Skip to content
16 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 431)
  • Dünya (3. 370)
  • Gündəm (11. 756)
  • İdman (652)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 991)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Bu gün qəbul imtahanı keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir. Bu barədə 
Cavidan 6 İyul, 2022

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.

Bu barədə  Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir.

İmtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda 70 imtahan binası, 1242 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 70 ümumi imtahan rəhbəri, 206 imtahan rəhbəri, 1556 nəzarətçi–müəllim, 202 buraxılış rejimi əməkdaşı, 70 bina nümayəndəsi ayrılıb.

İmtahanda 16620 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 15159 nəfər Azərbaycan, 1461 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 3950 nəfəri oğlan, 12670 nəfəri isə qızdır. 14784 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 1580 nəfər əvvəlki illərin məzunudur. 32 nəfər ali təhsil müəssisələrinin, 224 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 51 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1963-cü ildən, ən gənci isə 2007-ci ildəndir.

İmtahanda 21 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil olmaqla 21 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

Continue Reading

Previous: Toponimiya Komissiyasına dəyişiklik ediləcək
Next: Türkiyə ordusu daha 11 terrorçunu məhv etdi

Bölmənin digər xəbərləri

WUF13 üçün onlayn qeydiyyat başa çatıb
  • Cəmiyyət

WUF13 üçün onlayn qeydiyyat başa çatıb

15 May, 2026
Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır
  • Cəmiyyət

Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır

15 May, 2026
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
  • Cəmiyyət

Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib

15 May, 2026

Top 7 Xəbər

WUF13 üçün onlayn qeydiyyat başa çatıb 1

WUF13 üçün onlayn qeydiyyat başa çatıb

15 May, 2026
Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır 2

Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır

15 May, 2026
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib 3

Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib

15 May, 2026
Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib 4

Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib

15 May, 2026
Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub 5

Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub

15 May, 2026
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb 6

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb

15 May, 2026
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir 7

Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

15 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 431)
  • Dünya (3. 370)
  • Gündəm (11. 756)
  • İdman (652)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 991)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9431) Dünya (3370) Gündəm (11756) Kateqoriyasızlar (496) Kriminal (1387) Mədəniyyət (349) Siyasət (2991) Texnologiya (14) İdman (652) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • WUF13 üçün onlayn qeydiyyat başa çatıb 15 May, 2026
  • Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır 15 May, 2026
  • Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib 15 May, 2026
  • Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib 15 May, 2026
  • Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub 15 May, 2026
© Addim.az | MoreNews by AF themes.