Audiovizual Şura “ARB” televiziyasının yayımının 3 saatlıq dayandırılması haqqında qərar qəbul edib.
Şuradan verilən xəbərə görə, 5 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib. İclasda 25 aprel – 5 may 2022-ci il tarixləri arasında ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının monitorinqinin nəticələri müzakirə olunub.
Monitorinqlər zamanı “ARB” televiziya yayımçısının efirində 3 may 2022-ci il tarixdə saat 13:35 – 15.30 arası yayımlanan “Elgizlə izlə” proqramında zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya yol verilməsi və bununla “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.15-ci maddəsinin tələblərinin pozulması faktı qeydə alınıb. Bu səbəbdən, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 41.1.1-ci və 41.5-ci maddələrinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurası iclasda “ARB” televiziya yayımçısının proqramlarının yayımının 8 may 2022-ci il tarixdə saat 09.00-dan 12.00-dək 3 (üç) saatlıq dayandırılması haqqında qərar qəbul edib.