Skip to content
9 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 859)
  • Dünya (3. 183)
  • Gündəm (11. 079)
  • İdman (618)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 937)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

İcra Hakimiyyətinin şöbə müdiri qız qaçırıb?

Goranboy Rayon İcra Hakimiyyətinin şöbə müdiri Şaiq Qəmbərlinin qız qaçırması barədə məlumat yayılıb. “Qafqazinfo”nun xəbərinə görə, iddia edilib
Cavidan 2 İyul, 2022

Goranboy Rayon İcra Hakimiyyətinin şöbə müdiri Şaiq Qəmbərlinin qız qaçırması barədə məlumat yayılıb.

“Qafqazinfo”nun xəbərinə görə, iddia edilib ki, rayon sakini Ü.R. ailəsindən imtina edərək onunla qaçıb. Belə ki, xanımın boşanma ərəfəsində olduğu əri tərəfindən döyüldüyü üçün bu addımı atdığı bildirilib.

Ş.Qəmbərli barəsindəki iddialarla bağlı “Qafqazinfo”ya müraciət edib. O, məlumatın həqiqəti əks etdirmədiyini və vəzifəsi ilə bağlı qarayaxma kampaniyasının aparıldığını deyib:

“Yayılanlar tamamilə şər-böhtan və qarayaxmadır. Mən bu il mayın 10-dan İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli İdarəetmə Orqanları ilə İş Şöbəsinin rəhbəri təyin olunmuşam. Çox güman ki, haqqımda bu söz-söhbəti yayaraq mənə qarşı qarayaxma aparan şəxs də elə yerinə təyin olunduğum adamdır. Xanımın əri ilə əlbir olaraq bunu edib. Mən heç kimi qaçırmamışam, öz ailəmin və işimin başındayam. Üstəlik, İcra Hakimiyyətinin hər tərəfi kameradır, bu gün kim kimi qaçıra bilər?! Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Mənə böhtan atanlar məhkəmə qaydasında cəzalandırılana qədər bu işin arxasınca gedəcəyəm”.

Şöbə müdirinin sözlərinə görə, Ü.R. ilə kontaktı iş üçün İcra Hakimiyyətinə müraciət etməsi ilə bağlı olub: “O xanım bizə müraciət edərək Xarici Dillər Universitetini bitirdiyini dedi. O, öz təhsilinə uyğun iş istəyirdi. Biz də digər vətəndaşlar kimi eyni qaydada onun müraciətinə baxmışıq. Başqa heç bir şəkildə mənim o xanımla ünsiyyətim olmayıb. Bildiyim qədərilə xanım boşanma ərəfəsindədir və həyat yoldaşı narkotik aludəçisidir. Görünən odur ki, ortada hansısa maraqlar var ki, əri də haqqımdakı şayiələrin yayılmasında ortaq olub. Ortada heç bir fakt olmaya-olmaya nəyə görə mənim şərəf və ləyaqətimlə oynamalıdırlar?”

Məsələ ilə bağlı Ü.R. ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, sosial şəbəkələrdə paylaşılan informasiyalar həqiqəti əks etdirmir: “Mən həyat yoldaşımla ailə münaqişəsi zəminində dalaşmışam. Mənə qarşı mütəmadi kobudluq etdiyi üçün boşanmaqla bağlı məhkəməyə müraciət etmişəm. Buna görə də anamın evinə gəlmişəm və hazırda anamın yanındayam. Mənim şərəf və ləyaqətimə ləkə gətirən informasiyalar paylaşan şəxslərin qanunamüvafiq qaydada cəzalandırılması üçün məhkəməyə müraciət edəcəyəm”.

Continue Reading

Previous: Prezident şəhid qızını hakim TƏYİN ETDİ – FOTO
Next: Məşhurlar Kəbirə Məmmədovanın qızının xınasında

Bölmənin digər xəbərləri

Nazirlik: ABŞ şirkətləri Azərbaycanla biznes tərəfdaşlığını davam etdirməyə maraqlıdır
  • Cəmiyyət

Nazirlik: ABŞ şirkətləri Azərbaycanla biznes tərəfdaşlığını davam etdirməyə maraqlıdır

9 Fevral, 2026
Prezidentdən Cabbar Musayevlə bağlı – Sərəncam
  • Cəmiyyət

Prezidentdən Cabbar Musayevlə bağlı – Sərəncam

9 Fevral, 2026
Naxçıvana MR-a Baş nazir təyin edilən Cabbar Musayev Naxçıvan şəhər İcra başçısı vəzifəsindən azad edilib
  • Cəmiyyət

Naxçıvana MR-a Baş nazir təyin edilən Cabbar Musayev Naxçıvan şəhər İcra başçısı vəzifəsindən azad edilib

9 Fevral, 2026

Top 7 Xəbər

Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Elza İbrahimovanın adı verilib 1

Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Elza İbrahimovanın adı verilib

9 Fevral, 2026
Ukrayna və Fransa birgə silah istehsal edəcək 2

Ukrayna və Fransa birgə silah istehsal edəcək

9 Fevral, 2026
Nazirlik: ABŞ şirkətləri Azərbaycanla biznes tərəfdaşlığını davam etdirməyə maraqlıdır 3

Nazirlik: ABŞ şirkətləri Azərbaycanla biznes tərəfdaşlığını davam etdirməyə maraqlıdır

9 Fevral, 2026
Liviya sahilində qayığın batması nəticəsində 53 miqrant itkin düşüb və ya ölüb 4

Liviya sahilində qayığın batması nəticəsində 53 miqrant itkin düşüb və ya ölüb

9 Fevral, 2026
Prezidentdən Cabbar Musayevlə bağlı – Sərəncam 5

Prezidentdən Cabbar Musayevlə bağlı – Sərəncam

9 Fevral, 2026
Naxçıvana MR-a Baş nazir təyin edilən Cabbar Musayev Naxçıvan şəhər İcra başçısı vəzifəsindən azad edilib 6

Naxçıvana MR-a Baş nazir təyin edilən Cabbar Musayev Naxçıvan şəhər İcra başçısı vəzifəsindən azad edilib

9 Fevral, 2026
Gürcüstan XİN başçısı Budapeşt Qlobal Dialoqunda iştirak edəcək 7

Gürcüstan XİN başçısı Budapeşt Qlobal Dialoqunda iştirak edəcək

9 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 859)
  • Dünya (3. 183)
  • Gündəm (11. 079)
  • İdman (618)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 937)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8859) Dünya (3183) Gündəm (11079) Kateqoriyasızlar (459) Kriminal (1332) Mədəniyyət (334) Siyasət (2937) Texnologiya (14) İdman (618) İqtisadiyyat (567)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Elza İbrahimovanın adı verilib 9 Fevral, 2026
  • Ukrayna və Fransa birgə silah istehsal edəcək 9 Fevral, 2026
  • Nazirlik: ABŞ şirkətləri Azərbaycanla biznes tərəfdaşlığını davam etdirməyə maraqlıdır 9 Fevral, 2026
  • Liviya sahilində qayığın batması nəticəsində 53 miqrant itkin düşüb və ya ölüb 9 Fevral, 2026
  • Prezidentdən Cabbar Musayevlə bağlı – Sərəncam 9 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.