Skip to content
7 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 391)
  • Dünya (3. 354)
  • Gündəm (11. 726)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (492)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Baş nazir qərar İMZALADI

Nazirlər Kabineti kommersiya hüquqi şəxslərin təsisçiləri, nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına verilməsi
Cavidan 21 May, 2022

Nazirlər Kabineti kommersiya hüquqi şəxslərin təsisçiləri, nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına verilməsi qaydasında dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Nazirlər Kabinetinin 201 №-li Qərarı “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanında edilən dəyişiklik əsasında qəbul edilib.
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna edilmiş dəyişikliyə görə “lotereya və idman mərc oyunları təşkilatçıları” sözləri “lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorları” sözləri ilə əvəz edilib
Eyni zamanda, həmin Qanuna əsasən kredit təşkilatlarına, lizinq xidmətləri göstərən hüquqi şəxslərə, investisiya şirkətlərinə, investisiya fondları və bu fondların idarəçilərinə, sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçilərinə, pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələrə, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərə münasibətdə Mərkəzi Bank, lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorlarına münasibətdə isə İqtisadiyyat Nazirliyi nəzarət orqanı qismində müəyyən olunub.
Qeyd edilənləri nəzərə alaraq Nazirlər Kabinetinin 2018-ci il 433 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndində “lotereya və idman mərc oyunları təşkilatçıları” sözləri “lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorları” sözləri ilə əvəz edilib.

Continue Reading

Previous: Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU
Next: Müdafiə və milli təhlükəsizlik sahəsinə nə qədər vəsait xərclənib?

Bölmənin digər xəbərləri

Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib
  • Cəmiyyət

Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib

7 May, 2026
Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib
  • Cəmiyyət

Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib

7 May, 2026
Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək
  • Cəmiyyət

Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək

7 May, 2026

Top 7 Xəbər

Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib 1

Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib

7 May, 2026
Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil 2

Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil

7 May, 2026
Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb 3

Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb

7 May, 2026
Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib 4

Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib

7 May, 2026
Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək 5

Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək

7 May, 2026
Balakən kanat yolunun inşasına başlanılıb 6

Balakən kanat yolunun inşasına başlanılıb

7 May, 2026
Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb, 13 nəfər yaralanıb 7

Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb, 13 nəfər yaralanıb

7 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 391)
  • Dünya (3. 354)
  • Gündəm (11. 726)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (492)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9391) Dünya (3354) Gündəm (11726) Kateqoriyasızlar (492) Kriminal (1383) Mədəniyyət (348) Siyasət (2988) Texnologiya (14) İdman (650) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib 7 May, 2026
  • Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil 7 May, 2026
  • Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb 7 May, 2026
  • Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib 7 May, 2026
  • Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək 7 May, 2026
© Addim.az | MoreNews by AF themes.