Tarixə görə çeşidlənmiş məqalələr Cümə axşamı, 27 Avqust 2020
Cümə axşamı, 27 Avqust 2020 16:28

Bakıda vəkil intihar etdi

 

Bölmə: HADİSƏ
Cümə axşamı, 27 Avqust 2020 14:49

Elnarə Abdullayeva bölməyə aparıldı

Cümə axşamı, 27 Avqust 2020 14:26

Sabah 32 dərəcə isti olacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər zəif duman müşahidə olunacaq, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-21, gündüz  29-32, Bakıda gecə 19-21, gündüz  29-31 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normadan aşağı - 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində gündüz cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacaq.   

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 28-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

 

Bölmə: MARAQLI
Cümə axşamı, 27 Avqust 2020 13:21

Lerikdə qəza: Ölən var

Bölmə: HADİSƏ
1 -dən səhifə 2
Top