Bir müddət əvvəl Göygöldə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan polis mayoru vəfat edib.
Addim.az-ın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi polis mayoru Qubat Qasımov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, 1978-ci il təvəllüdlü Qasımov Qubat idarə etdiyi “Khazar” markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirmişdi. O, hadisə zamanı ağır xəsarətlər almışdı.