Skip to content
5 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kriminal
  • “Əlilliyi alınandan sonra vəziyyəti kəskinləşdi” – Şizofreniya xəstəsinin başına gələnlər…
  • Kriminal

“Əlilliyi alınandan sonra vəziyyəti kəskinləşdi” – Şizofreniya xəstəsinin başına gələnlər…

Bu ilin yanvarında Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Akif Əsədullayevin avtomobilinin yandırılması ilə bağlı bəzi detallar üzə
Cavidan 16 May, 2022
masin

Bu ilin yanvarında Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Akif Əsədullayevin avtomobilinin yandırılması ilə bağlı bəzi detallar üzə çıxıb.

Addim.az “Kriminalqafqaz”a istinadən məlumatına görə, “sadə şizofreniya” xəstəliyindən əziyyət çəkən 34 yaşlı Əhməd Hüseynov (şərti) əvvəlcə DSMF-nin Şəki rayon filialının binasını, daha sonra baş həkimin avtomobilini yandırmağa cəhd edib. Baş həkimin “Nissan X-Trail” markalı avtomobilinə 7200 manatdan çox ziyan dəyib.

Faktla bağlı başlanılan cinayət işinə Şəki Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə özünü ifadə etmək qabiliyyəti olmayan Ə.Hüseynovun istintaqa verdiyi ifadə elan olunub. O ifadəsində qeyd edib ki, uşaqlıqdan özünü narahat hiss edir: “Gecələr yatmıram, buna səbəb tanımadığım şəxslərlə söhbət etməyimdir. Hadisə günü səhər oyandıqdan sonra atamla şəhərə çıxdıq. Xəstəxanadan dərman ala bilmədiyimə görə atam 3 gün idi ki, çox əsəbiləşirdi. Dərmanları vermədiyinə, pensiyamı kəsdiyinə görə atam dedi ki, onların binasını yandırım. Su butulkasına benzin töküb pensiya verilən yerə getdik. Binanın arxa və qabaq şüşələrinə benzin töküb yandırdım. Bundan sonra Akif həkimin evinə sürdük. Atam evin yanındakı maşının Akifə məxsus olduğunu deyib “maşını yandır” dedi”.

Əhmədgil maşını yandırandan sonra babasının məzarı olan yerə gediblər: “Orada atam və babamla söhbət etdim. Babam mənə dedi ki, “yaxşı eləmisən””.

Əhmədin atası isə oğlunun 10 ildən çoxdur şizofreniya xəstəliyindən əziyyət çəkdiyini və Şəki Psixiatriya Xəstəxanasında qeydiyyatda olduğunu deyib. Onun sözlərinə görə, oğluna xəstəliyi ilə əlaqədar II qrup əlillik dərəcəsi verilsə də, daha sonra təqaüdü kəsilib: “Əlilliyi ilə bağlı Psixatriya Xəstəxanasından dərmanlar verilirdi. Lakin əlilliyi ləğv ediləndən sonra dərmanlar da verilmədi. Əhməd dərmanları qəbul edə bilmədiyinə görə xəstəliyi kəskinləşdi. Təbii ehtiyaclarını belə özü ödəyə bilmir”.

Akif Əsədullayev məhkəmədə Əhməddən şikayətçi olmayıb: “Həyətə düşəndə avtomobilin arxa hissəsinin yandığını gördüm. Çətinliklə də olsa, yanğını söndürdük. Daha sonra polisə məlumat verdik. Dəymiş ziyan ödənilib, barışmışıq, şikayət və tələbim yoxdur”.

Məhkəmə hesab edib ki, Əhməd Hüseynov əməli anlaqsız vəziyyətdə törədib və xəstəliyinin kəskinləşmə vəziyyəti hazırda da davam edir. Buna görə təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimain təhlükəliliyini dərk etmək iqtidarında deyil. Hüseynov Cinayət Məcəlləsinin 186.2.2-ci (əmlakı qəsdən zədələmə) maddəsi ilə mühakimə olunsa da, ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad olunub. Barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilib. Qərarın icrası Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Türkiyədə “SAT” imtahan suallarını satan azərbaycanlılar saxlanıldı
Next: Son turun oyun cədvəli açıqlandı

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-07-04 160124
  • Kriminal

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub

Cavidan 4 İyul, 2026
s1LvCOTdpb v
  • Kriminal

Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb

Cavidan 25 İyun, 2026
1782306181 b
  • Kriminal

Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib

Cavidan 24 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 690)
  • Dünya (3. 434)
  • Gündəm (11. 924)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 407)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub Ekran şəkli 2026-07-04 160124 1
  • Kriminal

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub

4 İyul, 2026
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL Ekran şəkli 2026-07-04 152001 2
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

4 İyul, 2026
İmişlidə zəlzələ olub Ekran şəkli 2026-07-04 145221 3
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

4 İyul, 2026
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir Ekran şəkli 2026-07-04 131113 4
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

4 İyul, 2026
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib Ekran şəkli 2026-07-04 124159 5
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

4 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9690) Dünya (3434) Gündəm (11924) Kateqoriyasızlar (520) Kriminal (1407) Mədəniyyət (355) Siyasət (3009) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.