Skip to content
22 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 724)
  • Dünya (3. 135)
  • Gündəm (10. 903)
  • İdman (609)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 316)
  • Mədəniyyət (328)
  • Siyasət (2. 925)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kriminal
  • Kriminal

DTX-dən ƏMƏLİYYAT: 5 saniyəyə satılan mənzillərə görə 6 nəfər saxlanıldı

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixində güzəştlə
Cavidan 15 Aprel, 2022

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixində güzəştlə satışı prosesi yerinə yetirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə mənzillərin seçimi prosesinə müdaxilə halları müşahidə edilib, Agentliyin şəffaf fəaliyyətinin təcəssümü kimi bu məsələnin araşdırılması üçün aidiyyəti üzrə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edilib.
Addim.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Məlumatda bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidmətində ilkin araşdırmalar aparılaraq faktla bağlı Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanılıb.
Müəyyən edilib ki, Azərbaycan vətəndaşları Məmmədov Elçin Elman oğlu, Hacıyev Ruslan Afiz oğlu, Hüseynov Firudin İlqar oğlu, Lətifzadə Yunis İltimas oğlu, Abdullayev Tərlan Tahir oğlu və Məmmədov Cavid Fəhrad oğlu digərləri ilə əlbir olub ayrı-ayrı qruplar halında Mənzil İnşaatı Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan maddi maraq zəminində onlara müraciət etmiş şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiq etməklə 30.03.2022-ci il tarixində “Güzəştli mənzil” informasiya sisteminə daxil olub və kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə hüququ olan vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurublar.
Həmin şəxslər Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb edilmişlər. Cinayət işi üzrə araşdırmalar davam edir.
Hazırda Dövlət Təhlükəsizliyi Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən qeyd olunan məsələlərlə bağlı zəruri hüquqi prosedur tədbirlər yerinə yetirilir. Dövlət tərəfindən güzəştli mənzil satışı prosesinə kibercinayətlər yolu ilə və ya digər qanunsuz müdaxilə halları və belə əməllər nəticəsində vətəndaşların seçimindən yayındırılmış mənzillərə dair obyektiv hüquqi qiymət verilməsi təmin ediləcək.
Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, sözügedən güzəştli mənzillərin 4-5 saniyə ərzində satıldığı bildirilmişdi.

Continue Reading

Previous: Əmisini və onun arvadını döydü
Next: Şəmkirdə yaşayış binasında YANĞIN

Bölmənin digər xəbərləri

Buzovnada maşın piyadanı vuraraq öldürüb
  • Gündəm

Buzovnada maşın piyadanı vuraraq öldürüb

22 Yanvar, 2026
“Şöhrət” ordenli alim vəfat etdi
  • Kriminal

“Şöhrət” ordenli alim vəfat etdi

19 Yanvar, 2026
Şəmkirdə maşın betona çırpılıb, 2 nəfər xəsarət alıb – FOTO
  • Gündəm

Şəmkirdə maşın betona çırpılıb, 2 nəfər xəsarət alıb – FOTO

17 Yanvar, 2026

Top 7 Xəbər

Aİ komissarı: Azərbaycan Prezidenti ilə görüşdə ticarət əlaqələrinin gücləndirilməsi üzrə razılıq əldə olunub 1

Aİ komissarı: Azərbaycan Prezidenti ilə görüşdə ticarət əlaqələrinin gücləndirilməsi üzrə razılıq əldə olunub

22 Yanvar, 2026
ABŞ Suriyada həbsdə olan 7 minədək İŞİD-çini İraqa köçürür 2

ABŞ Suriyada həbsdə olan 7 minədək İŞİD-çini İraqa köçürür

22 Yanvar, 2026
Deputat qatlanan bıçaqların satışının qadağan olunmasını istəyir 3

Deputat qatlanan bıçaqların satışının qadağan olunmasını istəyir

22 Yanvar, 2026
Buzovnada maşın piyadanı vuraraq öldürüb 4

Buzovnada maşın piyadanı vuraraq öldürüb

22 Yanvar, 2026
Bu gün AvroLiqada 7-ci tur oynanılacaq – AFİŞA 5

Bu gün AvroLiqada 7-ci tur oynanılacaq – AFİŞA

22 Yanvar, 2026
İlham Əliyev “Qarabağ”ı TƏBRİK ETDİ 6

İlham Əliyev “Qarabağ”ı TƏBRİK ETDİ

22 Yanvar, 2026
Saat 10:00-da qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ 7

Saat 10:00-da qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

22 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 724)
  • Dünya (3. 135)
  • Gündəm (10. 903)
  • İdman (609)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 316)
  • Mədəniyyət (328)
  • Siyasət (2. 925)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8724) Dünya (3135) Gündəm (10903) Kateqoriyasızlar (452) Kriminal (1316) Mədəniyyət (328) Siyasət (2925) Texnologiya (14) İdman (609) İqtisadiyyat (559)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Aİ komissarı: Azərbaycan Prezidenti ilə görüşdə ticarət əlaqələrinin gücləndirilməsi üzrə razılıq əldə olunub 22 Yanvar, 2026
  • ABŞ Suriyada həbsdə olan 7 minədək İŞİD-çini İraqa köçürür 22 Yanvar, 2026
  • Deputat qatlanan bıçaqların satışının qadağan olunmasını istəyir 22 Yanvar, 2026
  • Buzovnada maşın piyadanı vuraraq öldürüb 22 Yanvar, 2026
  • Bu gün AvroLiqada 7-ci tur oynanılacaq – AFİŞA 22 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.