Skip to content
8 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • İqtisadiyyat
  • Azərbaycanda ucuz taksi dövrü bitir? – Ekspert danışır
  • İqtisadiyyat

Azərbaycanda ucuz taksi dövrü bitir? – Ekspert danışır

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinhisar qanunvericiliyinin pozulması hallarının qarşısının alınması istiqamətində müraciətlərin
Cavidan 9 Avqust, 2022
1660019431_0001

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinhisar qanunvericiliyinin pozulması hallarının qarşısının alınması istiqamətində müraciətlərin araşdırılması ilə bağlı mütəmadi tədbirlər həyata keçirir.

“Delivery Azerbaijan” MMC tərəfindən Dövlət Xidmətinə “Bolt Services AZ” MMC-nin qanunsuz üsullarla digər bazar subyektlərini bazardan çıxarmaqla haqsız rəqabətə yol verdiyi barədə müraciət daxil olub.

Bununla bağlı müvafiq araşdırma aparılıb və “Bolt Services AZ” MMC haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə baxılması zamanı “Bolt Services AZ” MMC-nin onunla eyni bazarda fəaliyyət göstərən və ya həmin bazara daxil olmaq istəyən digər bazar subyektlərinin təsərrufat qərarlarının qəbul edilməsinə qanunsuz təsir göstərdiyi və bununla da “Haqsız rəqabət haqqında” Qanunun tələblərini pozduğu müəyyən edilib. Dövlət Xidməti tərəfindən işə baxılmanın nəticəsi olaraq yol verilmiş haqsız rəqabət hallarının qarşısının alınması və aradan qaldırılması məqsədilə “Bolt Services AZ” MMC-yə icrası məcbur olan göstəriş verilib, habelə haqsız rəqabətə yol verdiyinə görə müəssisə barədə maliyyə sanksiyası tətbiq olunub.

Maraqlıdır, “Bolt” haqsız rəqabət apararaq qanunu pozur, yoxsa ucuz taksi xidmətinin qarşısına sədd çəkilir? Dia.az-ın məlumatına görə, cebhe.info-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, şirkətlər UBER-ə, “Bolt”-a görə tənəzzülə uğrayıb, işini dayandırıb:

“”Bolt”, “UBER” aqreqator şirkətləridir, Azərbaycanda da fəaliyyət göstərirlər. Son zamanlar isə onlar rəqabət qaydalarını pozur. Statistika da bunu göstərir. Bazarda inhisarçılıq yaradırlar. Belə olan halda aidiyyəti qurumların bununla bağlı tədbir görməsi müsbət haldır. Biz aylardır, illərdir danışırıq ki, onlar bazarda haqsız rəqabət aparır, digər şirkətləri sıxışdırıb bazardan çıxarırlar. Neçə-neçə şirkətlər UBER-ə, “Bolt”-a görə tənəzzülə uğrayıb, işini dayandırıb. Yəni bu qədər keyfiyyətsiz və ucuz taksi xidməti dünyanın heç yerində yoxdur. Sürücüləri istismar edirlər, bazarda qiymətləri süni şəkildə ucuzlaşdırıb bütün müştəriləri özlərinə cəlb edirlər”.

Ekspertin sözlərinə görə, indiki bazar qiymətləri ilə taksi xidmətləri arasında heç bir əlaqə yoxdur:

“Bazarda yanacağın qiyməti bahalaşıb, işçi qüvvəsi, ərzaq, ehtiyat hissələri bahadır. Hər şey bahalaşıb, taksi xidməti isə get-gedə ucuzlaşır. UBER, “Bolt” nə etmək istəyir? Deməli, burada açıq maraqlar hiss olunur. Arxasında erməni iş adamlarının dayandığı bu şirkət Azərbaycanda özbaşınalıqla məşğuldur. Süni şəkildə qiymət endirilir. Bu şirkət sürücüləri öz təsirinə salır, gündəlik 25 manat qazanmaq üçün nə qədər gedişə məcbur edir. O gedişləri etmək üçün insan psixologiyası ona hazır olmalıdır, fiziki cəhətdən sürücü ona hazır deyil axı. Yorulur, qəzalar törədir. Ona görə düşünürəm ki, aidiyyəti qurumlar cərimələməklə yanaşı, taksi fəaliyyəti ilə bağlı qərar versə, yaxşı olar”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Daha bir “Taliban” lideri öldürüldü
Next: Azərbaycanda iki vəzifəli şəxs nöqsanlara görə İŞDƏN ÇIXARILDI

Bölmənin digər xəbərləri

BSoPJAlSsNVxBmQt b
  • Gündəm

Azərbaycan neftinin qiyməti 74 dollara düşüb

Cavidan 27 İyun, 2026
6a3cb1706cada6a v
  • İqtisadiyyat

Dünya bazarlarında “WTI” neftinin qiyməti 70 dollardan aşağı enib

Cavidan 25 İyun, 2026
Screenshot 2026-06-23 101538
  • Gündəm

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

Cavidan 23 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 707)
  • Dünya (3. 449)
  • Gündəm (11. 935)
  • İdman (673)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Tramp: Putin və Zelenski – güzəştə getməyən danışıqçılardır Ekran şəkli 2026-07-08 174132 1
  • Dünya

Tramp: Putin və Zelenski – güzəştə getməyən danışıqçılardır

8 İyul, 2026
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub Ekran şəkli 2026-07-08 162845 2
  • Dünya

Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub

8 İyul, 2026
Bir qrup diplomata diplomatik rütbələr verilib Ekran şəkli 2026-07-08 155240 3
  • Cəmiyyət

Bir qrup diplomata diplomatik rütbələr verilib

8 İyul, 2026
Pakistanda terrorçulara qarşı əməliyyat keçirilib, 11 əməkdaş həlak olub Ekran şəkli 2026-07-08 151223 4
  • Dünya

Pakistanda terrorçulara qarşı əməliyyat keçirilib, 11 əməkdaş həlak olub

8 İyul, 2026
Pərviz Şahbazov: “Yaşıl Enerji Dəhlizi” layihəsi inkişaf mərhələsinə keçib Ekran şəkli 2026-07-08 144327 5
  • Cəmiyyət

Pərviz Şahbazov: “Yaşıl Enerji Dəhlizi” layihəsi inkişaf mərhələsinə keçib

8 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9707) Dünya (3449) Gündəm (11935) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3009) Texnologiya (15) İdman (673) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.