Skip to content
26 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Bakı metrosu bu qrafikdə işləyəcək
  • Cəmiyyət
  • Gündəm

Bakı metrosu bu qrafikdə işləyəcək

Tədris mövsümünün başa çatması, eləcə də yay istirahəti dövrünün başlanması ilə Bakı metropolitenində sərnişin axınının azalmasına səbəb olur.
Cavidan 5 İyul, 2022
metro_28486876

Tədris mövsümünün başa çatması, eləcə də yay istirahəti dövrünün başlanması ilə Bakı metropolitenində sərnişin axınının azalmasına səbəb olur. Bununla əlaqədar Bakı metropolitenində qatarlarının hərəkət qrafikində dəyişikliklər edilir.

Sonuncu dəfə yay qrafiki 2019-cu ildə tətbiq edilib. Həmin ilə qədər gur saatlar səhər saat 7:30-dan 9:30-a, axşam isə 17:30-dan 19:30-a qədər olan vaxt hesab olunub.

“Bakı Metropoliteni” QSC-dən  verilən məlumata görə, builki yay dövrünün mümkün xüsusiyyətləri nəzərə alınaraq qrafikə əsas dəyişiklik gur saat prinsipinin saat 7:00-dan 21:00-a qədər tətbiq edilməsidir.

Mövsümlük yeni qrafikə görə, sərnişinlərin əsas axın saatlarında “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı interval 2,5 dəqiqə təşkil edəcək. Sərnişinlərin az olduğu səhər erkən və gecə saatlarına doğru bu sahədə 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət qrafiki tərtib edilib.

Xətlərin “28 May” stansiyasında bir-biri ilə birləşməsini nəzərə alaraq, “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” stansiyalarına doğru qatarlar arasında interval iki dəfə artıq – əsas hərəkət axını saatlarında 5, digər vaxtlarda 6 dəqiqə və daha çox olacaq.

Şənbə və bazar, eləcə də bayram günləri üçün Bakı metropolitenində qatarlar arasında interval saat 07:00-dan saat 21:00-a qədər 3 dəqiqə təşkil edəcək.

Yay qrafikinin yeni tədris ilinin başlanmasına kimi qüvvədə qalması gözlənilir.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Bu gün “Qarabağ”ın Çempionlar Liqası matçı var
Next: Toyuq əti yenidən bahalaşacaq: “Bahalı yem bahalı toyuq deməkdir” – NƏ ETMƏLİ?

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-25 123511
  • Cəmiyyət

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq

Cavidan 25 İyul, 2026
Screenshot 2026-07-25 121620
  • Cəmiyyət

Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb

Cavidan 25 İyul, 2026
Screenshot 2026-07-25 110956
  • Cəmiyyət

Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq

Cavidan 25 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 791)
  • Dünya (3. 466)
  • Gündəm (11. 969)
  • İdman (677)
  • İqtisadiyyat (608)
  • Kateqoriyasızlar (525)
  • Kriminal (1. 415)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 018)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq Screenshot 2026-07-25 123511 1
  • Cəmiyyət

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq

25 İyul, 2026
Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb Screenshot 2026-07-25 121620 2
  • Cəmiyyət

Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb

25 İyul, 2026
Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub Screenshot 2026-07-25 115721 3
  • Dünya

Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub

25 İyul, 2026
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb Screenshot 2026-07-25 113233 4
  • Dünya

Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb

25 İyul, 2026
Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq Screenshot 2026-07-25 110956 5
  • Cəmiyyət

Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq

25 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9791) Dünya (3466) Gündəm (11969) Kateqoriyasızlar (525) Kriminal (1415) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (677) İqtisadiyyat (608)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.