Skip to content
1 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Sahil Babayev bir qrup qazinin narazılığına münasibət bildirib 
  • Cəmiyyət

Sahil Babayev bir qrup qazinin narazılığına münasibət bildirib 

“Şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına dövlət dəstəyi nazirliyin fəaliyyətinin ana istiqamətidir”. Əmək və əhalinin sosial müdafiəsi
Cavidan 20 İyun, 2022
f718fb9a-4336-3a71-a171-ffd69b17a1bf_850

“Şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına dövlət dəstəyi nazirliyin fəaliyyətinin ana istiqamətidir”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bir qrup qazinin narazılığına münasibət bildirərkən deyib.

O qeyd edib ki, qəbul edilən qərarlar şəhid ailələrinin, müharibə əlillərinin, müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılmasına yönəliv: “Birincisi onlara ödənilən müavinət, təqaüd və pensiyaların həcmi ciddi şəkildə artırıldı. Bu, 60 faizdən çoxdur. İkincisi onların böyük əksəriyyətinə proaktiv qaydada ödənişlər təyin edildi. Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Agentliyinin nümayəndələri qazilərin bir çoxunun evlərini ziyarət edərək, imkanlarını qiymətləndirib, onlara sosial ödənişlər və məşğulluqla bağlı xidmətlər göstərilib. Dövlət Tibbi Ekspertiza Komissiyasının həkimləri 6 mindən çox qazimizi xəstxanalarda, evlərində ziyarət edərək, onların tibbi vəziyyətlərini qiymətləndiriblər”.

S.Babayev əlavə edib ki, ötən il yarımlıq dövrdə 103 min müharibə iştirakçısına, müharibə əlilinə, şəhid ailəsinə 190 min xidmət göstərilib: “Orta hesabla hər ay 10 mindən çox xidmət göstərilib. Onların sosial ödənişləri təmin edilib. Onların sosial ödənişləri digər kateqoriyalarda olanlardan təqribən 2 dəfə çoxdur. Onların 6 minə yaxını özünəməşğulluq proqramına cəlb edilib, 5 mindən çoxu işə düzəlib, 3500-ü mənzillə təmin edilib. Proqramların hamısı davam edir. Dövlətin qayğısı, dəstəyi genişdir və geniş şəkildə də davam edəcək”.

“Report”

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Fenomen müəllimin toyu da dərslərindən seçilmədi – Fotolar
Next: İlham Əliyevdən 2,1 milyon manatlıq SƏRƏNCAM

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-01 115314
  • Cəmiyyət

Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb

Cavidan 1 İyul, 2026
u8HwkL02lcV
  • Cəmiyyət

Nazir: “Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib”

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 100140
  • Cəmiyyət

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

Cavidan 1 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 669)
  • Dünya (3. 430)
  • Gündəm (11. 914)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb Screenshot 2026-07-01 115314 1
  • Cəmiyyət

Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb

1 İyul, 2026
Nazir: “Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib” u8HwkL02lcV 2
  • Cəmiyyət

Nazir: “Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib”

1 İyul, 2026
Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək Screenshot 2026-07-01 102316 3
  • İdman

Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək

1 İyul, 2026
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb Screenshot 2026-07-01 100140 4
  • Cəmiyyət

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

1 İyul, 2026
Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb Screenshot 2026-07-01 093721 5
  • Cəmiyyət

Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb

1 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9669) Dünya (3430) Gündəm (11914) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.