Skip to content
6 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 170)
  • Dünya (3. 301)
  • Gündəm (11. 517)
  • İdman (639)
  • İqtisadiyyat (580)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 364)
  • Mədəniyyət (344)
  • Siyasət (2. 975)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Dünya
  • Dünya
  • Gündəm

Taxıl əkini sahələrinin 50,6 faizində yay şumu aparılıb

Bölgələrdə taxıl biçini başa çatmış sahələrdə yay şumunun aparılması davam edir. İyunun 26-dək ölkə üzrə 456556 hektar sahədə
Cavidan 26 İyul, 2022

Bölgələrdə taxıl biçini başa çatmış sahələrdə yay şumunun aparılması davam edir. İyunun 26-dək ölkə üzrə 456556 hektar sahədə yay şumu aparılıb.

Yay şumu aparılan sahələr növbəti il üçün proqnozlaşdırılan taxıl əkini sahələrinin 50.6 faizini təşkil edir.

Biçilmiş sahələrdə ən şox yay şumu Sabirabad (87.1%), Hacıqabul (84.9%), Neftçala (84.4%), Bərdə (84.4%), Yevlax (83.2%) və Ucar (81.5%) rayonlarında aparılıb.

Qeyd edək ki, mineral gübrələrin elmi əsaslarla verilməsi taxılın qida maddələrinə olan tələbatını ödəyir və buna görə də, müasir dövrdə taxıllar eyni tarlada 2-3 il fasiləsiz əkilir. Belə hallarda taxıldan sonra yenə taxıl əkiləcək sahənin hazırlanmasına kövşənliyin üzlənməsindən başlanmalıdır. Bu əməliyyat adətən torpaqda olan nəmliyin saxlanması və alaq cücərtilərinin məhv edilməsi məqsədilə aparılır. Lakin Azərbaycanda suvarılan bölgələrdə taxılın vegetasiyasının sonunda torpaq o dərəcədə quru olur ki, burada aparılan üzləmə nəmlik toplamaq və onu saxlamaqda bir tədbir kimi özünü doğrultmur. Əksinə, quru torpaqda aparılan üzləmə onu bir daha da qurudur və strukturunu pozur, nəticədə əsas şumun aparılması da gecikir. Gec aparılmış şumda sahə kəltənli olur və onu səpinqabağı ən azı 4-5 dəfə ağır mala və başqa alətlərlə yenidən becərmək lazım gəlir. Ona görə də taxıldan sonra sahənin taxıl üçün hazırlanması zəmi biçilən kimi torpağı dərhal laydırlı kotanla 25-30 sm dərinlikdə şumlamaq məsləhətdir.

Dəmyə şəraitdə isə 6-8 sm dərinlikdə üzləmə yaxşı nəticə verir.

Yay şumundan sonra növbəti taxıl səpininə üç-dörd ay vaxt qalır. Bu müddətdə yay şumunu bir neçə dəfə diskli alətlə becərməklə onu normal hala gətirmək olur. Belə ki, bu müddət ərzində torpaq hamarlanır, yumşaq səpin qatı yaranır ki, buna bir növ torpağın yarımherik üsulu ilə becərilməsi deyilir.

Payızda qaldırılmış şumda isə becərməyə vaxt az qaldığından keyfiyyətli becərmə aparmaq müəyyən qədər çətin olur. Ona görə də payız şumuna nisbətən yay şumu böyük üstünlüyə malikdir.

Yay şumu davam edir.

Continue Reading

Previous: Yeni icra başçısı DTX generalıdır
Next: Vilayət Eyvazovdan yeni TƏYİNAT – FOTO

Bölmənin digər xəbərləri

Odessanın atəşə tutulması nəticəsində üç nəfər həlak olub
  • Dünya

Odessanın atəşə tutulması nəticəsində üç nəfər həlak olub

6 Aprel, 2026
SEPAH: İran səfirliklərinə hücum olarsa, bölgədəki İsrail səfirlikləri qanuni hədəf olacaq
  • Dünya

SEPAH: İran səfirliklərinə hücum olarsa, bölgədəki İsrail səfirlikləri qanuni hədəf olacaq

4 Aprel, 2026
Baş nazir müşavirə keçirib, leysan yağışların vurduğu ziyanla bağlı tapşırıqlar verilib
  • Cəmiyyət

Baş nazir müşavirə keçirib, leysan yağışların vurduğu ziyanla bağlı tapşırıqlar verilib

4 Aprel, 2026

Top 7 Xəbər

Odessanın atəşə tutulması nəticəsində üç nəfər həlak olub 1

Odessanın atəşə tutulması nəticəsində üç nəfər həlak olub

6 Aprel, 2026
SEPAH: İran səfirliklərinə hücum olarsa, bölgədəki İsrail səfirlikləri qanuni hədəf olacaq 2

SEPAH: İran səfirliklərinə hücum olarsa, bölgədəki İsrail səfirlikləri qanuni hədəf olacaq

4 Aprel, 2026
Baş nazir müşavirə keçirib, leysan yağışların vurduğu ziyanla bağlı tapşırıqlar verilib 3

Baş nazir müşavirə keçirib, leysan yağışların vurduğu ziyanla bağlı tapşırıqlar verilib

4 Aprel, 2026
Zelenski Türkiyəyə gedib 4

Zelenski Türkiyəyə gedib

4 Aprel, 2026
Rusiya Ukraynada Nikopol şəhərindəki bazara zərbə endirib: 5 ölü, 19 yaralı var 5

Rusiya Ukraynada Nikopol şəhərindəki bazara zərbə endirib: 5 ölü, 19 yaralı var

4 Aprel, 2026
Sabah yağış yağacaq 6

Sabah yağış yağacaq

4 Aprel, 2026
SEPAH ABŞ-nin Ər-Riyaddakı səfirliyinə hücumla əlaqəsini təkzib edib 7

SEPAH ABŞ-nin Ər-Riyaddakı səfirliyinə hücumla əlaqəsini təkzib edib

4 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 170)
  • Dünya (3. 301)
  • Gündəm (11. 517)
  • İdman (639)
  • İqtisadiyyat (580)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 364)
  • Mədəniyyət (344)
  • Siyasət (2. 975)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9170) Dünya (3301) Gündəm (11517) Kateqoriyasızlar (476) Kriminal (1364) Mədəniyyət (344) Siyasət (2975) Texnologiya (14) İdman (639) İqtisadiyyat (580)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Odessanın atəşə tutulması nəticəsində üç nəfər həlak olub 6 Aprel, 2026
  • SEPAH: İran səfirliklərinə hücum olarsa, bölgədəki İsrail səfirlikləri qanuni hədəf olacaq 4 Aprel, 2026
  • Baş nazir müşavirə keçirib, leysan yağışların vurduğu ziyanla bağlı tapşırıqlar verilib 4 Aprel, 2026
  • Zelenski Türkiyəyə gedib 4 Aprel, 2026
  • Rusiya Ukraynada Nikopol şəhərindəki bazara zərbə endirib: 5 ölü, 19 yaralı var 4 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.