Skip to content
26 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 750)
  • Dünya (3. 147)
  • Gündəm (10. 942)
  • İdman (611)
  • İqtisadiyyat (561)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanda Milli Mətbuat Günüdür

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 147 il ötür. Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi
Cavidan 22 İyul, 2022

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 147 il ötür.

Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.

O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib.

Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Dövlət başçısı 2017-ci ildə mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncam imzalayıb.

Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir.

Prezident İlham Əliyev 30 iyun 2020-ci il tarixdə Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Continue Reading

Previous: Media Reyesteri nə vaxt istifadəyə veriləcək? – AÇIQLAMA
Next: Şeyxin müavini gəlinini məhkəməyə verdi

Bölmənin digər xəbərləri

“Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib
  • Dünya

“Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib

26 Yanvar, 2026
Göndərişlər ən çox bu xəstəliklərə görə verilib
  • Dünya

Göndərişlər ən çox bu xəstəliklərə görə verilib

26 Yanvar, 2026
Azərbaycanda Nipah virusuna yoluxma qeydə alınıb? – Rəsmi açıqlama
  • Gündəm

Azərbaycanda Nipah virusuna yoluxma qeydə alınıb? – Rəsmi açıqlama

26 Yanvar, 2026

Top 7 Xəbər

“Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib 1

“Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib

26 Yanvar, 2026
Göndərişlər ən çox bu xəstəliklərə görə verilib 2

Göndərişlər ən çox bu xəstəliklərə görə verilib

26 Yanvar, 2026
Azərbaycanda Nipah virusuna yoluxma qeydə alınıb? – Rəsmi açıqlama 3

Azərbaycanda Nipah virusuna yoluxma qeydə alınıb? – Rəsmi açıqlama

26 Yanvar, 2026
ANAMA-nın əməkdaşı Malayziyada öldü – Foto 4

ANAMA-nın əməkdaşı Malayziyada öldü – Foto

26 Yanvar, 2026
“Liverpul” – “Qarabağ” matçının hakimləri açıqlandı 5

“Liverpul” – “Qarabağ” matçının hakimləri açıqlandı

26 Yanvar, 2026
Xocalının iki kəndinə daha 25 ailə yola salındı 6

Xocalının iki kəndinə daha 25 ailə yola salındı

26 Yanvar, 2026
Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü 7

Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü

26 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 750)
  • Dünya (3. 147)
  • Gündəm (10. 942)
  • İdman (611)
  • İqtisadiyyat (561)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8750) Dünya (3147) Gündəm (10942) Kateqoriyasızlar (454) Kriminal (1319) Mədəniyyət (329) Siyasət (2927) Texnologiya (14) İdman (611) İqtisadiyyat (561)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • “Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib 26 Yanvar, 2026
  • Göndərişlər ən çox bu xəstəliklərə görə verilib 26 Yanvar, 2026
  • Azərbaycanda Nipah virusuna yoluxma qeydə alınıb? – Rəsmi açıqlama 26 Yanvar, 2026
  • ANAMA-nın əməkdaşı Malayziyada öldü – Foto 26 Yanvar, 2026
  • “Liverpul” – “Qarabağ” matçının hakimləri açıqlandı 26 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.