Skip to content
6 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 438)
  • Dünya (3. 042)
  • Gündəm (10. 557)
  • İdman (588)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vandalizm faktları ilə bağlı“Vandalizm” sənədli filminin çəkilməsi (azərbaycan, rus və ingilis dillərində)”layihəsinin təqdimat mərasimi keçirildi

19 aprel 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının qərargahında “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vandalizm
Cavidan 19 Aprel, 2022

19 aprel 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının qərargahında “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vandalizm faktları ilə bağlı “Vandalizm” sənədli filminin çəkilməsi (azərbaycan, rus və ingilis dillərində)” layihəsinin təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılan bu layihədə məqsəd ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı törətdikləri vandalizm aktlarını və bunların nəticələrini dünya ictimaiyyətinə çatdırmaqdır. Bununla əlaqədar layihə çərçivəsində hazırlanmış “Vandalizm” adlı sənədli film rus və ingilis dillərinə də tərcümə edilib. Bu versiyalar Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinə və beynəlxalq təşkilatlara, həmçinin ölkəmizdə işləyən yaxud Azərbaycana turist kimi səfər edən əcnəbilərə paylanacaq. Bundan əlavə, “Vandalizm” filminin əcnəbi dillərə tərcümə edilmiş versiyaları xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının köməyi ilə həmin ölkələrin cəmiyyətlərində yayılacaq. Vurğulamaq lazımdır ki, “Vandalizm” sənədli filmi sosial şəbəkələrdə də geniş təbliğ olunacaq.

Azərbaycanın dövlət himninin səsləndirilməsi, daha sonra isə şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan təqdimat mərasimində millət vəkilləri, ziyalılar, ictimai xadimlər, vətəndaş cəmiyyətinin nümayəndələri, həmçinin media mənsubları iştirak ediblər. Geniş ictimaiyyətə təqdim olunan sənədli filmdə ermənilərin vandalizm siyasətinin mahiyyəti ifşa edilir. Qeyd olunur ki, bu siyasət dərin köklərə malikdir və tarixin müxtəlif dövrlərində Azərbaycan xalqına qarşı soyqırımlar törətməkdə, azərbaycanlılara məxsus tarixi abidələri dağıtmaqda, dini mənsubiyyətindən asılı olmayaraq məscid, məbəd və s. qədim müqəddəs məkanları tanınmaz hala salmaqda, bunları yerlə-yeksan etməkdə özünü büruzə verib. Dünya erməni vandalizminin nəticəsini görməli, bunu bilməlidir. Bizim məqsədimiz məhz budur. Beynəlxalq aləm cinayətkar barəsində mütləq ölçü götürməlidir.

Sənədli filmə baxışdan sonra onun ətrafında geniş müzakirələr aparıldı. Layihənin rəhbəri Büllur Məmmədova, millət vəkili Musa Qasımlı, Azərbaycan Respublikasın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Ülkər Süleymanova, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəsmi nümayəndəsi Azadə Novruzova və Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov erməni vandalizminin tarixi kökləri, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında tarixi-dini abidələrimizə qarşı törədilmiş vəhşi əməllərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi və bu əməllərin bütün hüquqi və mənəvi normalara tam zidd olması barədə danışıblar, həmçinin erməni cinayətlərini beynəlxalq aləmə çatdırmaq məqsədi ilə bundan sonra da layihələrin işlənməsinin zəruriliyi barədə fikir və təkliflərini səsləndiriblər.

Qeyd etmək lazımdır ki, “Vandalizm” sənədli filmi “Aktual Media Group” mərkəzində hazırlanmışdır.

Continue Reading

Previous: Rövnəq Abdullayevin müşaviri olan sabiq MTN zabiti İŞDƏN ÇIXARILDI
Next: Aygün Attar İlham Əliyevə təşəkkür etdi

Bölmənin digər xəbərləri

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
  • Cəmiyyət

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb

6 Dekabr, 2025
Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək
  • Cəmiyyət

Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək

6 Dekabr, 2025
Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL
  • Cəmiyyət

Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL

6 Dekabr, 2025

Top 7 Xəbər

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb 1

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb

6 Dekabr, 2025
Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək 2

Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək

6 Dekabr, 2025
Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL 3

Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL

6 Dekabr, 2025
Nazir müavini: Növbəti ildə gənclər siyasətində peşəkar iştirakçılıq gündəmə gətiriləcək 4

Nazir müavini: Növbəti ildə gənclər siyasətində peşəkar iştirakçılıq gündəmə gətiriləcək

6 Dekabr, 2025
İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib 5

İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

6 Dekabr, 2025
“Zirə” -“Qarabağ” və “Sabah” – “Neftçi” matçına təyinatlar açıqlanıb 6

“Zirə” -“Qarabağ” və “Sabah” – “Neftçi” matçına təyinatlar açıqlanıb

6 Dekabr, 2025
Fransız hərbçiləri nüvə sualtı qayıqlarının bazası üzərindəki dronlara atəş açıblar 7

Fransız hərbçiləri nüvə sualtı qayıqlarının bazası üzərindəki dronlara atəş açıblar

5 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 438)
  • Dünya (3. 042)
  • Gündəm (10. 557)
  • İdman (588)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8438) Dünya (3042) Gündəm (10557) Kateqoriyasızlar (435) Kriminal (1292) Mədəniyyət (321) Siyasət (2908) Texnologiya (14) İdman (588) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb 6 Dekabr, 2025
  • Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək 6 Dekabr, 2025
  • Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL 6 Dekabr, 2025
  • Nazir müavini: Növbəti ildə gənclər siyasətində peşəkar iştirakçılıq gündəmə gətiriləcək 6 Dekabr, 2025
  • İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib 6 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.