Skip to content
7 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 389)
  • Dünya (3. 353)
  • Gündəm (11. 725)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (491)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Türkiyə Azərbaycanda hərbi baza yarada bilərmi? – İZAH

Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan üzərində qələbə qazandıqdan sonra Cənubi Qafqazın geosiyasi həyatında əsaslı dəyişikliklər oldu. Mənzərədə
Cavidan 31 May, 2022

Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan üzərində qələbə qazandıqdan sonra Cənubi Qafqazın geosiyasi həyatında əsaslı dəyişikliklər oldu.

Mənzərədə münaqişəyə yer qalmadı, amma mübahisəli məsələlərin hələ də mövcudluğu özünün yedəyində risklər gətirir.

Risklər geosiyasi orqanizmdə müdafiə immunitetlərini gücləndirmək çağırışları qoyur, Azərbaycan da bu çağırışlar qarşısında hərbi-siyasi tədbirlər görür.

Bakı ikitərəfli və çoxtərəfli münasibətlərinin miqyasını Türkiyə ilə strateji müttəfiqlik əlaqələri prizmasında genişləndirir və qarşılıqlı şəkildə birgə maraqları stimullaşdıran addımlar atılır.

Bakının müdafiə siyasəti dövlətin hərbi təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və bu tezislər hərbi, siyasi, iqtisadi və sosial tədbirlər əsasında formalaşır. Bunlar Azərbaycan Respublikasının milli maraqlarının həyata keçirilməsi üçün əlverişli daxili və xarici şəraitin yaradılmasına xidmət edir.

Əlverişli şərait üçün atıla biləcək addımlardan biri də Türkiyənin Azərbaycanda hərbi baza yaratması olardı, hərçənd ki, bir çox ekspert bunun hüquqi cəhətdən mümkünsüzlüyünə diqqət çəkir.

Ancaq belə yanaşma bilgisizlikdən irəli gəlir və məsələ heç də belə deyil. İzahını verməyə çalışaq. Azərbaycanın hazırda qüvvədə olan Hərbi Doktrinasının 29-cu maddəsinə əsasən, rəsmi Bakı tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol vermir.

Lakin bu cümlənin ardınca gələn cümlədə Azərbaycanın müstəsna hüququ xatırladılır. Həmin cümlə belədir:

“Bununla belə, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə, Azərbaycan Respublikası öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud digər formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır”.

Sual olunur: Hərbi-siyasi şəraitdə əsaslı dəyişiklik olubmu? Əlbəttə ki, olub, bu barədə yuxarıda yazdıq. Bəli, söhbət Cənubi Qafqazdakı yeni reallıqdan gedir.

Azərbaycan nəzərdə tutulan hərbi-siyasi tədbirlərin planlaşdırılması və hərtərəfli təminatı, onların çevik və operativ həyata keçirilməsi üçün Türkiyənin ordu modelinə müraciət edir.

Bu model artıq tətbiq edilir və gələcəkdə Silahlı Qüvvələr tamamilə həmin modeldə işini quracaq.

Qardaş ölkənin ordu sisteminə inteqrasiyanın sürətlənməsi üçün Azərbaycanda Türkiyənin hərbi bazasına da ehtiyac yarana bilər. Bu, strateji müttəfiqlikdə yeni səhifə aça bilər.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığı mövcuddur.

Continue Reading

Previous: Prezident AzTV-yə 1 milyon manat ayırdı – SƏRƏNCAM
Next: İlham Əliyev Laura Loxmanı qəbul etdi

Bölmənin digər xəbərləri

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib
  • Gündəm

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib

4 May, 2026
Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib
  • Gündəm

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

30 Aprel, 2026
“Yaşıl enerji”nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL
  • Gündəm

“Yaşıl enerji”nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL

28 Aprel, 2026

Top 7 Xəbər

Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək 1

Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək

7 May, 2026
Balakən kanat yolunun inşasına başlanılıb 2

Balakən kanat yolunun inşasına başlanılıb

7 May, 2026
Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb, 13 nəfər yaralanıb 3

Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb, 13 nəfər yaralanıb

7 May, 2026
Bakının Rəşid Behbudov küçəsində təmir işləri aparılacaq 4

Bakının Rəşid Behbudov küçəsində təmir işləri aparılacaq

7 May, 2026
UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir 5

UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir

7 May, 2026
Politico: Trampın sərt ritorikası İranla bağlı razılaşmanı çətinləşdirə bilər 6

Politico: Trampın sərt ritorikası İranla bağlı razılaşmanı çətinləşdirə bilər

7 May, 2026
Uşaqlara qarşı zorakılıq və dilənçiliyə məcburetmə hallarına görə cərimələr təsdiqlənib 7

Uşaqlara qarşı zorakılıq və dilənçiliyə məcburetmə hallarına görə cərimələr təsdiqlənib

6 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 389)
  • Dünya (3. 353)
  • Gündəm (11. 725)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (491)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9389) Dünya (3353) Gündəm (11725) Kateqoriyasızlar (491) Kriminal (1383) Mədəniyyət (348) Siyasət (2988) Texnologiya (14) İdman (650) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək 7 May, 2026
  • Balakən kanat yolunun inşasına başlanılıb 7 May, 2026
  • Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb, 13 nəfər yaralanıb 7 May, 2026
  • Bakının Rəşid Behbudov küçəsində təmir işləri aparılacaq 7 May, 2026
  • UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir 7 May, 2026
© Addim.az | MoreNews by AF themes.