Skip to content
6 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • “Əl çəkin bundan, cəzalandırılacaqsınız” – Prezidentdən XƏBƏRDARLIQ
  • Siyasət

“Əl çəkin bundan, cəzalandırılacaqsınız” – Prezidentdən XƏBƏRDARLIQ

“Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt
Cavidan 25 İyul, 2022
1658745219.170940_82114809762422144

“Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt edilmişdir”.

Bu sözləri Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib.

“Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilmişdir, ya da ki, sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilmişdir. Biz bu məsələni bu yaxınlarda ciddi araşdırmağa başladıq və gördük ki, burada çox böyük pozuntular var. Vəzifəli şəxslər yerli icra orqanlarının nümayəndələrinə göstəriş verirdilər ki, o torpağı mənə ver, bu torpağı mənə ver. Beləliklə də torpaq fondu azalırdı və torpaqların qanunsuz zəbt edilməsi prosesi əfsuslar olsun ki, geniş vüsət almışdır. Bu, təkcə regionlara aid olan məsələ deyil, Bakı şəhərində, Abşeron yarımadasında da belə hallar var. Yəqin siz də bilirsiniz, bu yaxınlarda ictimaiyyətin bir qrup nümayəndəsi mənə müraciət etmişdir ki, böyük tarixə malik olan Buzovna qayaları bəzi insanlar tərəfindən zəbt edilmişdir. Mən Bakı Şəhər İcra Hakimiyyətinin başçısına dərhal göstəriş verdim ki, bu məsələ araşdırılsın, mənə məruzə edilsin və mənə məruzə edildi. Çox böyük pozuntular aşkarlandı, çox böyük pozuntular. Bu qanunsuz əməllərə kimlər əl atıb? Dövlət məmurları və bəzi dırnaqarası sahibkarlar! Onların da siyahısı var. Bu, tarixə qarşı, bizim təbiətimizə qarşı cinayətdir. Bu qayalar Bakının rəmzidir, bu qayalar əsrlər boyu sahilimizin gözəlliyini əks etdirirdi. Bu qayalara insanlar yaxınlaşırdı, orada filmlər çəkilirdi. Kimsə bunu zəbt edir, onları sındırır, özləri üçün villa tikir.

Əfsuslar olsun ki, belə hallar çoxdur. Bu gün bir daha demək istəyirəm ki, bu hallara qarşı çox ciddi mübarizə aparılır. Çünki idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır. Həm rəhbərlik edəcəyiniz rayonlarda, həm bütün ölkə üzrə, Abşeron yarımadasında, sahilboyu ərazilərdə, bütün rayonlarda araşdırılmalıdır və qanunsuz əməllərə son qoyulmalıdır”, – dövlət başçısı bildirib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Bayraqdar” Qara dənizdə rus katerini vurdu
Next: Prezident bu gün təyin olunan yeni icra başçılarını qəbul edib

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-07-04 152001
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

Cavidan 4 İyul, 2026
Screenshot 2026-07-01 154646
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

Cavidan 1 İyul, 2026
Ekran şəkli 2026-06-25 163725
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 694)
  • Dünya (3. 436)
  • Gündəm (11. 925)
  • İdman (672)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Cəlilabadın Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb Screenshot 2026-07-06 183955 1
  • Cəmiyyət

Cəlilabadın Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb

6 İyul, 2026
Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib Screenshot 2026-07-06 181728 2
  • Cəmiyyət

Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib

6 İyul, 2026
Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb Screenshot 2026-07-06 125223 3
  • Cəmiyyət

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb

6 İyul, 2026
Zelenski: “Patriot” üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir Screenshot 2026-07-06 122743 4
  • Dünya

Zelenski: “Patriot” üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir

6 İyul, 2026
Şuşada çərkəz musiqiləri ifa edilib Screenshot 2026-07-06 115014 5
  • Mədəniyyət

Şuşada çərkəz musiqiləri ifa edilib

6 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9694) Dünya (3436) Gündəm (11925) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3009) Texnologiya (15) İdman (672) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.