Skip to content
6 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Bakı Enerji Forumunun bir ssessiyası Şuşada keçiriləcək
  • Cəmiyyət

Bakı Enerji Forumunun bir ssessiyası Şuşada keçiriləcək

Bakı Enerji Forumunun möhtəşəm yekunu Qarabağın işğaldan azad edilmiş ərazilərində baş tutacaq və iyunun 4-də Şuşa şəhərində Forum
Cavidan 24 May, 2022
133d2398-8481-3e1b-b885-7378f1c5dc7a_850

Bakı Enerji Forumunun möhtəşəm yekunu Qarabağın işğaldan azad edilmiş ərazilərində baş tutacaq və iyunun 4-də Şuşa şəhərində Forum iştirakçıları ilə sessiya keçiriləcək.
“Report”un məlumatına görə, Forumun ilk iki günü – iyunun 2 -3-də Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə qlobal enerji perspektivləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi, yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi və bir sıra digər aktual mövzular ətrafında müzakirələr aparılacaq.
Bu il forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edir. Forumun proqramına 50 məruzəçinin 25 mövzusu daxildir. Plenar iclas “Enerji keçidi dövründə dəyişən dünyada yeni imkanlar və problemlər” mövzusuna həsr olunub.
Forumun proqramına aktual mövzular da daxil edilib: Rəhbər şəxslərin müzakirələri, qlobal enerji perspektivləri; Xalis sıfıra aparan yol; Enerji sektorunda az karbonlu gələcəyə keçid üçün kadr potensialı; Xəzər regionunda kəşfiyyat və hasilat imkanların xəritəsi; Ekoloji və sənaye təhlükəsizliyin təmin edilməsi: yeni yanaşma və yeni texnologiyalar; Neft-kimya kompleksinin inkişaf perspektivləri: cari və gələcək layihələr. Bakı Enerji Forumu çərçivəsində xüsusi sessiya – “Azərbaycanda dənizdə külək enerjisinin yol xəritəsi”, Dünya Bankının təşəbbüsü ilə keçiriləcək.
Аzərbaycan dövlət neft və sənaye universiteti və “BP Eksploreyşn” (Kaspian Si) limited şirkəti arasinda bərpa olunan enerji mənbələri üzrə ali təhsil proqramının həyata keçirilməsi ilə bağlı çərçivə sazişi də imzalanacaq.
Tədbirin məruzəçiləri arasında: Azərbaycan, Bolqarıstan, Rumıniya energetika nazirləri; Moldova və Serbiyanın Baş nazir müavinləri; Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF); ABŞ-ın enerji ehtiyatları bürosunun və Avropa komissiyasının nümayəndələri; SOCAR, BP, TPAO, “Equinor”, “Uniper”, “Tenaris”, “TotalEnergies”, “Masdar”, “ACWA Power” və digər enerji sektorunun şirkət rəhbərlərinin çıxışları gözlənilir.
Yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək ikitərəfli B2B işgüzar görüşlər forumun proqramına daxildir.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Əsgərlikdə ola-ola Bakıda avtoşluq edən iş adamının oğluna cinayət işi açıldı
Next: Kreml gizli şəkildə “Putinin xələfləri”ni müzakirə edib – KİV

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-06 125223
  • Cəmiyyət

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb

Cavidan 6 İyul, 2026
Screenshot 2026-07-06 090951
  • Cəmiyyət

Günün qoroskopu: Maliyyə mövzuları bu gün gündəminizdə olacaq

Cavidan 6 İyul, 2026
Ekran şəkli 2026-07-04 145221
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

Cavidan 4 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 692)
  • Dünya (3. 436)
  • Gündəm (11. 925)
  • İdman (672)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb Screenshot 2026-07-06 125223 1
  • Cəmiyyət

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb

6 İyul, 2026
Zelenski: “Patriot” üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir Screenshot 2026-07-06 122743 2
  • Dünya

Zelenski: “Patriot” üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir

6 İyul, 2026
Şuşada çərkəz musiqiləri ifa edilib Screenshot 2026-07-06 115014 3
  • Mədəniyyət

Şuşada çərkəz musiqiləri ifa edilib

6 İyul, 2026
“Neftçi” bu gün yoxlama oyununda “Partizan”la üz-üzə gələcək Screenshot 2026-07-06 105623 4
  • İdman

“Neftçi” bu gün yoxlama oyununda “Partizan”la üz-üzə gələcək

6 İyul, 2026
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb Screenshot 2026-07-06 102423 5
  • Kriminal

Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

6 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9692) Dünya (3436) Gündəm (11925) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3009) Texnologiya (15) İdman (672) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.