Skip to content
18 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 092)
  • Dünya (3. 268)
  • Gündəm (11. 429)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 968)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Şamaxıda yeniyetmələrin boğulduğu qanunsuz çimərlik kimə məxsusdur? – Video

Xəbər verdiyimiz kimi dünən Şamaxıda üç yeniyetmə oğlan süni göldə boğulub. Onlardan ikisi həyatını itirib, birini isə həkimlərin səyi
Cavidan 21 İyul, 2022

Xəbər verdiyimiz kimi dünən Şamaxıda üç yeniyetmə oğlan süni göldə boğulub. Onlardan ikisi həyatını itirib, birini isə həkimlərin səyi nəticəsində xilas etmək mümkün olub.

Belə ki, Əngəxaran kənd sakinləri, 16 yaşlı Ağaqardaş Rəhimov və 14 yaşlı Rəvan Mirzəyev Qızmeydan kəndi ərazisində yaradılmış süni göldə çimərkən boğularaq ölüblər.

“Qafqazinfo” yeniyetmələrin boğulduğu süni göllə bağlı bəzi məlumatlar əldə edib.

Məlum olub ki, həmin göl Şamaxının Çuxuryurd kəndi ilə Qızmeydan kəndi arasından keçən Pirsaat çayının yatağında iki həftə əvvəl yaradılıb. Gölün çimərlik məqsədilə istifadə olunmasına başlanılıb və giriş üçün adambaşı əvvəlcə 10 manat təyin olunsa da, sonradan qiymət 5 manata salınıb. Çimərlik ərazisinə giriş-çıxış şlaqbaumları qoyulsa da, bütün ərazidə xidmət kustar üsullarla həyata keçirilir.

Oradan turistlər və ətraf kəndlərin sakinləri çimərlik kimi istifadə etməyə başlayıblar. Lakin ərazidə təhlükəsizliyə riayət olunması, xilasetmə avadanlığı və xilasedicilərlə bağlı heç bir tədbir görülməyib. Təxminən 100 metr diametrdə yaradılan çimərliyin dərinliyi 1,5-1,8 metr təşkil edir.

Qeyd edək ki, sözügedən gölə Pirsaat çayının istiqaməti dəyişdirilərək axın təşkil olunur. Çayın kənarında qazılmış arxla su gölə axıdılır. Digər tərəfindən isə çıxış yaradılaraq ərazidə yaradılan başqa göllərə axın təmin olunur.

Məlumat üçün bildirək ki, həmin ərazidə çınqıl-şebel istehsal edən böyük bir zavod da fəaliyyət göstərir. Çimərliklə yanaşı, ərazidə insanların balıq ovu ilə məşğul olması üçün süni şəkildə bir neçə balıq gölü də yaradılıb. Hazırda həmin göllərdə istirahət qurğularının tikintisi aparılır.

Baş vermiş hadisə və yaranmış vəziyyətlə bağlı artıq Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır.

Məsələ ilə bağlı “Qafqazinfo” bir neçə dövlət qurumuna da sorğu ünvanlayıb.

Şamaxı Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən gölün yaradılması ilə bağlı İcra Hakimiyyətinə heç bir müraciət daxil olmayıb: “Həmin gölün sahibkar Sərxan Osmanova məxsus olduğu aşkar edilib. Gölün yaradılması zamanı İcra Hakimiyyətindən icazə alınmayıb. Göl karxana ərazisində qanunsuz fəaliyyət göstərib”.

Qeyd edək ki, sözügedən ərazidəki göllər və zavodun SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılova məxsus olması ilə bağlı da məlumatlar var. Sərxan Osmanovun isə orada icraçı olduğu bildirilir.

***

Göldə boğulan yeniyetmələr bu gün dəfn olunub.

Continue Reading

Previous: Bakı-Şamaxı-Yevlax yolunda hərəkət məhdudlaşdırıldı
Next: “Hava şəraitinə uyğun sürət həddi seçin” – DYP

Bölmənin digər xəbərləri

Ayağı amputasiya olunan “Canlı şəhid” – Laricaninin yerinə gətirilə bilər
  • Cəmiyyət

Ayağı amputasiya olunan “Canlı şəhid” – Laricaninin yerinə gətirilə bilər

18 Mart, 2026
Bu ərazilərdə işıq olmayacaq
  • Cəmiyyət

Bu ərazilərdə işıq olmayacaq

18 Mart, 2026
UEFA Çempionlar Liqası: 1/4 finala yüksələcək daha dörd komanda müəyyənləşir
  • Gündəm

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələcək daha dörd komanda müəyyənləşir

18 Mart, 2026

Top 7 Xəbər

Ayağı amputasiya olunan “Canlı şəhid” – Laricaninin yerinə gətirilə bilər 1

Ayağı amputasiya olunan “Canlı şəhid” – Laricaninin yerinə gətirilə bilər

18 Mart, 2026
Bu ərazilərdə işıq olmayacaq 2

Bu ərazilərdə işıq olmayacaq

18 Mart, 2026
UEFA Çempionlar Liqası: 1/4 finala yüksələcək daha dörd komanda müəyyənləşir 3

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələcək daha dörd komanda müəyyənləşir

18 Mart, 2026
Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə Yaxın Şərqi müzakirə edib 4

Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə Yaxın Şərqi müzakirə edib

18 Mart, 2026
Yevlax 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib 5

Yevlax 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib

17 Mart, 2026
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək 6

Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək

17 Mart, 2026
Cənubi Koreya XİN: 26 gəmimiz Hörmüz boğazı yaxınlığında yerləşir 7

Cənubi Koreya XİN: 26 gəmimiz Hörmüz boğazı yaxınlığında yerləşir

17 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 092)
  • Dünya (3. 268)
  • Gündəm (11. 429)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 968)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9092) Dünya (3268) Gündəm (11429) Kateqoriyasızlar (474) Kriminal (1353) Mədəniyyət (340) Siyasət (2968) Texnologiya (14) İdman (638) İqtisadiyyat (577)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ayağı amputasiya olunan “Canlı şəhid” – Laricaninin yerinə gətirilə bilər 18 Mart, 2026
  • Bu ərazilərdə işıq olmayacaq 18 Mart, 2026
  • UEFA Çempionlar Liqası: 1/4 finala yüksələcək daha dörd komanda müəyyənləşir 18 Mart, 2026
  • Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə Yaxın Şərqi müzakirə edib 18 Mart, 2026
  • Yevlax 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib 17 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.