və beynəlxalq məhkəmələrdə mübahisələndirilə bilər”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Bütün türkdilli ölkələrlə münasibətlər bizim üçün prioritetdir” – İlham Əliyev
Next: Yeni doğulan uşağın ölümünə həkimlər səbəb olub – RƏSMİ

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-13 182506
  • Cəmiyyət

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Cavidan 13 İyul, 2026
Screenshot 2026-07-13 180049
  • Cəmiyyət

Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib

Cavidan 13 İyul, 2026
Screenshot 2026-07-13 170129
  • Cəmiyyət

Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var

Cavidan 13 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 734)
  • Dünya (3. 453)
  • Gündəm (11. 948)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 013)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ Screenshot 2026-07-13 182506 1
  • Cəmiyyət

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

13 İyul, 2026
Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib Screenshot 2026-07-13 180049 2
  • Cəmiyyət

Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib

13 İyul, 2026
Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var Screenshot 2026-07-13 170129 3
  • Cəmiyyət

Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var

13 İyul, 2026
“Diario La R”: IV Şuşa Media Forumu – dünyanın aparıcı media hadisələrindən biridir Screenshot 2026-07-13 163348 4
  • Cəmiyyət

“Diario La R”: IV Şuşa Media Forumu – dünyanın aparıcı media hadisələrindən biridir

13 İyul, 2026
“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək Screenshot 2026-07-13 133951 5
  • Cəmiyyət

“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək

13 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9734) Dünya (3453) Gündəm (11948) Kateqoriyasızlar (522) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3013) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.