Skip to content
13 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 496)
  • Dünya (3. 053)
  • Gündəm (10. 614)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 295)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Dünya
  • Dünya

Rəisinin erməni spikerlə görüşündəki bəyanatı: İranın klassik yanaşması niyə özünü doğrultmur? – TƏHLİL

Ermənistan parlamentinin sədri Alen Robert Simonyan İrana səfər etdi, o, Prezident İbrahim Rəisi də daxil olmaqla bir sıra yüksək
Cavidan 18 İyun, 2022

Ermənistan parlamentinin sədri Alen Robert Simonyan İrana səfər etdi, o, Prezident İbrahim Rəisi də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslərlə görüş keçirdi.

İbrahim Rəisi Simonyanla görüşündə belə bir ifadə işlətdi:

“İran Hind okeanı və Fars körfəzi, Qara dənizdən Avropaya qədər uzanan regionda yerləşən bölgə xalqları arasında yaxınlaşmanın gücləndirilməsini, sülh və rifahın təməllərini formalaşdıran yüksək geopolitik potensiala malikdir”.

Cənab Rəisi burada Fars körfəzi-Qara dəniz nəqliyyat koridoru mövzusuna işarə edir və bu dəhlizlə özünün proseslərdəki rolunu artırmağa çalışan təşəbbüsləri ortaya qoyur.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian erməni spikerlə görüşündə isə həmin məsələni daha aydın ifadə edib.

İran Azərbaycan və Türkiyənin başlatdığı Zəngəzur dəhlizinin texniki-iqtisadi tərəflərinə qarşı dirəniş göstərməyib, onun həzm etmədiyi – bu dəhlizin sərhəd dəyişikliyi kontekstində reallaşma imkanlarıdır.

Buna görə də İran bir ara Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizi layihəsini Ermənistanla əl-ələ verərək ayaqda saxlamağa çalışdı, ancaq bunun üçün lazım olan təminatı toplaya bilmədi.

Hind okeanı və Şərqi Asiyanı Avropa ilə birləşdirmək üçün İranın təqdim etdiyi bu layihənin ilkin marşrutu belə seçilmişdi: Tehran Fars körfəzindən Ermənistan və Gürcüstana, oradan isə Bolqarıstana və Yunanıstana uzanan nəqliyyat dəhlizi yaratmaq istəyirdi.  

Ancaq zaman keçdikcə Azərbaycanın regionda sürətlə böyüyən gücü İranın planlarını dəyişdirməyə vadar etdi və indi İslam Respublikasının həmin dəhliz ideyası Zəngəzur dəhlizinə inteqrasiya oluna bilər.

Bunun nişanələrini nədə görə bilərik? Bir neçə məqam:

1. 2021-ci ilin dekabrında İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizlə birləşdirən tranzit marşrutunun işə salınacağı bildirildi. Razılaşmaya əsasən, İran Astarasından Azərbaycana və daha sonra Gürcüstan limanlarına, oradan isə Bolqarıstana və Şərqi Avropanın digər ölkələrinə sınaq tranzit həyata keçiriləcək;

2. 2022-ci ilin martında Azərbaycanla İran arasında Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən nəqliyyat xəttinin çəkilməsi üçün razılıq əldə edildi;

3. Zəngəzur dəhlizinə beynəlxalq marağın artması və Çinin də burada maraqlarının olması həmin layihəni daha cəlbedici edir, orta dəhliz imkanlarını artırır və onu böyük investisiyalara hazır vəziyyətə gətirir.

İranın layihəni öz istədiyi kimi alındıra bilməməsinin səbəblərini də izah etməyə çalışaq.

Nəzərə almaq lazımdır ki, İranın layihəsinin ilkin nüsxəsində yer alan Ermənistan, Gürcüstan, Bolqarıstan və Yunanıstan bu marşrut üçün pul xərcləməkdə xəsislik edəcəkdilər. Sanksiyaların tətbiq edildiyi İran isə digər ölkələrin də yerinə vəsait ayırmaq gücündə deyildi.

Yəni layihənin təşəbbüskarının geosiyasi vəziyyəti, maliyyə problemləri həmin nəqliyyat dəhlizinin gerçəkləşməsinə imkan vermədi.

İran Türkiyəni də prosesə cəlb etmək istəyirdi, lakin iki ölkə arasındakı rəqabət və maraq toqquşmaları Ankara-Tehran müştərək marağını yarada bilmədi.

İslam Respublikası özünün dəhlizə klassik yanaşmasının perspektivsiz və risklərlə zəngin olduğunu dərk edə-edə nisbətən yumşaldı.

Rəisinin Simonyana həmin dəhlizi xatırlatması, düşünürük ki, Zəngəzur dəhlizinə inteqrasiya kontekstində dəyərləndirilməlidir.

Çünki klassik yanaşma ilə İran özünün arzuları ilə nəticələr doğrultmadı, hərçənd ki, bundan sonra da Tehran Zəngəzur dəhlizinə rəqib kimi Fars körfəzi-Qara dəniz xəttini tezis kimi ortalığa atacaq.

Rəisi açıqlaması ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında İranın iştirak payına da toxunur, düzü, İranın sülhyaratma təşəbbüsündə effektiv iştirakını gözləməyə dəyməz.

İran yalnız Zəngəzur dəhlizi məntiqində iqtisadi fəallığını artırmaqla özünə fayda götürə bilər.

PROQNOZLAR:

1. İranla Ermənistan Azərbaycana qarşı kollektiv maraq yarada bilməyəcəklər;

2. Fars körfəzi-Qara dəniz layihəsi Zəngəzur dəhlizinin məntiqində əriyib gedəcək. Amma İran həmin layihənin aktuallığından imtina etməyəcək;

3. Azərbaycanla İran iqtisadi prioritetlərini təkmilləşdirəcəklər.

Oxu.az

Continue Reading

Previous: Bakıdan Saratova uçan təyyarə Xəzərə düşüb – 33 nəfərin öldüyü qəzanın təfərrüatı
Next: Türkiyə Balkan ölkələri arasında da vasitəçilik edə bilər

Bölmənin digər xəbərləri

Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
  • Dünya

Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil

13 Dekabr, 2025
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
  • Dünya

Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib

13 Dekabr, 2025
Ukrayna Prezidenti gələn həftə Almaniyaya səfər edəcək
  • Dünya

Ukrayna Prezidenti gələn həftə Almaniyaya səfər edəcək

12 Dekabr, 2025

Top 7 Xəbər

Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil 1

Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil

13 Dekabr, 2025
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib 2

Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib

13 Dekabr, 2025
Təmir etdiyi maşının altında qalaraq öldü 3

Təmir etdiyi maşının altında qalaraq öldü

13 Dekabr, 2025
Tayland–Kamboca sərhədində döyüşlər yenidən qızışıb 4

Tayland–Kamboca sərhədində döyüşlər yenidən qızışıb

13 Dekabr, 2025
Qazaxıstanda qaz balonunun partlaması nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb 5

Qazaxıstanda qaz balonunun partlaması nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb

13 Dekabr, 2025
ABŞ, Ukrayna və “Avropa Üçlüsü”nün Parisdə keçiriləcək görüşü ləğv edilib 6

ABŞ, Ukrayna və “Avropa Üçlüsü”nün Parisdə keçiriləcək görüşü ləğv edilib

13 Dekabr, 2025
Bakıda “16-cı NATO günləri” keçirilib 7

Bakıda “16-cı NATO günləri” keçirilib

13 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 496)
  • Dünya (3. 053)
  • Gündəm (10. 614)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 295)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8496) Dünya (3053) Gündəm (10614) Kateqoriyasızlar (437) Kriminal (1295) Mədəniyyət (322) Siyasət (2909) Texnologiya (14) İdman (593) İqtisadiyyat (550)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil 13 Dekabr, 2025
  • Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib 13 Dekabr, 2025
  • Təmir etdiyi maşının altında qalaraq öldü 13 Dekabr, 2025
  • Tayland–Kamboca sərhədində döyüşlər yenidən qızışıb 13 Dekabr, 2025
  • Qazaxıstanda qaz balonunun partlaması nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb 13 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.