Skip to content
12 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 061)
  • Dünya (3. 258)
  • Gündəm (11. 383)
  • İdman (634)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 348)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 964)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Mədəniyyət
  • Mədəniyyət

Baba Vəziroğlu ilə Şeyx Əbdül Ramiz Mehdiyevə görə üz-üzə gəldi

Xalq artisti Rasim Balayevin sədrlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, şair Baba Vəziroğlu maraqlı iddia ilə çıxış edib.
Cavidan 17 İyun, 2022

Xalq artisti Rasim Balayevin sədrlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, şair Baba Vəziroğlu maraqlı iddia ilə çıxış edib.

O, Teleqraf.com-a müsahibəsində deyib ki, kino ittifaqlarının parçalanmasında əsas rolu Prezident Administrasiyasının və AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyev oynayıb:

“Hər şey gözümüzün qarşısında oldu. Hamımız bilirik ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı necə yarandı… Daha doğrusu, onu necə yaratdılar. Onlar deyirlər ki, biz yaratdıq. Amma o ittifaqı Ramiz Mehdiyevin başçılıq etdiyi bir qrup – Rüstəmi düşmən elan etmək, Prezidentin ətrafını zəiflətmək istəyən və bu gün ifşa olunub hərəsi bir dərədə gizlənən korrupsiyaçı, düşmənin lehinə işləyənlər yaratdı. Rüstəm müəllimin başçılıq etdiyi ittifaqı gözdən salmaq, dağıtmaq üçün… Qeydiyyata alınmadığına görə ”respublika” sözünü də əlavə etdilər. Beləcə, gözümüzün qabağında yaranan bir ittifaq oldu. Ona görə də heç kim onu yaratmaqla kinoya böyük xidmətlər göstərməsi adı ilə qürrələnməsin. Onu da deyim ki, çox vicdanlı kinematoqrafçılar, ölkə kinosu üçün böyük xidmətləri olan insanların heç biri Ramiz Mehdiyev dəstəsinin onlara göstərdiyi konfetə aldanmadı. Kinematoqrafçılar arasında vicdanlı, sədaqətli insanlar da var. Onların böyük əksəriyyəti Kinematoqrafçılar İttifaqının krizis dövrlərini şükranlıqla keçdilər. Bir gün gələr haqq-ədalət yerini tapar deyərək… Doğrudan da bir gün gəldi. Rüstəm müəllim ali səviyyədə dəvət olundu. Kinematoqrafçılar İttifaqı yenidən öz məcrasına qayıtdı. Bunu oradakı bir çoxları – vaxtilə onunla çörək kəsmiş, birlikdə kinoya xidmət etmiş, evində olan və nəhayət, dost sanılan bir çox xəyanətkar insanlar bunu həzm edə bilmədilər. Ona görə stəkanda tufan qoparmağa çalışdılar”.

B.Vəziroğlu deyib ki, sonradan süni şəkildə yaradılmış ittifaq çox yaşaya bilməz: “1963-cü ildə təməli qoyulmuş əzəli, əbədi Kinematoqrafçılar İttifaqı var və Azərbaycan kinematoqrafçılarının qaymağı orada cəm olub. Gec-tez o biriləri də məşhur filmdəki sözdən sitat gətirərək cavab verəcəm: səhv eləmisən, götür tüfəngi keç bizim tərəfə. Yəqin ki, onlar da bir gün səhv etdiklərini anlayacaqlar. Və “çörəyə xəyanət”, “dosta xəyanət” damğasından qurtulmaq üçün haqq yoluna qayıdacaqlar”.

Xatırladaq ki, hazırda xalq artisti Rasim Balayevin rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqı 1963-cü il yanvarın 13-də yaradılıb. Rüstəm İbrahimbəyov 1981-ci ilin mayında təşkilatın idarə heyətinin birinci katibi, 2003-cü ilin yanvarından 2022-ci ilin martına qədər sədri vəzifəsində çalışıb. İttifaqın idarə heyətinin üzvləri aşağıdakılardır:

Xalq yazıçısı Anar, şair Baba Bəziroğlu, Həmidə Ömərova, Firəngiz Qurbanova, Cavid İmamverdiyev, Oleq Səfərəliyev, Cəmil Fərəcov, Qulu Məhərrəmli və digərləri.

Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci il 21 iyunda təsis edilib. İttifaqın təşəbbüs qrupunun və idarə heyətinin üzvləri aşağıdakılardır: Şəfiqə Məmmədova, Mais Ağabəyov, Ramiz Fətəliyev, Müşfiq Hətəmov, Səyavuş Kərimi, Cəmil Quliyev, Yusif Quliyev, Vaqif Mustafayev, Nəriman Məmmədov, Oqtay Mirqasımov, Ayaz Salayev.

“Kino ittifaqını iki yerə Ramiz Mehdiyev parçalayıb” ittihamına gəldikdə isə son vaxtlar bu barədə bir sıra tanınmışlar üstüörtülü də olsa fikirlər səsləndirirlər. Belə ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Qulu Məhərrəmli “Yeni Müsavat”a ötən müsahibəsində kinematoqrafçılar ittifaqının fəal məmur müdaxiləsi ilə iki yerə parçalandığını demişdi: “Əsas ittifaq Rüstəm İbrahimbəyovun zamanında fəal məmur müdaxiləsi ilə iki yerə parçalandı. Hazırda Şəfiqə Məmmədovanın rəhbəri olduğu qurum Rüstəm İbrahimbəyova qarşı yaradılmışdı…”

Sayt Xalq artisti Şəfiqə Məmmədovanın rəyini almağa çalışsa da, cəndləri nəticə verməyib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov isə səslənən ittihama bu cür cavab verib: “Mən zamanında sözümü Rüstəm İbrahimbəyova da demişdim. Onda heç Rasim Balayev ortalıqda yox idi, qaçıb gizlənmişdi. Deyirdi ki, ”mən yalnız kinoda qəhrəmanam, uşaqlarım var işləyirlər, işdən çıxararlar”. İndi bəs nə oldu, niyə birdən-birə kişi olub bu cür ifadələr səsləndirir? Nə tez hər şeyi unutdu?

Qulu Məhərrəmli də deyir ki, “nə olsun, iki ittifaq olanda nə olar”. Bəyəm kolxoz bazarıdır? Bir arvadın bir əri olar, iki deyil. Baba Vəziroğlu da kinoçu çıxıb, kinonun tarixindən danışır. Onun, ümumiyyətlə, ittifaqda nə işi var, anlaya bilmirəm. O vaxt törətdiyi əməllərə görə Baba Vəziroğlu ittifaqın katiblərinin imzası ilə qurumdan qovulmuşdu. Şəfiqə Məmmədova o vaxt yüz kişidən qeyrətli çıxaraq sinəsini qabağa verdi və bu ittifaqı dövlət səviyyəsində təşkil edib, onu xilas etdi. Belə ki, “Nizami evi”ndə qurultay səviyyəsində konfrans keçirdilər. Konfransda Fatma xanım Abdullazadə, Əli Həsənov və digərləri iştirak etmişdi. Onların iştirakı rəsmi, protokola uyğun idi. Şəfiqə xanım həmin vaxt quruma rəhbər təyin olundu və beləliklə, Rüstəm İbrahimbəyovun dağıtdığı kino ittifaqı bərpa olundu. Burada Ramiz Mehdiyevin niyə adı çəkilir ki? Gedənin arxasına bu cür mövqe tutmaq doğru deyil. Kişi idilər Ramiz Mehdiyev vəzifədə olanda bu sözü deyərdilər. Bir daha qeyd edirəm ki, Kinematoqrafçılar İttifaqında müəyyən şəxslərə Rasim Balayevin, sadəcə, adı lazımdır. Həmin qurumda Rasim Balayevə yaxın olan bir neçə şəxslə söhbətdə demişdim ki, gəlin birləşək, barışaq, kino haqqında danışaq. Mənə dedilər ki “Rasim Balayevin bizə, sadəcə, adı lazımdır ki, məktublarımıza cavab verilsin”. Bəs Rasim Balayevin öz ağlına nə gəlib? Kino, milli barışıq qalıb kənarda, ona çörək verən adam haqqında hədyanlı sözlər deyir. Sən heç Şəfiqə Məmmədovanın dırnağı qədər də kişi deyilsən. Çünki o ittifaqda yeganə adam idi ki, sona qədər əli-ayağı təmiz oturdu, sonda da ittifaqı qoruyub saxladı. Rüstəm İbrahimbəyov barəsində nə sözüm olubsa, onun sağlığında demişəm, bunu mətbuatdan görə bilərsiniz. Hətta İbrahimbəyov dediyim fikirlərə görə dəfələrlə mənimlə əlaqə saxlayıb, danışmışıq. Biz onunla Moskvada bir yerdə oxumuşuq. İndi Rasim Balayev deyir ki “Əbdül Mahmudbəyovun kinodan xəbəri yoxdur”. Məgər Balayev, sənə mükafatı verən mən deyildim? “Nəsimi” filminə görə onu xəstəxanadan çıxardıb gətirmişdim”.

Continue Reading

Previous: Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq olunub
Next: Yuri Şatunovun ölümündən əvvəl son görüntüsü – Video

Bölmənin digər xəbərləri

Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib
  • Mədəniyyət

Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib

2 Mart, 2026
Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilmə qaydası müəyyənləşir
  • Mədəniyyət

Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilmə qaydası müəyyənləşir

24 Fevral, 2026
Səidə narkotik iddialarına belə CAVAB VERDİ
  • Mədəniyyət

Səidə narkotik iddialarına belə CAVAB VERDİ

23 Fevral, 2026

Top 7 Xəbər

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir 1

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir

11 Mart, 2026
Koşta: Aİ Ermənistanla sülh gündəliyi məsələsində Azərbaycanı dəstəkləyir 2

Koşta: Aİ Ermənistanla sülh gündəliyi məsələsində Azərbaycanı dəstəkləyir

11 Mart, 2026
İlham Əliyev: Koştanın Azərbaycana səfəri ikitərəfli əlaqələrdə mühüm rol oynayacaq 3

İlham Əliyev: Koştanın Azərbaycana səfəri ikitərəfli əlaqələrdə mühüm rol oynayacaq

11 Mart, 2026
Martın 12-də qaz kəsiləcək – Bu ərazilərdə 4

Martın 12-də qaz kəsiləcək – Bu ərazilərdə

11 Mart, 2026
Putin İlham Əliyevə zəng etdi  5

Putin İlham Əliyevə zəng etdi 

11 Mart, 2026
Baş nazir hərbçilərin maaşı ilə bağlı qərar İMZALADI 6

Baş nazir hərbçilərin maaşı ilə bağlı qərar İMZALADI

11 Mart, 2026
İran Yaxın Şərqdə banklar və maliyyə institutlarını hədəf alacaq 7

İran Yaxın Şərqdə banklar və maliyyə institutlarını hədəf alacaq

11 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 061)
  • Dünya (3. 258)
  • Gündəm (11. 383)
  • İdman (634)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 348)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 964)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9061) Dünya (3258) Gündəm (11383) Kateqoriyasızlar (472) Kriminal (1348) Mədəniyyət (338) Siyasət (2964) Texnologiya (14) İdman (634) İqtisadiyyat (575)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir 11 Mart, 2026
  • Koşta: Aİ Ermənistanla sülh gündəliyi məsələsində Azərbaycanı dəstəkləyir 11 Mart, 2026
  • İlham Əliyev: Koştanın Azərbaycana səfəri ikitərəfli əlaqələrdə mühüm rol oynayacaq 11 Mart, 2026
  • Martın 12-də qaz kəsiləcək – Bu ərazilərdə 11 Mart, 2026
  • Putin İlham Əliyevə zəng etdi  11 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.