Skip to content
24 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 303)
  • Dünya (3. 340)
  • Gündəm (11. 657)
  • İdman (644)
  • İqtisadiyyat (589)
  • Kateqoriyasızlar (483)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 983)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradıldı

Prezident İlham Əliyev “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Fərmanın mətnini təqdim edirik: “Ölkəmizin
Cavidan 4 Oktyabr, 2021

Prezident İlham Əliyev “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb.

Fərmanın mətnini təqdim edirik:

“Ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan sonra Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və bu istiqamətdə tranzit daşımaların həyata keçirilməsi üçün perspektiv imkanlar yaranmışdır. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətin canlanması və nəqliyyat-logistika imkanlarından istifadə regional iqtisadi-ticarət əlaqələrini genişləndirəcəkdir.

Nəzərdə tutulan strateji istiqamətlərin uğurla həyata keçirilməsi üçün bölgədə logistika, ticarət və digər xidmətlərin göstərilməsi, həmçinin qabaqcıl texnologiyalara və “yaşıl enerji” konsepsiyasına əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalının dəstəklənməsi olduqca mühümdür.

İşğaldan azad olunmuş Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və həmin bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması sənaye parkının yaradılması üçün əlverişli şəraiti təmin edir. Şərqi Zəngəzur iqtisadi rayonunun cənubunda – Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpülərinin olduğu istiqamətdə sərhəd-gömrük keçid məntəqəsinin açılması da sənaye parkının fəaliyyətə başlaması ilə daha səmərəli olar. Eyni zamanda, Cəbrayıl rayonunda logistika mərkəzinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin yaradılması işğaldan azad edilmiş digər rayonların da bərpasında faydalı olacaqdır”.

Fərmanla Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb.

Müəyyən edilib ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı (bundan sonra – Sənaye Parkı) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, logistika işinin təşkili, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli çalışmasına və inkişafına kömək edən ərazidir.

Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.

Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılıb..

Nazirlər Kabineti Sənaye Parkının fəaliyyəti üçün Cəbrayıl rayonunun Soltanlı kəndi yaxınlığında 200 (iki yüz) hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi Sənaye Parkının ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması, həmin ərazidə görüləcək işlərin təşkili və dəstəklənməsi, logistika sisteminin qurulması, sənaye məhsullarının istehsalı, emalı (təkrar emalı) və satışı, habelə sahibkarlıq fəaliyyətinin səmərəli qurulması üçün digər xidmətlər göstərilməsi məqsədilə Agentliyə kömək etməlidir.

Sənaye Parkında göstərilən xidmətlər, istehsal və emal (təkrar emal) olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsini təmin etməlidir.

Bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Aidiyyəti dövlət orqanları (qurumları) Sənaye Parkının yaradılması və orada işin təşkili, o cümlədən onun ərazisinin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, eləcə də bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan infrastrukturun yaradılması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə zəruri kömək göstərilməsini fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin etməlidirlər.

Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Continue Reading

Previous: “İrəvanda oturub banlamaqla…” – İlham Əliyev
Next: Cəbrayılda yeni sənaye parkının təməli qoyuldu

Bölmənin digər xəbərləri

İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib
  • Cəmiyyət

İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib

22 Aprel, 2026
İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib
  • Gündəm

İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib

20 Aprel, 2026
Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib
  • Cəmiyyət

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

16 Aprel, 2026

Top 7 Xəbər

Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb 1

Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb

24 Aprel, 2026
Baş Prokuror İran səfirini qəbul edib 2

Baş Prokuror İran səfirini qəbul edib

24 Aprel, 2026
Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb 3

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

24 Aprel, 2026
İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək 4

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

24 Aprel, 2026
Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib 5

Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib

24 Aprel, 2026
Sabah Bakıda yağış yağacaq 6

Sabah Bakıda yağış yağacaq

24 Aprel, 2026
Paytaxtın 3 küçəsi 2 sutkadan çox bağlı olacaq – Siyahı 7

Paytaxtın 3 küçəsi 2 sutkadan çox bağlı olacaq – Siyahı

24 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 303)
  • Dünya (3. 340)
  • Gündəm (11. 657)
  • İdman (644)
  • İqtisadiyyat (589)
  • Kateqoriyasızlar (483)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 983)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9303) Dünya (3340) Gündəm (11657) Kateqoriyasızlar (483) Kriminal (1378) Mədəniyyət (346) Siyasət (2983) Texnologiya (14) İdman (644) İqtisadiyyat (589)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb 24 Aprel, 2026
  • Baş Prokuror İran səfirini qəbul edib 24 Aprel, 2026
  • Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb 24 Aprel, 2026
  • İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək 24 Aprel, 2026
  • Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib 24 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.