Skip to content
12 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 486)
  • Dünya (3. 049)
  • Gündəm (10. 602)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Daha bunun harası icbari tibbi sığorta oldu? – ETİRAZ
  • Cəmiyyət

Daha bunun harası icbari tibbi sığorta oldu? – ETİRAZ

Əhali icbari tibbi sığortadan niyə narazıdır? Həsrətlə yolunu gözlədiyimiz icbari tibbi sığortanın nəhayət bütün ölkə boyu tətbiqi elan
Cavidan 22 Aprel, 2022

Əhali icbari tibbi sığortadan niyə narazıdır? Həsrətlə yolunu gözlədiyimiz icbari tibbi sığortanın nəhayət bütün ölkə boyu tətbiqi elan edilsə də, gözləntilər hələ də özünü doğrultmur. Yerli poliklinikalarda heç kreatin analizi də aparılmır. Laboratoriya işçiləri fağır-fağır “bizdə bu müayinələr yoxdu”, deyir, sonra da çəkinə-çəkinə “ödəniş edin, başqa yerə göndərək analizi, gəlib cavabını burdan alarsınız. Ödənişin miqdarını dəqiq bilmədiyimiz üçün yazmırıq. Payızda təxminən 12 manat idi.

Yəqin qiyməti qalxıb. Laboratoriya işçiləri məsləhət də verir ki, özəl klinikaya getsəniz, xərci bundan artıq çıxacaq, yaxşısı burda ödəniş etməkdir. Kreatini söz gəlişi dedik. Digər zəruri müayinələrlə bağlı da həm poliklinikalarda, həm də dövlət tabeli tibb müəssisələrində problem ortaya çıxır. İcbari tibbi sığortaya ümid edib həkimə müraciət edənlərin əli boşa çıxır. Mütləq onları müayinə üçün harasa – ödənişli tibb mərkəzlərinə göndərirlər. Daha bunun harası tibbi sığorta oldu? Halbuki, icbari tibbi sığorta tətbiqinə başlanandan əmək haqlarından tutulmalar həyata keçirilir. Bu mənada işləyən əhalinin narazılığı haqlıdır: bir halda ki, icbari tibbi sığorta üçün əmək haqqından tutulur, niyə ondan istifadə edə bilmirik?

Addim.az-ın məlumatına görə, tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, qanun qəbul etməklə iş bitmir, qanunun icrası üçün də şərait yaradılmalıdır:

  • İcbari tibbi sığortanın tətbiqindən əvvəl poliklinikalarda hansı analizlər, hansı müayinələr aparılırdısa, indi də elədir. Bu sahədə heç bir dəyişiklik baş verməyib, yenilik yoxdur. Məsələn, ultrasəs müayinəsi var, amma tutalım, qalxanvari vəzdəki problemi müəyyənləşdirmək üçün antitellərin analizi vacibdir, bunu isə edə bilmirlər. Ya da böyrəyin funksiyalarını göstərəcək analizlər yarımçıq aparılır, böyrəküstü vəz isə ümumiyyətlə yoxlanmır. Çünki bu analiz üçün lazım olan avadanlıq, tibbi ləvazimatlar yoxdur. Hansı zamandır ki, poliklinikalarda exo-kardioqramma edilmir?! Dövlət tabeliyində olan tibb müəssisələrində xroniki xəstəliklərin müayinəsi, müalicəsi aparılır, daha dəqiq müayinə lazım olduqda isə pasiyenti ya özəl klinikalara göndərirlər, ya da göndəriş verirlər ki, filan yerə get. Məsələn, doğuş prosesi, təxirəsalınmaz tibbi müdaxilələr mütləq icbari tibbi sığorta paketinə daxil edilməlidir. Poliklinikalarda müalicə-müayinə metodları genişlənməlidir, tibbi avadanlıqlar yenilənməlidir, analizlərin aparılması təkmilləşməlidir. Müasir avadanlıqlarla işləyə biləcək kadrlar olmalıdır. Məzmun və mahiyyət dəyişməlidir. Ümumi sistem və mühit yaxşılaşmalıdır. Vətəndaş tibb müəssisəsinə daxil olanda ürəyi açılmalıdır, həkimdən, tibb bacısından xoş münasibət, gülər üz görməlidir. Həkim deontologiyası çox aşağı səviyyədədir. Həkim pasiyenti onun anlayacağı dildə başa salmalı, sağlamlığı haqqında dolğun izahat verməlidir. Bəlkə pasiyentin həmin anda müalicə olunmaq üçün maddi imkanı yoxdur, yüksək etikaya malik həkim pasiyenti incitmədən, şəxsiyyətinə toxunmadan maddi durumunu ayırd etməyi bacarmalıdır.

Ş.Namazlı qeyd etdi ki, icbari tibbi sığorta ilə bağlı əhaliyə bildirişlər təqdim olunur. Əhalinin məlumatlı olması baxımından bu, müsbət haldır. Lakin vətəndaş səhhətində yaranmış hər hansı problemlə əlaqədar dövlət tibb müəssisəsinə müraciət etdikdə, zəruri müayinələrdən keçə bilməyəcəksə və onu ora-bura göndərəcəklərsə, əlbəttə, narazı qalacaq:

  • Əgər icbari tibbi sığorta üçün ayrılan dövlət vəsaiti azlıq təşkil edirsə, artırılmalıdır. Üstəlik, müəssisə və təşkilatlar, işləyən əhalinin əmək haqqından icbari tibbi sığorta tutulmaları da var. Bu vəsaitlər doğru istiqamətdə sərf olunmalıdır.

Continue Reading

Previous: Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayır
Next: Parlamentdə Şuşa ilə bağlı qanun layihəsi müzakirə ediləcək

Bölmənin digər xəbərləri

Bakıda bir çox istiqamətlərdə nəqliyyatın sıxlığı müşahidə edilir
  • Cəmiyyət

Bakıda bir çox istiqamətlərdə nəqliyyatın sıxlığı müşahidə edilir

12 Dekabr, 2025
Mehriban Əliyeva Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib
  • Cəmiyyət

Mehriban Əliyeva Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib

12 Dekabr, 2025
İlham Əliyev Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib
  • Cəmiyyət

İlham Əliyev Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib

12 Dekabr, 2025

Top 7 Xəbər

“Reuters”: ABŞ Venesuela nefti daşıyan əlavə tankerləri ələ keçirə bilər 1

“Reuters”: ABŞ Venesuela nefti daşıyan əlavə tankerləri ələ keçirə bilər

12 Dekabr, 2025
Bakıda bir çox istiqamətlərdə nəqliyyatın sıxlığı müşahidə edilir 2

Bakıda bir çox istiqamətlərdə nəqliyyatın sıxlığı müşahidə edilir

12 Dekabr, 2025
Dubayda sürücüsüz taksilərin sınaqlarına başlanılıb 3

Dubayda sürücüsüz taksilərin sınaqlarına başlanılıb

12 Dekabr, 2025
Mehriban Əliyeva Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib 4

Mehriban Əliyeva Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib

12 Dekabr, 2025
İlham Əliyev Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib 5

İlham Əliyev Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib

12 Dekabr, 2025
Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür 6

Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür

12 Dekabr, 2025
Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib 7

Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib

11 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 486)
  • Dünya (3. 049)
  • Gündəm (10. 602)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8486) Dünya (3049) Gündəm (10602) Kateqoriyasızlar (437) Kriminal (1294) Mədəniyyət (322) Siyasət (2909) Texnologiya (14) İdman (593) İqtisadiyyat (550)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • “Reuters”: ABŞ Venesuela nefti daşıyan əlavə tankerləri ələ keçirə bilər 12 Dekabr, 2025
  • Bakıda bir çox istiqamətlərdə nəqliyyatın sıxlığı müşahidə edilir 12 Dekabr, 2025
  • Dubayda sürücüsüz taksilərin sınaqlarına başlanılıb 12 Dekabr, 2025
  • Mehriban Əliyeva Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib 12 Dekabr, 2025
  • İlham Əliyev Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib 12 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.