Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstana səfər edəcək.
Bu barədə Çavuşoğlu indoneziyalı həmkarı Retno Marsudillə keçirdiyi mətbuat konfransında deyib.
“Yaxın günlərdə bəzi ölkələrin xarici işlər nazirləri ilə birlikdə Kabilə getməyi planlaşdırırıq. Bu fikri bir sıra dost və qardaş ölkələrin nazirləri dəstəklədilər. Önümüzdəki günlərdə bu səfər gerçəkləşəcək”, – XİN rəhbəri söyləyib.