Skip to content
15 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 429)
  • Dünya (3. 370)
  • Gündəm (11. 755)
  • İdman (652)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 991)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Dünya
  • Dünya
  • Gündəm

Ermənistan Petrosyanın tezisləri ilə HƏRƏKƏT EDƏCƏKMİ? – GƏLİŞMƏ

Ermənistan cəmiyyəti, siyasi elita olaraq həm müxalifət, həm də iqtidar sanki kar və kordur. Belə bir bəyanatla yerli
Cavidan 3 Oktyabr, 2022

Ermənistan cəmiyyəti, siyasi elita olaraq həm müxalifət, həm də iqtidar sanki kar və kordur. Belə bir bəyanatla yerli KİV-lərə müsahibəsində politoloq İlqar Vəlizadə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkəsinin kapitulyasiya imzalamasına dair dediklərini şərh edərkən bildirib.
Ter-Petrosyan bir neçə gün əvvəl bildirib ki, “tarixdə Ermənistandan qat-qat güclü dövlətlərin təslim olması halları çox olub. Dünyada elə bir qonşu ölkə yoxdur ki, onlar arasında sülh sazişləri imzalanmasın”.
“Bəli, bu, Ermənistanın kapitulyasiyasıdır”, – deyə Levon Ter-Petrosyan bildirib.

Politoloq İlqar Vəlizadə bildirib ki, Ter-Petrosyan artıq neçə illərdir bəzi həqiqətləri dilə gətirir. Amma onu heç kim eşitmir:
“Başqa sözlə, Ermənistan cəmiyyəti, siyasi elita olaraq həm müxalifət, həm də iqtidar sanki kar və kordur. Cəmiyyət bu mesajları eşitmir, dərk etmir. Ter-Petrosyan reallıqları deyib. Sadəcə olaraq ictimai rəy, bu cür həqiqətləri qavramır, olduğu kimi qəbul etmir, barışmır. Bu həqiqəti anlasaydılar, yəqin ki, hansısa praktiki addımlarda bunu görmək mümkün olardı”.
Onun sözlərinə görə, Levon Ter-Petrosyan deyir ki, bu oyunları qurtarmaq, reallıqları, məğlubiyyəti qəbul etmək lazımdır:
“Ermənistan qəbul etməlidir ki, resursu yoxdur və kapitulyasiya imzalayıb. Bu mənada, Ermənistanın sülh prosesində nəyinsə alverini etmək imkanları da yoxdur. Ermənistanın belə bir imkanı olsaydı, bunu çoxdan edərdi. Paşinyan son dövrlərdə tez-tez Qərbə səfərlər edir. Erməni baş nazir Nyu-Yorku və Parisi ziyarət edib. O, Qərb ölkələrinin dəstəyini qazanmaq istəyir. Amma həm ABŞ-dan, həm də Fransadan eyni cavabı eşidib – get danışıqlar apar. Qərb də anlayır ki, Ermənistan elə bir vəziyyətdədir ki, ona dəstək vermək əbəsdir. Heç bir resursu olmayan bir ölkəyə hansı dəstəyi vermək olar? Ermənistan digər ölkələrin resursları ilə özünün siyasətini qura bilməz”.

Ter-Petrosyanın “Paşinyanın yerinə bir başqası gəlsə, bundan ağır şərtlərlə sülh imzalayacaq” fikrinə gəldikdə isə, politoloq qeyd edib ki, keçmiş prezident burada bir məqamı da göstərir:
“Petrosyan göstərir ki, revanşist qüvvələrin hakimiyyətə gəlişi daha ağır nəticələrə yol açacaq. O, bununla vəziyyətin hansı dərəcədə acınacaqlı və sülh müqaviləsinin qaçılmaz olduğunu göstərir. Petrosyan deyir ki, hazırki şərtlərlə sülhü imzalamasaq daha ağır şərtlərlə sülh imzalamalı olacağıq. Yeri gəlmişkən, Ter-Petrosyan 1997-ci ildə də bildirmişdi ki, Qarabağ məsələsini fürsət varkən həll etməliyik. O deyirdi ki, Ermənistan qalib ölkədir və müəyyən şərtləri diktə etmək iqtidarındadır. Amma vaxt gələcək bunu edə bilməyəcəyik. Artıq illər keçib və onun sözləri reallaşıb. Petrosyan yenə də eyni şeyi deyir”.
Ekspert onu da bildirib ki, əgər indiki Azərbaycanın təklif etdiyi şərtlərlə sülh müqaviləsi imzalanmasa, Ermənistan daha ağır şərtlərlə üz-üzə qala bilər.
II Qareginin keçirdiyi toplantıya da toxunan İ.Vəlizadə bildirib ki, revanşistlər öz üzərlərinə məsuliyyət götürmək istəmirlər. Onlar üçün kimsə bu sülhə qol çəkməlidir və məsuliyyəti öz üzərinə götürməlidir:
“Sonra isə həmin revanşistlər meydanlara çıxaraq bunu təslimçilik siyasəti adlandıracaqlar. Onların əsas məqsədi sülh müqaviləsi yox, hakimiyyətə gəlməkdir. Revanşitslər reallığı görür və dərk edirlər. Bununla belə, öz siyasi məqsədləri üçün sülhün imzalanmasını fərqli istiqamətə yozacaqlar. Çünki bu insanların əsas məqsədi hakimiyyətə gəlməkdir”.
 //sputnik.az//

Continue Reading

Previous: Məktəbəhazırlıq qruplarında tədris prosesi başlayacaq
Next: Ceyhun Bayramov erməni nazirlə görüşdə bunları deyib – XİN açıqlama yaydı

Bölmənin digər xəbərləri

Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
  • Dünya

Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

15 May, 2026
BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır
  • Dünya

BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır

15 May, 2026
Tramp iki günlük səfərindən sonra Çini tərk edib
  • Dünya

Tramp iki günlük səfərindən sonra Çini tərk edib

15 May, 2026

Top 7 Xəbər

Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib 1

Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib

15 May, 2026
Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib 2

Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib

15 May, 2026
Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub 3

Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub

15 May, 2026
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb 4

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb

15 May, 2026
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir 5

Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

15 May, 2026
Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır 6

Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır

15 May, 2026
BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır 7

BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır

15 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 429)
  • Dünya (3. 370)
  • Gündəm (11. 755)
  • İdman (652)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 991)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9429) Dünya (3370) Gündəm (11755) Kateqoriyasızlar (496) Kriminal (1387) Mədəniyyət (349) Siyasət (2991) Texnologiya (14) İdman (652) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib 15 May, 2026
  • Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib 15 May, 2026
  • Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub 15 May, 2026
  • Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb 15 May, 2026
  • Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir 15 May, 2026
© Addim.az | MoreNews by AF themes.