Skip to content
10 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 872)
  • Dünya (3. 183)
  • Gündəm (11. 094)
  • İdman (618)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 937)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Gündəm
  • Gündəm

Ermənilərdən növbəti saxtakarlıq: Tarixi abidəmizi 22 ildir gizlədirmişlər – FOTO

“İrəvan şəhərində bizdən gizlədilən türk-müsəlman abidəsi aşkarlanıb”. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı
Cavidan 10 Oktyabr, 2022

“İrəvan şəhərində bizdən gizlədilən türk-müsəlman abidəsi aşkarlanıb”.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Səbuhi Hüseynov məlumat paylaşıb.

O bildirib ki, türbələr müsəlman dünyasında görkəmli alimlərin, hökmdarların, tanınmış sərkərdələrin qəbirləri üzərində ucaldılan və üzəri xüsusi qübbələrlə örtülən dini abidələrimizdəndir.

Paylaşımda qeyd edilib ki, onlara Azərbaycanın demək olar ki bir çox yerində rast gəlinir:

“Məsələn, Naxçıvanda Möminə Xatun türbəsi, İrəvan şəhəri yaxınlığında ermənilərin özgəninkiləşdirərək Türkmən türbəsi adlandırdığı Əmir Səəd türbəsi, Ağdam rayonunda Qutlu Musa oğlu türbəsi və başqalarını göstərmək olar. Lakin bu türbələri İrəvan şəhərinin Arami küçəsi 6 ünvanında yerləşən gecə klubu ilə hansı bağlantısı ola bilər? Dini abidənin, özü də müsəlman dini abidəsinin gecə klubu ilə nə əlaqəsi var?

Möhkəm durun, 22 ildir aşkar edilməsinə baxmayaraq, bizdən gizlədilən bir abidənin axtarışındayıq. 2001-ci ildə gördüyünüz bu gecə klubunun zirzəmisində hovuz inşa edilən zaman ermənilər 9 metr dərinliyə aparan bir boşluq tapmışdılar. Bu boşluq Qafqazda olan türbələr arasında öz memarlığı ilə Ağdam rayonunda yerləşən dünya əhəmiyyətli Qutlu Musa oğlu türbəsi ilə eynilik təşkil edir. Erməni arxeoloqlar burada iş apararkən, onu istər erməni cəmiyyətindən və istərsə də beynəlxalq ictimaiyyətdən gizlətmişdilər. Öz möhtəşəmliyi ilə seçilə bilən qədim dini abidəmiz 22 ildir ki gizlədilir. Bu yaxınlarda rəsmi olaraq qeydiyyata alındıqdan sonra bu yerin axtarışına çıxdıq. Üzərində gecə klubu fəaliyyət göstərir. Bəs, nə üçün belə bir vandallıq etdikləri sualı da bəllidir. İrəvanın ən qədim məhəlləsi olan Şəhər məhəlləsində Zal xan məscidi ilə üzbəüz yerləşən bu türbə XIV əsrə aiddir. Ermənilər iddia edirlər ki, burada monqollar dəfn ediliblər. Azərbaycan xalqının maddi-mədəni irsinə qənim kəsilən mənfur qonşularımız hər addımda irsimiz yox edilməsi və bu, mümkün olmadıqda özgəninkiləşdirilməsi siyasətinə bir növ adətkardırlar.

Bu üzdən aşkar olunan bu abidəmiz də əxlaqsızlıq məkanının əsirinə çevrilmiş və uzun illər hər kəsdən gizlədilmişdir. Guya buna gecə klubunun sahibi ilə İrəvan meriyası arasında olan mübahisə mane olmuşdur. Arxeoloji qazıntı və bərpa adı altında aparılan işlərdən uzun bir müddət sonra ermənilər belə bir abidənin aşkar edilməsini ehtiyatla dilə gətirsələr də, yeni məkrli bir fənd də işlətmişdilər. Belə ki, guya arxeoloqlar müsəlmanlara məxsus türbədə iş apararkən türbə qapısı üzərində ərəb dilli yazı ilə bərabər erməni dilində yazıya da rast gəliblər.

Maraqlıdır ki, Qafqazın müsəlman türbələrinin heç birində bu günə qədər belə bir hadisəyə rast gəlinməmiş və saxtakarlıq edərkən bunları nəzərə almayıblar.

Azərbaycan xalqına məxsus dini abidəni gizlətmək və onun üzərində öz məqsədləri üçün gecə klubu inşa etməyin özü elə Ermənistan Respublikasının öz qanunları ilə də cinayətdir. Lakin nə beynəlxalq hüquq və nə də öz qanunlarına məhəl qoymadan belə bir işə yol verdiklərini görürük. Türbə ilə bağlı bütün görüntülər internetdən silinib”.

Continue Reading

Previous: Hamamda məşhur prokurorla tanış olan şəxs onu çılpaq fotoları ilə şantaj edib
Next: Həbsdə olan generallarla bağlı yeni QƏRAR

Bölmənin digər xəbərləri

Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi
  • Cəmiyyət

Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi

10 Fevral, 2026
Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib
  • Cəmiyyət

Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib

10 Fevral, 2026
Lukaşenko: Sərhədlərimizdə, xüsusilə Polşa tərəfindən hərbi fəallığın artırılması narahatlıq doğurur
  • Cəmiyyət

Lukaşenko: Sərhədlərimizdə, xüsusilə Polşa tərəfindən hərbi fəallığın artırılması narahatlıq doğurur

10 Fevral, 2026

Top 7 Xəbər

Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi 1

Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi

10 Fevral, 2026
Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib 2

Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib

10 Fevral, 2026
Lukaşenko: Sərhədlərimizdə, xüsusilə Polşa tərəfindən hərbi fəallığın artırılması narahatlıq doğurur 3

Lukaşenko: Sərhədlərimizdə, xüsusilə Polşa tərəfindən hərbi fəallığın artırılması narahatlıq doğurur

10 Fevral, 2026
Prezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi 4

Prezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi

10 Fevral, 2026
Rusiya Donetskə zərbə endirib: 2 nəfər ölüb 5

Rusiya Donetskə zərbə endirib: 2 nəfər ölüb

10 Fevral, 2026
Xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlbi məsələsi I oxunuşda qəbul edilib 6

Xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlbi məsələsi I oxunuşda qəbul edilib

10 Fevral, 2026
MM sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil haqqının dövlət hesabına qarşılanmasını qəbul edib 7

MM sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil haqqının dövlət hesabına qarşılanmasını qəbul edib

10 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 872)
  • Dünya (3. 183)
  • Gündəm (11. 094)
  • İdman (618)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 937)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8872) Dünya (3183) Gündəm (11094) Kateqoriyasızlar (459) Kriminal (1332) Mədəniyyət (334) Siyasət (2937) Texnologiya (14) İdman (618) İqtisadiyyat (568)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi 10 Fevral, 2026
  • Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib 10 Fevral, 2026
  • Lukaşenko: Sərhədlərimizdə, xüsusilə Polşa tərəfindən hərbi fəallığın artırılması narahatlıq doğurur 10 Fevral, 2026
  • Prezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi 10 Fevral, 2026
  • Rusiya Donetskə zərbə endirib: 2 nəfər ölüb 10 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.