Skip to content
17 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Şəhid hərbçilər və mülki şəxslərlə bağlı məlumatlar sistemləşdiriləcək
  • Cəmiyyət

Şəhid hərbçilər və mülki şəxslərlə bağlı məlumatlar sistemləşdiriləcək

“Azərbaycan Prezidenti hər zaman çıxışlarında vurğulayır ki, biz qələbəni bayrağı sancan, öz sinəsini qabağa verən, ölümün gözünə dik
Cavidan 28 Sentyabr, 2021
1627558963.sehid_verese

“Azərbaycan Prezidenti hər zaman çıxışlarında vurğulayır ki, biz qələbəni bayrağı sancan, öz sinəsini qabağa verən, ölümün gözünə dik baxan qəhrəman hərbiçilərimizə və şəhidlərimizə borcluyuq”.

Bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova “Yaddaş” kitabının və Memorial.az saytının təqdimatı mərasimində deyib.

Onun sözlərinə görə, bu gün böyük qürur və fəxrlə Azərbaycanın haqq və şərəf savaşında öz canlarını fəda etmiş, adını qızıl hərflərlə tariximizə yazmış qəhrəmanlarımızı anırıq: “Onların xatirəsini əbədi yaşatmaq, onlara olan ehtiramı daim uca tutmaq üçün 2020-ci il dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti 27 sentyabr – Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzaladı. Dünən Azərbaycan xalqı Vətən müharibəsinin başlanmasının birinci ildönümünü, birinci Anım və Milli Qürur gününü qeyd edirdi”.

PA rəsmisi vurğulayıb ki, şəhidlər mövzusu Azərbaycan xalqı üçün həmişə həssas və müqəddəsdir. Vətən müharibəsi gedişində və müharibədən sonra müxtəlif informasiya resurslarında, media orqanlarında şəhidlərimiz haqqında müxtəlif məlumatlar paylaşılır: “Bu məlumatlar cəmiyyətdə böyük maraqla qarşılansa da, informasiyanın yayılması pərakəndə və sistemsiz xarakter daşıyır. Memorial.az saytının yaradılmasında da əsas məqsədlərdən biri bu pərakəndəliyi aradan qaldıraraq, tarixi yaddaşın formalaşdırılmasına sistemli yanaşmanı tətbiq etmək, hər bir qəhrəmanımız haqqında müfəssəl məlumatları vahid elektron resursda cəmləşdirmək, onları Azərbaycan xalqına daha yaxşı tanıtmaqdır. Gələcək perspektivdə saytın funksionallığının və əhatəsinin daha da artırılması nəzərdə tutulur. Bununla bağlı 2016-cı il şəhidlərinin, atəşkəs dövrünün şəhidlərinin, Birinci Qarabağ müharibəsi şəhidlərinin və ümumilikdə münaqişə gedişində həlak olmuş hərbi qulluqçuların və mülki şəxslərin də məlumatlarının sistemləşdirilməsi nəzərdə tutulur”.

S.Yusifova qeyd edib ki, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların ailə üzvlərinin, doğmalarının hər zaman qayğı ilə əhatə olunması dövlətimizin əsas vəzifələrindən biridir: “Həm şəhidlərin ailə üzvləri, həm sağlamlığını itirən qazilərimizin sosial müdafiəsi Azərbaycan Prezidenti İlham Əliyev cənablarının, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Bu portalın fəaliyyəti də şəhidlərimizin ailə üzvləri ilə sıx əməkdaşlıq formatında qurulacaq, hər bir şəhid haqqında məlumatlar dəqiqləşdiriləcək, portal onların təqdim etdiyi məlumatlarla daha da zənginləşdiriləcək”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Vilayət Eyvazov bu rayona DYP rəisi TƏYİN ETDİ
Next: Zakir Həsənov generala yeni VƏZİFƏ VERDİ – FOTO

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-17 180958
  • Cəmiyyət

Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb

Cavidan 17 İyun, 2026
Screenshot 2026-06-17 110610
  • Cəmiyyət

Cavidan 17 İyun, 2026
Screenshot 2026-06-17 104653
  • Cəmiyyət

Azərbaycan XİN İslandiyanı təbrik edib

Cavidan 17 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 603)
  • Dünya (3. 408)
  • Gündəm (11. 878)
  • İdman (663)
  • İqtisadiyyat (600)
  • Kateqoriyasızlar (510)
  • Kriminal (1. 401)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb Screenshot 2026-06-17 180958 1
  • Cəmiyyət

Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb

17 İyun, 2026
Screenshot 2026-06-17 110610 2
  • Cəmiyyət

17 İyun, 2026
Azərbaycan XİN İslandiyanı təbrik edib Screenshot 2026-06-17 104653 3
  • Cəmiyyət

Azərbaycan XİN İslandiyanı təbrik edib

17 İyun, 2026
Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək Screenshot 2026-06-17 100022 4
  • Cəmiyyət

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

17 İyun, 2026
Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub Screenshot 2026-06-17 093153 5
  • Cəmiyyət

Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub

17 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9603) Dünya (3408) Gündəm (11878) Kateqoriyasızlar (510) Kriminal (1401) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (663) İqtisadiyyat (600)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.