Skip to content
25 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Dünyaya ibrət olan sədaqət, məhəbbət rəmzi – 30 İyun Sevgililər Günüdür
  • Cəmiyyət
  • Gündəm

Dünyaya ibrət olan sədaqət, məhəbbət rəmzi – 30 İyun Sevgililər Günüdür

30 iyun Azərbaycanda milli Sevgililər Günü kimi qeyd olunur. Bu tarix 1989-cu ilin 30 iyun tarixində ailə quran İlham
Cavidan 30 İyun, 2022
Ferize

30 iyun Azərbaycanda milli Sevgililər Günü kimi qeyd olunur. Bu tarix 1989-cu ilin 30 iyun tarixində ailə quran İlham və Fərizə Allahverdiyevlərlə bağlıdır. 
 
1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ölkəmizdə sevginin, sədaqətin simvolu kimi hesab edilir. 

Azərbaycanda Sevgililər Günü dünya ölkələrinin əksəriyyətində olduğu kimi 14 fevralda deyil, iyun ayının 30-da qeyd edilir.

Belə ki, İlham və Fərizə cütlüyünün faciəli məhəbbət hekayəti milyonlarla azərbaycanlını kədərə boğub. Bu günün tarixçəsi qəmli olsa da, onların məhəbbətini Leyli və Məcnun, Fərhad və Şirinin məhəbbətləri ilə müqayisə etmək olar.

1990-cı ilin gəlişi Allahverdiyevlər ailəsinə sevinc yox, kədər gətirdi. Yanvar ayının 19-dan 20-nə keçən gecə sovet tanklarının Bakıya girdiyi an İlham hadisələrin şahidi oldu. Bu şahidlik onu şəhidlik zirvəsinə qaldırdı.   

Həyat yoldaşının həlak olduğunu eşidən Fərizə onsuz həyatdan imtina etdi. İntihara cəhd edən Fərizəyə mane oldular, ilk cəhdinin boşa çıxmasına baxmayaraq, o, fikrindən dönmədi. Fərizə doğmalarına vida məktubu yazıb, İlhamsız yaşaya bilməyəcəyini bildirərək sirkə içdi, bətnindəki körpəsi ilə birlikdə əbədiyyən gözlərini yumdu.

İlham və Fərizənin faciəvi talelərinə baxmayaraq, Azərbaycanda Sevgililər Günü onların nikaha daxil olduqları tarixdə qeyd edilir. Bu tarix azərbaycanlılar üçün əsl məhəbbət və sədaqət bayramıdır.

Qeyd edək ki, İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda – nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Hazırda həmin zavod İlham Allahverdiyevin adını daşıyır.

1989-cu ilin 30 iyununda “Vağzalı” sədaları altında Fərizə İlhamgilə gəlin köçüb. 1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib evdən çıxır. İlham həmin gecə hazırkı “20 Yanvar” dairəsində vurulub.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Zaur Kamal iranlı müğənnini efirdən qovdu – VİDEO
Next: Məktəbli forması ilə bağlı təzyiq var? – RƏSMİ AÇIQLAMA

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-06-25 174302
  • Cəmiyyət

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

Cavidan 25 İyun, 2026
277a64f4-30a3-3c0v
  • Cəmiyyət

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

Cavidan 25 İyun, 2026
CMST4L9dg3uCP1 v
  • Cəmiyyət

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 646)
  • Dünya (3. 418)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək Ekran şəkli 2026-06-25 174302 1
  • Cəmiyyət

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25 İyun, 2026
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib Ekran şəkli 2026-06-25 171232 2
  • Dünya

Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib

25 İyun, 2026
İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib Ekran şəkli 2026-06-25 163725 3
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

25 İyun, 2026
“İntellektual gömrük” informasiya sistemi yaradılıb Ekran şəkli 2026-06-25 162317 4
  • Siyasət

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

25 İyun, 2026
TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb 277a64f4-30a3-3c0v 5
  • Cəmiyyət

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

25 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9646) Dünya (3418) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (667) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.