Skip to content
6 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Müdafiə və milli təhlükəsizlik sahəsinə nə qədər vəsait xərclənib?
  • Cəmiyyət

Müdafiə və milli təhlükəsizlik sahəsinə nə qədər vəsait xərclənib?

2021-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,8 faizi həcmində və ya 4885,5 milyon manat
Cavidan 21 May, 2022
1624539822.herbi-2

2021-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,8 faizi həcmində və ya 4885,5 milyon manat məbləğində vəsait yönəldilib.
Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb.
Hesabatda qeyd edilir ki, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən və ehtiyat fondlarından ayrılmış 343,9 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, 2021-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,8 faizi həcmində (2020-ci illə müqayisədə 1,0 faiz-bənd çox) və ya 4885,5 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da 2020-ci illə müqayisədə 460,1 milyon manat və ya 10,4 faiz çoxdur.
2021-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinə aidiyyəti büdcə təşkilatlarının xərc sifarişlərinə uyğun olaraq 4541,6 milyon manat məbləğində vəsait istifadə olunub ki, bu da 4579,0 milyon manat proqnoza nisbətən 37,3 milyon manat və ya 0,8 faiz az, 2020-ci illə müqayisədə isə 786,5 milyon manat və ya 20,9 faiz çoxdur. Bu xərclər ÜDM-in 4,9 faizini, dövlət büdcəsi xərclərinin isə 16,6 faizini (2020-ci illə müqayisədə 2,4 faiz-bənd çox) təşkil edib.
Xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər (2100,0 milyon manat) istisna olmaqla, müdafiə və milli təhlükəsizlik orqanlarının saxlanılması xərcləri üçün 2021-ci ilin dövlət büdcəsindən 2441,6 milyon manat məbləğində vəsait ayrılıb ki, bu da 2020-ci illə müqayisədə 286,5 milyon manat və ya 13,3 faiz çoxdur. Artım əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ermənistan Respublikası ilə dövlət sərhədində və Qarabağ bölgəsində sülhməramlılarla təmas xəttində xidmət edən hərbi qulluqçularına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin, onlara aylıq vəzifə maaşlarına müddətli əlavənin və digər zəruri xərclərin (qeyri-yaşayış binalarının tikintisi, əsas fondların və digər aktivlərin saxlanılması, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması və sair xərclər), habelə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində İran İslam Respublikası ilə 132 km və Ermənistan Respublikası ilə 193,1 km uzunluğunda dövlət sərhədlərinin mühafizəsinin təşkil edilməsi üçün Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti üzrə müddətli aylıq əlavənin verilməsi və komplektləşdirmə işlərinin həyata keçirilməsi, həmçinin hərbi qurumların maddi-texniki bazasının daha da gücləndirilməsi ilə bağlı zəruri xərclərin qarşılanmasına yönəldilib.
Bununla yanaşı 2021-ci ilin dövlət büdcəsinin Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan (273,6 milyon manat) və dövlət büdcəsinin ehtiyat fondundan (19,8 milyon manat) müdafiə, milli təhlükəsizlik və hüquq mühafizə orqanlarının maddi-texniki təminatının daha da yaxşılaşdırılması üçün üst-üstə 293,4 milyon manat məbləğində vəsait ayrılıb.
2021-ci ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan başqa əlavə gördükləri iş və göstərdikləri xidmətlərdən əldə etdikləri gəlirləri hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 8,3 milyon manat təşkil eDİB ki, bu da 2020-ci illə müqayisədə 2,2 milyon manat və ya 35,8 faiz çoxdur.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Baş nazir qərar İMZALADI
Next: Azərbaycanın xarici borcu azalıb

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-07-04 145221
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

Cavidan 4 İyul, 2026
Ekran şəkli 2026-07-04 131113
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

Cavidan 4 İyul, 2026
Screenshot_20260703_144632_com_android_chrome_ChromeTabbedActivity
  • Cəmiyyət

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib

Cavidan 3 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 690)
  • Dünya (3. 434)
  • Gündəm (11. 924)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 407)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub Ekran şəkli 2026-07-04 160124 1
  • Kriminal

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub

4 İyul, 2026
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL Ekran şəkli 2026-07-04 152001 2
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

4 İyul, 2026
İmişlidə zəlzələ olub Ekran şəkli 2026-07-04 145221 3
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

4 İyul, 2026
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir Ekran şəkli 2026-07-04 131113 4
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

4 İyul, 2026
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib Ekran şəkli 2026-07-04 124159 5
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

4 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9690) Dünya (3434) Gündəm (11924) Kateqoriyasızlar (520) Kriminal (1407) Mədəniyyət (355) Siyasət (3009) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.