Skip to content
24 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 300)
  • Dünya (3. 340)
  • Gündəm (11. 655)
  • İdman (644)
  • İqtisadiyyat (589)
  • Kateqoriyasızlar (483)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 983)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

“Status yoxdur və hər kəs bu məsələni unutmalıdır” – Prezident

“Səmimi desəm, son dövrdə biz Ermənistandan həmin ərazinin statusu ilə bağlı heç bir bəyanat eşitməmişik”. Bunu Prezident İlham
Cavidan 2 Oktyabr, 2021

“Səmimi desəm, son dövrdə biz Ermənistandan həmin ərazinin statusu ilə bağlı heç bir bəyanat eşitməmişik”.

Bunu Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində “Lakin Ermənistan üçün hələ Dağlıq Qarabağın statusu məsələsi var və keçmişdə Siz onlara qismən muxtariyyət kimi imkanlar təklif etmişdiniz. Bu, hələ də qüvvədədirmi, yoxsa artıq müzakirə predmeti deyil?” sualına cavabında bildirib.

Dövlət başçısı deyib ki, əfsuslar olsun ki, bu fikirlər bəzi digər ölkələr, onların yüksək səviyyəli nümayəndələri tərəfindən səslənir: “Bizim mövqeyimizə gəldikdə, mən bunu dəfələrlə bildirmişəm. Demək olar ki, 30 illik danışıqlar prosesi ərzində Azərbaycanın mövqeyi çox konstruktiv olmuşdur. Biz deyirdik ki, – Minsk qrupunun həmsədrləri bunu çox yaxşı bilirlər, – Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə verməyə hazır idik. Lakin bu mövqeyi Ermənistan tərəfi həmişə rədd etmişdir və onlar həmişə “Dağlıq Qarabağ” adlandırdıqları ərazi üçün müstəqillik tələb edirdilər. Lakin bu gün, müharibə bitəndən və münaqişə öz həllini tapdıqdan sonra bu, təkcə mənim mövqeyim deyil, bu, dünyanın, beynəlxalq ictimaiyyətin əksər hissəsinin mövqeyidir ki, artıq mövcud olmayan “qurumun” statusu haqqında danışmağın yeri yoxdur. Çünki Dağlıq Qarabağ mövcud deyil. Bizim ərazimizdə belə inzibati vahid yoxdur. Bu il iyulun 7-də mən Azərbaycanın iqtisadi zonalarının yeni konfiqurasiyası ilə bağlı Fərman imzaladım. Biz iki iqtisadi zona – Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdıq və onlar bütün bu ərazini əhatə edir. Bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə – Qarabağda yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq. Qısaca desək, status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır”.

Continue Reading

Previous: Dövlətə xəyanət edən şəxs ifşa olunaraq həbs edildi
Next: Prezident İspaniya agentliyinə müsahibə verdi – TAM MƏTN

Bölmənin digər xəbərləri

İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib
  • Cəmiyyət

İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib

22 Aprel, 2026
İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib
  • Gündəm

İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib

20 Aprel, 2026
Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib
  • Cəmiyyət

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

16 Aprel, 2026

Top 7 Xəbər

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək 1

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

24 Aprel, 2026
Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib 2

Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib

24 Aprel, 2026
Sabah Bakıda yağış yağacaq 3

Sabah Bakıda yağış yağacaq

24 Aprel, 2026
Paytaxtın 3 küçəsi 2 sutkadan çox bağlı olacaq – Siyahı 4

Paytaxtın 3 küçəsi 2 sutkadan çox bağlı olacaq – Siyahı

24 Aprel, 2026
Bakıda parkda meyit tapıldı 5

Bakıda parkda meyit tapıldı

24 Aprel, 2026
5 güləşçimiz mübarizəyə başlayır 6

5 güləşçimiz mübarizəyə başlayır

24 Aprel, 2026
Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib 7

Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib

24 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 300)
  • Dünya (3. 340)
  • Gündəm (11. 655)
  • İdman (644)
  • İqtisadiyyat (589)
  • Kateqoriyasızlar (483)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 983)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9300) Dünya (3340) Gündəm (11655) Kateqoriyasızlar (483) Kriminal (1378) Mədəniyyət (346) Siyasət (2983) Texnologiya (14) İdman (644) İqtisadiyyat (589)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək 24 Aprel, 2026
  • Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib 24 Aprel, 2026
  • Sabah Bakıda yağış yağacaq 24 Aprel, 2026
  • Paytaxtın 3 küçəsi 2 sutkadan çox bağlı olacaq – Siyahı 24 Aprel, 2026
  • Bakıda parkda meyit tapıldı 24 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.