Skip to content
10 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 861)
  • Dünya (3. 183)
  • Gündəm (11. 082)
  • İdman (618)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 937)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

İlham Əliyevin yeni kitabı çap olunub – FOTO

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 119-cu kitabı çapdan çıxıb. Çoxcildliyin yeni kitabındakı materiallar 2022-ci ilin aprel-may aylarını
Cavidan 1 İyul, 2022

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 119-cu kitabı çapdan çıxıb.

Çoxcildliyin yeni kitabındakı materiallar 2022-ci ilin aprel-may aylarını əhatə edir.

O dövrün mühüm hadisələrindən biri ADA Universitetində “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın keçirilməsi olub. Həmin konfransda İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornelin sualını cavablandıran Prezident İlham Əliyev deyib:

“Biz gələcəyə baxmalıyıq və Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq, eləcə də ümumi rifah məkanı olmalıdır. Bu halda, Ermənistanın siyasəti heç bir məntiqə sığmır. Ola bilsin, onlara bir az vaxt lazımdır. Bəlkə də onlar öz fikirləri əsasında ola biləcək riskləri qiymətləndirməlidirlər. Lakin hesab edirəm ki, bu, qaçılmazdır. Biz hazırıq. Gürcü həmkarlarımız da hazırdır. Fikrimcə, bu, birinci addım ola bilərdi”.

Aprelin 28-də Şuşada işinə başlamış və Bakıda davam etmiş beynəlxalq konfransda dövlətimizin başçısının çıxışının mətni, suallara cavabları, həmçinin konfrans barədə materiallar yeni kitaba daxil edilib.

Kitabda Azərbaycan Prezidentinin işğaldan azad edilmiş bölgələrə səfərləri də əksini tapıb. Mayın 10-da Prezident İlham Əliyev Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısı, həmin gün Şuşaya da gedib, məşhur tarzən, bəstəkar və sənətkar Sadıqcanın vaxtilə yaşadığı evdə, Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri, “Shusha Boutique Hotel”in yerləşəcəyi ərazi, Şuşa Real məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə tanış olub, “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılış mərasimində çıxış edib. Bu səfərlərdən, habelə mayın 12-də Prezidentin Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışında iştirakından bəhs edən materiallar çoxcildliyin 119-cu kitabında toplanıb.

Azərbaycan Prezidentinin Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri, o cümlədən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə tanışlığı, “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirakı, Zəngilanda “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışı zamanı kənd sakinləri ilə görüşü haqqında informasiyalarla, həmin görüşdəki çıxışının mətni ilə də yeni kitabda tanış olmaq mümkündür.

Nəşrə Azərbaycan Prezidentinin Türkiyəyə işgüzar səfəri çərçivəsində Rizə-Artvin Hava Limanının açılışında iştirakına dair xəbərlər, iki qardaş ölkənin liderlərinin açılış mərasimində çıxışlarının mətni daxil edilib. Kitabda dövlətimizin başçısının Belçikaya işgüzar səfəri haqqında informasiyalar da verilib.

Kitaba Prezident İlham Əliyevin Azərbaycana səfər etmiş Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü barədə məlumat, liderlərin mətbuata bəyanatlarının, Azərbaycan-Litva biznes-forumunda çıxışlarının mətnləri daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 119-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

İlham Əliyevin yeni kitabı çap olunub - FOTO

Continue Reading

Previous: Üç məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildi
Next: İlham Əliyev onlara general rütbəsi verdi – SƏRƏNCAM

Bölmənin digər xəbərləri

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib
  • Gündəm

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib

9 Fevral, 2026
“İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” dəyişib, sənəd üçün strateji layihələr müəyyənləşib
  • Gündəm

“İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” dəyişib, sənəd üçün strateji layihələr müəyyənləşib

6 Fevral, 2026
Kamran Əliyev Suraxanıda vətəndaşları qəbul edəcək
  • Siyasət

Kamran Əliyev Suraxanıda vətəndaşları qəbul edəcək

6 Fevral, 2026

Top 7 Xəbər

BİZİM TƏQVİM:10 fevralda baş vermiş tarixi hadisələr 1

BİZİM TƏQVİM:10 fevralda baş vermiş tarixi hadisələr

10 Fevral, 2026
Elxan İbrahimovun yerinə Tahir Budaqov gətirildi 2

Elxan İbrahimovun yerinə Tahir Budaqov gətirildi

9 Fevral, 2026
Rusiyanın vəziyyəti: miqrantların ümidinə qalan iqtisadiyyat və ordu – ŞƏRH 3

Rusiyanın vəziyyəti: miqrantların ümidinə qalan iqtisadiyyat və ordu – ŞƏRH

9 Fevral, 2026
FHN gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib 4

FHN gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib

9 Fevral, 2026
Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Elza İbrahimovanın adı verilib 5

Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Elza İbrahimovanın adı verilib

9 Fevral, 2026
Ukrayna və Fransa birgə silah istehsal edəcək 6

Ukrayna və Fransa birgə silah istehsal edəcək

9 Fevral, 2026
Nazirlik: ABŞ şirkətləri Azərbaycanla biznes tərəfdaşlığını davam etdirməyə maraqlıdır 7

Nazirlik: ABŞ şirkətləri Azərbaycanla biznes tərəfdaşlığını davam etdirməyə maraqlıdır

9 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 861)
  • Dünya (3. 183)
  • Gündəm (11. 082)
  • İdman (618)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 937)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8861) Dünya (3183) Gündəm (11082) Kateqoriyasızlar (459) Kriminal (1332) Mədəniyyət (334) Siyasət (2937) Texnologiya (14) İdman (618) İqtisadiyyat (567)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • BİZİM TƏQVİM:10 fevralda baş vermiş tarixi hadisələr 10 Fevral, 2026
  • Elxan İbrahimovun yerinə Tahir Budaqov gətirildi 9 Fevral, 2026
  • Rusiyanın vəziyyəti: miqrantların ümidinə qalan iqtisadiyyat və ordu – ŞƏRH 9 Fevral, 2026
  • FHN gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib 9 Fevral, 2026
  • Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Elza İbrahimovanın adı verilib 9 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.