Skip to content
29 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Şagirdlər üçün iş dəftərləri niyə yoxa çıxıb?
  • Cəmiyyət

Şagirdlər üçün iş dəftərləri niyə yoxa çıxıb?

Məktəblərin ibtidai siniflərində tədrisin ikinci həftəsi başlasa da, hələ də bir çox valideyn iş dəftərlərini ala bilməyib. Aşağı
Cavidan 30 Sentyabr, 2021
1620467531_1_sinif_120719__2

Məktəblərin ibtidai siniflərində tədrisin ikinci həftəsi başlasa da, hələ də bir çox valideyn iş dəftərlərini ala bilməyib. Aşağı siniflər üçün dərs vəsaitlərinin yalnız poçt şöbələrində satılması müəyyən problemlərə səbəb olub.

Poçta müraciət edən valideynlər orada sözügedən ləvazimatların tapılmadığını deyirlər. Məsələ sosial şəbəkələrdə də ciddi müzakirələrə səbəb olub. Bəzi valideynlər iş dəftərlərini ucqar rayonlarda yerləşən poçt şöbələrindən tanışlıqla əldə etdiklərini iddia edirlər. Həmçinin poçtda tapılmayan 4 iş dəftərinin daxil olduğu 10 manatlıq paketin xeyli baha – 16 manata əlaltı satıldığı bildirilir.

“Qafqazinfo” yaranmış problemlə bağlı Təhsil İnstitutu ilə əlaqə saxlayıb. İnstitutdan sorğumuza cavab olaraq deyilib ki, ötən illərdə olduğu kimi, iş dəftərlərinin əldə olunması “Azərpoçt MMC” vasitəsilə həyata keçirilir: “İş dəftərləri ərazi üzrə tələbata uyğun olaraq poçt şöbələrinə paylanılıb. Valideynlərin ərazi üzrə poçt şöbələrinə yaxınlaşmaları tövsiyə edilir”.

“Azərpoçt” MMC-dən isə verdiyimiz sorğuyla bağlı bildirilib ki, qeyd edilən informasiya həqiqəti əks etdirmir: ““Azərpoçt” MMC ilə Təhsil Texnologiyaları Mərkəzi arasında bağlanan müqaviləyə əsasən Azərbaycan və rus bölmələri üzrə 1-ci və 2-ci siniflər üçün iş dəftərlərinin satışı 131-i Bakıda olmaqla respublika üzrə bütün poçt şöbələrində həyata keçirilir. İş dəftərləri tələbata uyğun olaraq gündəlik hər bir poçt şöbəsinə paylanılır və satışı davam etdirilir. Qeyd edək ki, son bir neçə gün ərzində iş dəftərləri ilə bağlı poçt şöbələrinə müraciətlər çoxluq təşkil edir”.

İş dəftərlərinin tanışlıqla baha qiymətə satılması iddiasına gəlincə isə, qurumdan bildirilib ki, hər bir dərslik komplektinin üzərində qiymət qeyd edilib: “İş dəftərlərinin baha qiymətə satılması ilə bağlı “Azərpoçt” MMC-yə bu günə qədər heç bir müraciət daxil olmayıb”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Bu gün deputatlar 15 məsələni müzakirə edəcəklər
Next: Rafael Cəbrayılov həbsdə vəfat etdi

Bölmənin digər xəbərləri

oqMb8BaqfPh v
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

Cavidan 29 İyun, 2026
  • Cəmiyyət

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Cavidan 29 İyun, 2026
Screenshot 2026-06-29 120518
  • Cəmiyyət

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

Cavidan 29 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 659)
  • Dünya (3. 424)
  • Gündəm (11. 906)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH oqMb8BaqfPh v 1
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

29 İyun, 2026
Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb 2
  • Cəmiyyət

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

29 İyun, 2026
Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb Screenshot 2026-06-29 133228 3
  • Dünya

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

29 İyun, 2026
Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər Screenshot 2026-06-29 125244 4
  • İdman

Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər

29 İyun, 2026
Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib Screenshot 2026-06-29 120518 5
  • Cəmiyyət

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

29 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9659) Dünya (3424) Gündəm (11906) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.