Skip to content
30 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 334)
  • Dünya (3. 346)
  • Gündəm (11. 686)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (347)
  • Siyasət (2. 986)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

FHN-də müşavirə keçirildi, tapşırıq verildi

Şabran rayonunda yerləşən “Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığındakı meşəlik ərazidə baş vermiş yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin
Cavidan 18 Avqust, 2022

Şabran rayonunda yerləşən “Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığındakı meşəlik ərazidə baş vermiş yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Hazırda havanın isti və küləkli olması yanğın ocaqlarının tam söndürülməsinə mane olsa da, FHN-in yanğınsöndürmə qüvvələri tərəfindən mürəkkəb relyefli dağlıq, o cümlədən çətin keçilən və sıldırımlı qayalıq ərazidən xüsusi alpinist vasitə və ləvazimatlardan istifadə olunmaqla, Çıraqqala qalasından “Qalaaltı” İstirahət Mərkəzinə doğru yuxarıdan aşağı istiqamətdə soyutma işləri aparılır.

Bu gün səhər saatlarında fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev baş vermiş yanğınlarla bağlı “Qalaaltı” İstirahət Mərkəzində operativ əməliyyat müşavirəsi keçirib. Tədbirdə FHN-in aidiyyəti strukturlarının məsul şəxsləri, Siyəzən və Şabran Rayon İcra hakimiyyətlərinin başçıları, adı çəkilən rayonlarda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Bildirilib ki, təkcə ötən gün respublika üzrə 154 yanğına çıxış qeydə alınıb ki, onun da 38-i Şimal bölgəsinin payına düşür. Müşavirədə baş vermiş yanğınların genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində görülmüş işlər müzakirə olunub, zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, nazir müavini E.Mirzəyev “Qalaaltı” İstirahət Mərkəzində istirahət edən vətəndaşlarla görüşüb. O deyib ki, yanğın təhlükəsinin qarşısının alınması istiqamətində müvafiq zəruri tədbirlər həyata keçirilib, heç bir təhlükə mövcud deyil.

Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant E.Mirzəyev baş vermiş yanğınların qarşısının alınması ilə bağlı Şimal bölgəsindədir. Bu bölgədə yanğınlarla mübarizəyə 600 nəfər şəxsi heyət, 80-ə yaxın texnika, 2 ədəd helikopter və 1 ədəd “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub.

Xatırladaq ki, yanğınlarla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin, Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları iştirak edir. Həmçinin, yanğınsöndürmə əməliyyatlarına “Azərsu” ASC-nin, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları da cəlb edilib.

Hazırda yanğınlarla mübarizə davam etdirilir.

Continue Reading

Previous: Sabah 41 dərəcə isti olacaq
Next: FHN-dəki qadınlarla intim münasibətdə olan polkovnik SAXLANILDI

Bölmənin digər xəbərləri

Rusiyada mədən çöküb, uçqun altında qalanlar var
  • Dünya

Rusiyada mədən çöküb, uçqun altında qalanlar var

30 Aprel, 2026
Premyer Liqa: Təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu bu gün keçiriləcək
  • Gündəm

Premyer Liqa: Təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu bu gün keçiriləcək

30 Aprel, 2026
Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür
  • Cəmiyyət

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

30 Aprel, 2026

Top 7 Xəbər

Rusiyada mədən çöküb, uçqun altında qalanlar var 1

Rusiyada mədən çöküb, uçqun altında qalanlar var

30 Aprel, 2026
Premyer Liqa: Təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu bu gün keçiriləcək 2

Premyer Liqa: Təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu bu gün keçiriləcək

30 Aprel, 2026
Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür 3

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

30 Aprel, 2026
XTQ-nin yaradılmasından 27 il ötür 4

XTQ-nin yaradılmasından 27 il ötür

30 Aprel, 2026
Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür 5

Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür

29 Aprel, 2026
Bu müəllimlərin də bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək 6

Bu müəllimlərin də bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək

29 Aprel, 2026
Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün – Qaydalar 7

Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün – Qaydalar

29 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 334)
  • Dünya (3. 346)
  • Gündəm (11. 686)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (347)
  • Siyasət (2. 986)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9334) Dünya (3346) Gündəm (11686) Kateqoriyasızlar (484) Kriminal (1378) Mədəniyyət (347) Siyasət (2986) Texnologiya (14) İdman (648) İqtisadiyyat (591)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Rusiyada mədən çöküb, uçqun altında qalanlar var 30 Aprel, 2026
  • Premyer Liqa: Təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu bu gün keçiriləcək 30 Aprel, 2026
  • Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür 30 Aprel, 2026
  • XTQ-nin yaradılmasından 27 il ötür 30 Aprel, 2026
  • Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür 29 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.