Skip to content
7 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 396)
  • Dünya (3. 354)
  • Gündəm (11. 728)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (492)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

“Yeni doğulan uşaqlara 3 yaşına qədər pulsuz uşaq yeməyi verilməlidir” – AÇIQLAMA

“Uşaq pulu ilə bağlı bir neçə dəfə məsələ qaldırmışıq. Müharibədən əvvəl bu məsələ hökumətin gündəminə daşına bilmişdi. Hansı
Cavidan 18 May, 2022

“Uşaq pulu ilə bağlı bir neçə dəfə məsələ qaldırmışıq. Müharibədən əvvəl bu məsələ hökumətin gündəminə daşına bilmişdi. Hansı şəkildə verilib-verilməyəcəyi müzakirə olunurdu. Təəssüflər olsun ki, hazırda bu məsələ hökumətin gündəmində deyil”. 
Bunu “Unikal”a açıqlamasında deputat Razi Nurullayev deyib. Deputat bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin həmin ərazilərə köçürülməsi məsələsi var. 
“Hazırda neftin qiyməti qalxır və düşməsi üçün əsas yoxdur. Uşaq pulu məsələsinin yenidən gündəmə gəlməsi vacibdir. Azərbaycanda çoxuşaqlı ailələrə, müxtəlif kateqoriyadan olan həssas qruplara müxtəlif vəsaitlər ödənilir. Bütün bunların müqabilində sosial narazılığın dayanmadığını görürük. Hətta o yardımı alanlar belə narazıdır. Müxtəlif formada verilən sosial yardımları uşaqlı ailələrə nisbətdə dayandırmaq, ailələrə uşaq pulu təyin etmək vacibdir. Ölkəmizə qaz və neftdən gəlirlər daxil olur. İnsanların bundan gözləntiləri var ki, onu uşaq pulu şəklində evində görsün. Uşaqlar bizim gələcəyimizdir”. 
Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu belə əsaslandırdı ki, deyilən şəkildə bu ödəniş verilsə, haradasa 4 milyard manata yaxın vəsait edir. 
“Məsələ burasındadır ki, yeni doğulanlardan 18 yaşına qədər olan uşaqlara bu pul verilsə, deyilən məbləğ olacaq. Onun da yolu var. Belə ki, bunu mərhələli şəkildə etmək olar. Təklif edərdim ki, ilk olaraq 1-3 yaşında uşaqlara həmin ödənişin verilməsi gələn ildən etibarən büdcəyə salınsın. Eyni zamanda bütün yeni doğulan uşaqlara 3 yaşına qədər pulsuz uşaq yeməyi verilməlidir. Bunun üçün məbləğ müəyyənləşdirilə bilər”.

Continue Reading

Previous: Prezidentlərin geniş tərkibdə görüşü oldu – YENİLƏNİB
Next: Güclü külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQ

Bölmənin digər xəbərləri

Meteor yağışı olacaq – Bu tarixdə
  • Cəmiyyət

Meteor yağışı olacaq – Bu tarixdə

7 May, 2026
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib
  • Cəmiyyət

WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib

7 May, 2026
Müayinə və texniki xidmət tələblərinə riayət olunmasının monitorinqi qaydası təsdiq edilib
  • Cəmiyyət

Müayinə və texniki xidmət tələblərinə riayət olunmasının monitorinqi qaydası təsdiq edilib

7 May, 2026

Top 7 Xəbər

Meteor yağışı olacaq – Bu tarixdə 1

Meteor yağışı olacaq – Bu tarixdə

7 May, 2026
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib 2

WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib

7 May, 2026
Müayinə və texniki xidmət tələblərinə riayət olunmasının monitorinqi qaydası təsdiq edilib 3

Müayinə və texniki xidmət tələblərinə riayət olunmasının monitorinqi qaydası təsdiq edilib

7 May, 2026
Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək – XƏBƏRDARLIQ 4

Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək – XƏBƏRDARLIQ

7 May, 2026
Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub 5

Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub

7 May, 2026
Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib 6

Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib

7 May, 2026
Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil 7

Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil

7 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 396)
  • Dünya (3. 354)
  • Gündəm (11. 728)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (492)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9396) Dünya (3354) Gündəm (11728) Kateqoriyasızlar (492) Kriminal (1383) Mədəniyyət (348) Siyasət (2988) Texnologiya (14) İdman (650) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Meteor yağışı olacaq – Bu tarixdə 7 May, 2026
  • WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib 7 May, 2026
  • Müayinə və texniki xidmət tələblərinə riayət olunmasının monitorinqi qaydası təsdiq edilib 7 May, 2026
  • Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək – XƏBƏRDARLIQ 7 May, 2026
  • Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub 7 May, 2026
© Addim.az | MoreNews by AF themes.