Skip to content
28 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 768)
  • Dünya (3. 154)
  • Gündəm (10. 971)
  • İdman (611)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 320)
  • Mədəniyyət (330)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Dünya
  • Dünya

“Cundul Şam”a qoşulan Bəxtiyar və ailəsi necə kriminallaşdı?

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Bəxtiyar Şıxıyev və ailəsi haqqında bir sıra maraqlı məqamlar üzə çıxıb.“Qafqazinfo”nun əldə
Cavidan 13 May, 2022

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Bəxtiyar Şıxıyev və ailəsi haqqında bir sıra maraqlı məqamlar üzə çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu, bir ailənin faciəsi və bir çox vətəndaşlarımız üçün nəticə çıxarılası hekayədir.
Tez-tez yayılan rəsmi informasiyalardan göründüyü kimi dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində ölkə hüdudlarından kənarda Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınmış “İraq Şam İslam Dövləti” (“İŞİD”) və digər terror təşkilatlarının tərkibinə daxil olan qanunsuz silahlı qruplarda iştirak edən çoxsaylı vətəndaşlarımız müxtəlif vaxtlarda cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri də Şıxıyev Bəxtiyar Səttərxan oğludur. 
Fərdi qaydada usta fəaliyyəti ilə məşğul olaraq qazanc əldə edən 1989-cu il təvəllüdlü Bəxtiyar Şıxıyev 2012-ci ildən ibadətlə məşğul olmağa başlamış, din pərdəsi altında insanları cinayətə sövq edən radikal düşüncəli şəxslərin söhbətlərindən təsir dairəsinə düşmüş, 2013-cü ildə dini nikahla ailə həyatı qurduğu hələ 15 yaşı tamam olmamış Əsgərzadə Səadət Nazim qızı ilə birlikdə Suriyada davam edən silahlı münaqişələrdə iştirak etmək məqsədilə həmin torpaqlara üz tutmuş, yetkinlik yaşına çatmayan “arvad”ı ilə qızğın döyüşlərin getdiyi bölgələrdə məskunlaşıb. Yetkinlik yaşına çatmayan Səadət Əsgərovanın ölkədən necə çıxarılması, ailəsinin buna necə icazə verməsi hələ özü ayrı bir sualdır…
Bəxtiyar Suriyada yaşadığı müddətdə digər bir azərbaycanlının rəhbərlik etdiyi “Cundul Şam” adlı silahlı qrupun tərkibində başqaları ilə birlikdə təlimlərdə iştirak edərək müxtəlif növ silahlardan və döyüş sursatlarından istifadə qaydalarını mənimsəmiş, eləcə də ona təhkim edilmiş silahla “ribat”a (təşkilat üzvləri ərazinin mühafizəsini belə adlandırır) çıxıb. Bu hərəkətləri ilə yanaşı o, hələ uşaq yaşında silah-sursat söküb-yığmağı öyrətdiyi arvadının da əllərinin cinayət ləkələri ilə kirlənməsinə zəmin yaratmışdı… 
2014-cü ildə Suriya Ərəb Respublikasından Türkiyəyə qayıdaraq orada yaşamağa başladıqdan sonra, yenicə dünyaya gələn övladını və ərini atan həmin “ana”, 2017-ci ildə Azərbaycan Respublikasına geri qayıdaraq kriminal aləmə qoşulmuş, gənc yaşlarında kriminal dəstənin tərkibində Bakı şəhəri ərazisində 65 yaşlı qadının evinə soxulub, həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıqla basqın edərək, əmlakını ələ keçirmək məqsədilə onun əllərini kəndirlə bağlayıb, yerdə sürüyüb, ağzını dəsmal ilə tıxayıb yaşlı qadını köməksiz vəziyyətdə qoymaqla ona qarşı quldurluq cinayət əməllərini törədib. Səadət Əsgərova Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2020-ci ildə 8 il müddətinə azadlıqdan məhrum edilib. 
Bəxtiyar özü isə ana sevgisindən məhrum qalmış azyaşlı övladı ilə birlikdə bir müddət gizlənsə də, Azərbaycan qanunlarının sərt üzü ilə üzləşməkdən yayına bilməyib… 
Kriminal ailədən geriyə valideynlərini dini düşmənçilik, dini radikalizm və dini fanatizm uğrunda “itirmiş” tək oğul övlad qalıb.

Continue Reading

Previous: Rusiya ordusu Ukraynada neft emalı zavodunu VURDU
Next: Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəfat etdi

Bölmənin digər xəbərləri

Peskov: Putin əl-Şaraa ilə Suriyadakı Rusiya bazalarının mövcudluğunu müzakirə edəcək
  • Dünya

Peskov: Putin əl-Şaraa ilə Suriyadakı Rusiya bazalarının mövcudluğunu müzakirə edəcək

28 Yanvar, 2026
HAMAS İsrailin təşkilatın liderlərini hədəf ala biləcəyini düşünür
  • Dünya

HAMAS İsrailin təşkilatın liderlərini hədəf ala biləcəyini düşünür

28 Yanvar, 2026
Kreml: Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək
  • Dünya

Kreml: Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək

27 Yanvar, 2026

Top 7 Xəbər

Magistratura üzrə sınaq imtahanının nəticələri elan olunub 1

Magistratura üzrə sınaq imtahanının nəticələri elan olunub

28 Yanvar, 2026
Peskov: Putin əl-Şaraa ilə Suriyadakı Rusiya bazalarının mövcudluğunu müzakirə edəcək 2

Peskov: Putin əl-Şaraa ilə Suriyadakı Rusiya bazalarının mövcudluğunu müzakirə edəcək

28 Yanvar, 2026
Tamaşaçıların istəyi ilə “Sən-Kralsan!” müziklı yenidən nümayiş olunacaq 3

Tamaşaçıların istəyi ilə “Sən-Kralsan!” müziklı yenidən nümayiş olunacaq

28 Yanvar, 2026
ƏMAS-da atalıq məzuniyyəti ilə bağlı yeni funksionallıq tətbiq edilib 4

ƏMAS-da atalıq məzuniyyəti ilə bağlı yeni funksionallıq tətbiq edilib

28 Yanvar, 2026
Ombudsman “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin hazırlanması zərurətini açıqlayıb 5

Ombudsman “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin hazırlanması zərurətini açıqlayıb

28 Yanvar, 2026
Azərbaycanda uşaqları dini ayinlərdə iştiraka məcbur etmək qadağan olunacaq 6

Azərbaycanda uşaqları dini ayinlərdə iştiraka məcbur etmək qadağan olunacaq

28 Yanvar, 2026
Mehdiabaddan metronun “28 may” stansiyasına tramvay yolu çəkiləcək 7

Mehdiabaddan metronun “28 may” stansiyasına tramvay yolu çəkiləcək

28 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 768)
  • Dünya (3. 154)
  • Gündəm (10. 971)
  • İdman (611)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 320)
  • Mədəniyyət (330)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8768) Dünya (3154) Gündəm (10971) Kateqoriyasızlar (454) Kriminal (1320) Mədəniyyət (330) Siyasət (2929) Texnologiya (14) İdman (611) İqtisadiyyat (564)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Magistratura üzrə sınaq imtahanının nəticələri elan olunub 28 Yanvar, 2026
  • Peskov: Putin əl-Şaraa ilə Suriyadakı Rusiya bazalarının mövcudluğunu müzakirə edəcək 28 Yanvar, 2026
  • Tamaşaçıların istəyi ilə “Sən-Kralsan!” müziklı yenidən nümayiş olunacaq 28 Yanvar, 2026
  • ƏMAS-da atalıq məzuniyyəti ilə bağlı yeni funksionallıq tətbiq edilib 28 Yanvar, 2026
  • Ombudsman “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin hazırlanması zərurətini açıqlayıb 28 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.