Skip to content
1 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 796)
  • Dünya (3. 161)
  • Gündəm (11. 000)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (457)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (332)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Quru sərhədlər açılanda: Azərbaycanlılar istirahətdən məhrum qalacaq? – Ekspert danışır

“Azərbaycan tezliklə quru sərhədlərini açmalıdır. Bu olsa, ölkəyə turist axını 2 dəfə artar. Turistlər təkcə bayram günlərində deyil,
Cavidan 21 Aprel, 2022

“Azərbaycan tezliklə quru sərhədlərini açmalıdır. Bu olsa, ölkəyə turist axını 2 dəfə artar. Turistlər təkcə bayram günlərində deyil, adi günlərdə də ölkəmizə səfər edərlər”.

Bunu qarşıdan gələn Ramazan və Qurban Bayramlarında Azərbaycana turist cəlb etmək üçün görülməli olan işlərlə bağlı danışan “Azərbaycan Turizm Assosiasiyası” (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib. Onun fikrincə, quru sərhədlərinin bağlı olması bütün ölkələrdən, o cümlədən müsəlman ölkələrindən Azərbaycana turist axınının qarşısını alır.

Qeyd edək ki, quru sərhədlərinin bağlı olması həqiqətən də turist axınının qarşısının alınmasında mövcud problemlərdən biridir. Ölkədə turizmin inkişafı prioritet olsa da, turist sayı artdığı təqdirdə onu qəbul edəcək potensial varmı və bu zaman tələb çox olduguna görə yerli tustlər ucun də qiymət bahalaşacaqmı? Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi Cebhe.info-ya açıqlamasında uzun müddətdir ki, həm quru sərhədlərin bağlı olduğunu, digər tərəfdən pandemiya ilə əlaqədar müxtəlif protokollar, qadağalar həyata keçirildiyini bildirdi:

“Bu həm Azərbaycanın, həm bölgənin, həm dünya turizm bazarına mənfi təsir göstərib. Dünyada baş verən hansısa dəyişikliklər turizmə öz mənfi və ya müsbət təsirini göstərməkdədir. Bu həmişə belə olub.

Pandemiya da turizmə çox böyük zərbə vurdu. İqtisadi fəaliyyət növləri sırasında məhz turizm və qonaqpərvərlik sahəsinə böyük zərbə dəydi. Bu bizi çox məyus etdi, son 3 il ərzində problemlər yaşadıq. Bunu tarix də sübut edib və turizm hər bir böhrandan sonra sürətlə inkişaf mərhələsinə keçib.

Sonuncu yaşadığımız böhranlar da bunu sübut edib. Quru sərhədlərinin açılması bizi sevindirən bir xəbərdir. Sərhədlərin açılması qonşu ölkələrdən gələn turistlərin sayına müsbət təsir göstərəcək. Nəzərə alsaq ki, təyyarə uçuşları bahalaşıb, bəzi reyslər artıq çalışmır. Bəzi reyslərin qiyməti pandemiyadan öncəki dövrlə müqayisədə 3-4 dəfə artıb. Turistlərin də sosial təbəqəsinə baxsaq, bu imkanlar daralıb. Bu gün daha imkanlı insanlar beynəlxalq turizm fəaliyyətlərinə qatıla bilirlər, təyyarə ilə səyahət etmək qərarı verə bilirlər. Bu müddər ərzində bu səbəblərdən bir qədər bizim daxili turizm canlandı.

Bu çətinliklərlə yanaşı insanlar öz istirahətlərini də nəzərə alır. O cümlədən turizm təkcə istirahət deyil, dərketmə prosesləri, yeni təəssüratların alınması, müalicə-profilaktik proseslər var. Hər bir vətəndaş özü üçün bunu planlayırdı. Biz qapanmalardan çıxdıq. Öncə xarici səfərlərə üstünlük verən insanlar daxili turizm fəaliyyətlərinə qatılmağa başladılar. Bu baxımdan daxili turizmdə dəyişikliklər baş verdi”.

S.Dübəndinin sözlərinə görə, quru sərhədlərinin açılması ilə bağlı qonşu ölkələrə baxdıqda statistikada ötən illər və pandemiya dövründə bizə daha çox 4 ölkədən gələn turistləri qeyd edə bilərik:

“Bunlar İran, Rusiya, Gürcüstan və Türkiyədir. Quru sərhədlərin açılması bu ölkələrdən gələn turistlərin sayına da təsirini göstərəcək. Daha iri turizm bazarına diqqət yetirsək, bu Rusiya bazarıdır ki, hazırda onların xarici ölkələrə getməsi bir qədər məhdudlaşıb.

Müxtəlif sanksiyalar, digər qadağalar ortaya çıxıb və bu gün Rusiya turizm bazarı dəyişməkdədir. Yeni prioritetlər ortaya çıxıb. Vətəndaşlar ənənəvi istiqamətlərini dəyişməkdədirlər. Belə məlumatlar var ki, rus turistlər daha uzaq olan ölkələrə üstünlük verirlər. Bu gün biz bu stiuasiyadan bacarıqla istifadə etməliyik, xüsusilə qarşıdan yay mövsümü gəlir. Rusiyanın böyük hissəsi şimal zonasına düşür, günəş azdır, vitamin, meyvə-tərəvəz çatışmazlığı olur.

Bu baxımdan həmin regionların sakinləri böyük səbirsizliklə yay mövsümünü gözləyirlər ki, həmin çatışmazlıqları bərpa etsinlər. Bununla bağlı daha isti ölkələrə, dəniz kənarlarına, çimərliklərə üz tuturlar. Bunun sübutu Türkiyədir. Türkiyəyə çoxsaylı rusiyalı turistlər üz tutur. Biz bu situasiyadan istifadə etsək rusiyalı turistlərin sayını daha çox görə bilərik”.

Qiymət bahalaşmasına gəldikdə isə müsahibimiz onu da vurğuladı ki, bu dövlət tənzimləməsindən asılıdır:

“Düşünürəm ki, turizm axınlarını ciddi surətdə tənzimləmək lazımdır. Əks halda biz bir qədər xoşagəlməz nəticələrlə üzləşə bilərik. Over turizm deyilən bir anlayış var. Daha çox turist gələn destinasiyalarda müxtəlif mənfi fəsadlar ortaya çıxır.

Bu həm populyar, mərkəzi ərazilərdə səs-küy, yaxud hotellərdə yerlərin çatışmazlığı və s. kimi fəsadların olmaması dövlət tənzimləməsi prosesindən asılıdr. Ona görə də bu proseslər, həm gələn, həm də gedən turistlərin sayı tənzimlənməlidir, koordinasiya olmalıdır. Düşünmürəm ki, bahalaşmaya səbəb ola bilər. Onu da qeyd edim ki, bu gün Rusiya turistinin də maliyyə vəziyyəti dəyişib. Baş verən proseslər əhalinin istehlak imkanlarına mənfi təsir göstərib. Bu yalnız Rusiyaya aid deyil.

Azərbaycana turist yollayan ölkələri hədəf olaraq pandemiyadan əvvəl seçmişdik, bu məsələyə də bir qədər yenidən baxmaq ehtiyacı ortaya çıxır. Ola bilsin ki, bəzi dəyişiklik baş verib, həmin prioritet seçdiyimiz ölkələr sırasında dəyişiklik baş versin. Hər halda qonşu ölkələr prioritetlər siyahısında qalmalıdırlar. Bu təkcə Rusiyaya aid deyil, digər ölkələrə də diqqət yetirmək lazımdır. Bununla yanaşı da hər bir ölkənin vətəndaşı üçün onlara lazım olan bir turizm məhsulu ortaya çıxarmalıyıq. Bunun səmərəsi olar, nəticədə daha çox turist cəlb edə bilərik. Ancaq o şərtlə ki, turist axınını tənzimləmək lazımdır. Turizm sənayesi uzun sürən pandemiya proseslərindən yorulub, bir çox sənayedə dəyişikliklər baş verib. Müflis olan, işləri zəifləyən müəssisələr də var.

Digər tərəfdən dövlətin də pandemiya dövründə məsələn, personalı işdən çıxarmamaq kimi müxtəlif yardım paketləri oldu. Ona görə də xüsusi turizm məhsulları hazırlayıb, prioritet seçdiyimiz ölkələri nəzərdən keçirib bu istiqamətdə davam etməliyik. Turizm sənayesi də bu yay mövsümünü səbirsizliklə gözləyir və güman edir ki, bu ilin yay mövsümündə böyük canlanma olar. Ötən illə müqayisədə daha çox turist gözləyə bilərik. Pandemiyadan öncəki rəqəmlərə bir mövsümdə hələlik çata bilmərik, ancaq bu istiqamətdə hərəkət edəcəyik.
Ümid edək ki, qarşıdan gələn mövsüm canlanma yaradacaq. Yalnız Rusiya deyil, İran da böyük ölkədir, daha çox turist göndərmək imkanı var. Türkiyəni yaddan çıxarmaq olmaz, dost, qonşu ölkədir, vətəndaşlar qarşılıqlı ziyarət etməli, hər bir ölkənin mədəniyyəti, tarixi və digər özəllikləri ilə tanış olmalı, həm də digər turizm imkanlarından istifadə etməlidirlər. Bu həm dövlətlərarası münasibətlərə müsbət təsir göstərir, inteqrasiya proseslərinə dəstəkdir, eyni zamanda dövlətə maliyyə dəstəyi gətirir”.

Continue Reading

Previous: “Hökumətlərarası komissiyanın iclasını keçirmək lazım olacaq” – Prezident
Next: Kinoteatrlarda filmlər niyə rusca nümayiş olunur?

Bölmənin digər xəbərləri

Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB
  • Cəmiyyət

Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB

31 Yanvar, 2026
İranda internet bərpa olundu
  • Cəmiyyət

İranda internet bərpa olundu

31 Yanvar, 2026
Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək
  • Cəmiyyət

Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək

31 Yanvar, 2026

Top 7 Xəbər

Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB 1

Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB

31 Yanvar, 2026
Türkiyədə keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb 2

Türkiyədə keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb

31 Yanvar, 2026
Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq 3

Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq

31 Yanvar, 2026
Pakistan təhlükəsizlik qüvvələri son iki gündə 70-dən çox silahlını öldürüb 4

Pakistan təhlükəsizlik qüvvələri son iki gündə 70-dən çox silahlını öldürüb

31 Yanvar, 2026
İranda internet bərpa olundu 5

İranda internet bərpa olundu

31 Yanvar, 2026
Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək 6

Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək

31 Yanvar, 2026
Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib 7

Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib

31 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 796)
  • Dünya (3. 161)
  • Gündəm (11. 000)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (457)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (332)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8796) Dünya (3161) Gündəm (11000) Kateqoriyasızlar (457) Kriminal (1323) Mədəniyyət (332) Siyasət (2931) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB 31 Yanvar, 2026
  • Türkiyədə keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb 31 Yanvar, 2026
  • Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq 31 Yanvar, 2026
  • Pakistan təhlükəsizlik qüvvələri son iki gündə 70-dən çox silahlını öldürüb 31 Yanvar, 2026
  • İranda internet bərpa olundu 31 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.