Milli Məclis yanında Toponimiya Komissiyasının katibi dəyişəcək.
Bu, Milli Məclisin 8 iyulda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” Milli Məclisin qərar layihəsində əksini tapıb.
Layihəyə əsasən bu vəzifəyə Cavid İskəndərov gətirilir.
Qeyd edək ki, hazırda Komissiyanın katibi Aqşin Məmmədzadədir.