“Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrindəki hərbçiləri Qarabağda Laçın dəhlizi vasitəsilə nəqliyyat vasitələrinin və insanların gecə-gündüz təhlükəsiz giriş-çıxışını təmin edir”.
Bu sözləri Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Aleksandr Ripski deyib.
“Biz Rusiya sülhməramlı kontingentinin varlığını göstəririk. Tranzit nəqliyyatın təhlükəsizliyini təmin edirik. Lazım gələrsə, hər bir avtomobil yoxlanılır”, – deyə Ripski bildirib.
Onu da qeyd edək ki, sülhməramlılar bütün müşahidə məntəqələrini mövcud vəziyyəti izləmək üçün 360 dərəcəli xarici müşahidə kameraları ilə təchiz edib.