Tovuzda yeni ana olmuş qadın vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Dondar Quşçu kənd sakini, 1996-cı il təvəllüdlü Şiranə Həsənova mayın 11-də Tovuz Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. 35-36 həftəlik uşaq dünyaya gətirən qadın daha sonra halı pisləşdiyindən xəstəxanada saxlanılıb.
Tibbi müdaxilələrə baxmayaraq, 1 həftə sonra – mayın 18-də günorta saatlarında Ş.Həsənova vəfat edib.
Ölüm faktı ilə bağlı araşdırmalar aparılır.
Bölmələr
- Cəmiyyət (5. 855)
- Dünya (2. 109)
- Gündəm (6. 999)
- İdman (358)
- İqtisadiyyat (393)
- Kateqoriyasızlar (265)
- Kriminal (1. 019)
- Mədəniyyət (227)
- Siyasət (2. 392)
- Texnologiya (14)