Skip to content
29 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Şuşaya təzyiqli su kəmərinin çəkilməsi planlaşdırılır
  • Cəmiyyət

Şuşaya təzyiqli su kəmərinin çəkilməsi planlaşdırılır

Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin içməli su təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin
Cavidan 21 Aprel, 2022
shusha-yeni

Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin içməli su təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun növbəti iclası keçirilib.

Bu barədə ölkə prezidentinin 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə yaradılmış işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahın nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzi məlumat yayıb.

Məlumata görə, Şuşada baş tutmuş iclasda Azərsu ASC-nin və işçi qrupuna daxil olan digər dövlət təşkilatlarının əməkdaşları və mütəxəssislər iştirak ediblər. İclas iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtının içməli su təchizatının bərpası məqsədilə görülmüş təxirəsalınmaz işlər və perspektiv layihələr barədə məlumat verib, iqlim dəyişikliklərininin su ehtiyatlarına təsiri ilə bağlı təqdimatlar edib.

Bildirilib ki, Şuşa işğaldan azad olunduqdan sonra şəhəri su ilə təmin edən Kiçik Kirs və Zarıslı mənbələrinin fəaliyyəti qısa müddət ərzində bərpa edilib, magistral kəmərlərdə və su anbarlarında təmir-bərpa işləri həyata keçirilib. Şəhər ərazisində davam edən abadlıq-quruculuq və tikinti-quraşdırma işləri, yeni tikiləcək yaşayış və qeyri-yaşayış obyektləri içməli suya tələbatı xeyli artıracaq. Mövcud mənbələrin məhsuldarlığı yay mövsümündə tələbatı tam ödəməyəcək. Bütün bunlar nəzərə alınaraq alternativ mənbə kimi Zarıslı çayının su ehtiyatlarından istifadə olunması nəzərdə tutulur. Şuşa şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla dayanıqlı içməli su təminatı məqsədilə çayın məcrasında yeni su anbarının layihələndirilməsi işləri davam etdirilir. Zarıslı çayının məcrasında yaradılacaq anbarda toplanan suyun şəhərə nəqli məqsədilə nasos stansiyasının və 2,6 km uzunluğunda təzyiqli su kəmərinin inşası planlaşdırılır.

İclasda Şuşa şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması ilə bağlı perspektiv layihələr, bu sahədə innovativ texnologiyaların tətbiqi və ətraf mühitə təsirin qiymətləndirilməsi məsələləri də müzakirə edilib.

İşçi qrupunun üzvləri yaradılacaq yeni su anbarının tikiləcəyi yerə baxış keçirib, ərazinin coğrafı mövqeyi və relyefi ilə tanış olublar.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Fərid Qayıbov rəisi işdən çıxardı – Yeni təyinat (FOTO)
Next: General-polkovniklər Ermənistanla sərhəddə – FOTOLAR

Bölmənin digər xəbərləri

JlUrdPT2xgmb3zqys0E v
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

Cavidan 29 İyun, 2026
oqMb8BaqfPh v
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

Cavidan 29 İyun, 2026
  • Cəmiyyət

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Cavidan 29 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 660)
  • Dünya (3. 427)
  • Gündəm (11. 908)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub 6a427bb62db0e6a v 1
  • Dünya

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

29 İyun, 2026
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək 6a427200e36e46av 2
  • Dünya

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

29 İyun, 2026
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB JlUrdPT2xgmb3zqys0E v 3
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

29 İyun, 2026
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil 6a426a830e8966a426 v 4
  • Dünya

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

29 İyun, 2026
Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH oqMb8BaqfPh v 5
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

29 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9660) Dünya (3427) Gündəm (11908) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.