Skip to content
28 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 764)
  • Dünya (3. 153)
  • Gündəm (10. 966)
  • İdman (611)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 320)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Bu halda siyasi partiyanın fəaliyyəti dayandırılacaq

Siyasi partiyanın fəaliyyətinin dayandırılacağı və bərpa ediləcəyi hallar müəyyənləşir. Bu barədə yeni hazırlanan “Siyasi partiyalar haqqında” qanun layihəsinin
Cavidan 7 Sentyabr, 2022

Siyasi partiyanın fəaliyyətinin dayandırılacağı və bərpa ediləcəyi hallar müəyyənləşir.

Bu barədə yeni hazırlanan “Siyasi partiyalar haqqında” qanun layihəsinin 8-ci maddəsində qeyd edilib.

Layihəyə əsasən, hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyanın fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət dövrü başa çatanadək dayandırıla bilər. Bununla bağlı məsələlər “Hərbi vəziyyət haqqında” və “Fövqəladə vəziyyət haqqında” qanunlarına uyğun olaraq tənzimlənəcək.

Layihəyə görə, siyasi partiya fəaliyyətini müvəqqəti dayandıra bilər. Bu barədə qərar (fəaliyyətin dayandırıldığı müddət dəqiq göstərilməklə) siyasi partiyanın qurultayı tərəfindən qəbul olunur. Qurultayın keçirildiyi tarixdən 3 gün müddətində siyasi partiya qəbul olunmuş qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir və siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır. Siyasi partiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanuna uyğun olaraq müəyyən etdiyi pozuntuları xəbərdarlıqda göstərilmiş müddətdə aradan qaldırıb bu barədə məlumat vermədikdə, onun fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında apellyasiya məhkəməsinin qərarı ilə 1 il müddətinə dayandırıla bilər. Siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə apellyasiya məhkəməsinin qərarı İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq qəbul edilir. Həmin məhkəmə qərarı qüvvəyə mindiyi tarixdən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır. Siyasi partiyanın fəaliyyəti bu barədə qurultayın qərarı qəbul edildiyi tarixdən, yaxud müvafiq məhkəmə qərarı qüvvəyə mindiyi tarixdən dayandırılmış hesab olunur. Bu Qanunda nəzərdə tutulmuş halda siyasi partiyanın fəaliyyətinin dayandırıldığı müddət bitikdən sonra siyasi partiyanın fəaliyyəti bərpa olunmuş hesab olunur.

Bu Qanunda nəzərdə tutulmuş halda siyasi partiyanın fəaliyyətinin dayandırıldığı müddət bitikdən sonra siyasi partiya 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunda nəzərdə tutulmuş xəbərdarlığında göstərilmiş pozuntuları aradan qaldırır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu barədə məlumatı təqdim edir. Təqdim edilmiş məlumatda xəbərdarlıqda göstərilmiş pozuntuların tam aradan qaldırılması müəyyən edildikdə, məlumatın daxil olduğu tarixdən 30 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu barədə məlumatı siyasi partiyaya təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Həmin məlumat alındığı tarixdən siyasi partiyanın fəaliyyəti bərpa olunmuş hesab olunur. Bu Qanuna uyğun olaraq siyasi partiyanın fəaliyyətinin bərpa olunduğu tarixdən 3 gün müddətində siyasi partiya bu barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır. Bu Qanunda nəzərdə tutulmuş müddətdə məlumat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilmədikdə, həmçinin təqdim edilmiş məlumatda xəbərdarlıqda göstərilmiş pozuntuların tam aradan qaldırılmadığı müəyyən edildikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanuna uyğun olaraq tədbir görür.

Continue Reading

Previous: Bakıda bu yollar təmir ediləcək – Prezidentdən SƏRƏNCAM
Next: Laçında ekskavator ATƏŞƏ TUTULDU

Bölmənin digər xəbərləri

Mehdiabaddan metronun “28 may” stansiyasına tramvay yolu çəkiləcək
  • Cəmiyyət

Mehdiabaddan metronun “28 may” stansiyasına tramvay yolu çəkiləcək

28 Yanvar, 2026
Ədliyyə naziri Göyçayda vətəndaşları qəbul edəcək
  • Cəmiyyət

Ədliyyə naziri Göyçayda vətəndaşları qəbul edəcək

28 Yanvar, 2026
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir
  • Cəmiyyət

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir

28 Yanvar, 2026

Top 7 Xəbər

Mehdiabaddan metronun “28 may” stansiyasına tramvay yolu çəkiləcək 1

Mehdiabaddan metronun “28 may” stansiyasına tramvay yolu çəkiləcək

28 Yanvar, 2026
Ədliyyə naziri Göyçayda vətəndaşları qəbul edəcək 2

Ədliyyə naziri Göyçayda vətəndaşları qəbul edəcək

28 Yanvar, 2026
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir 3

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir

28 Yanvar, 2026
HAMAS İsrailin təşkilatın liderlərini hədəf ala biləcəyini düşünür 4

HAMAS İsrailin təşkilatın liderlərini hədəf ala biləcəyini düşünür

28 Yanvar, 2026
Abşeronda kişi dəm qazından boğulub 5

Abşeronda kişi dəm qazından boğulub

28 Yanvar, 2026
Kreml: Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək 6

Kreml: Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək

27 Yanvar, 2026
Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb 7

Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb

27 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 764)
  • Dünya (3. 153)
  • Gündəm (10. 966)
  • İdman (611)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 320)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8764) Dünya (3153) Gündəm (10966) Kateqoriyasızlar (454) Kriminal (1320) Mədəniyyət (329) Siyasət (2929) Texnologiya (14) İdman (611) İqtisadiyyat (564)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Mehdiabaddan metronun “28 may” stansiyasına tramvay yolu çəkiləcək 28 Yanvar, 2026
  • Ədliyyə naziri Göyçayda vətəndaşları qəbul edəcək 28 Yanvar, 2026
  • Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir 28 Yanvar, 2026
  • HAMAS İsrailin təşkilatın liderlərini hədəf ala biləcəyini düşünür 28 Yanvar, 2026
  • Abşeronda kişi dəm qazından boğulub 28 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.