Toylar niyə sentyabr ayına qədər təxirə düşüb? - AYDINLIQ GƏTİRİLDİ
Xüsusi

16 May 2020

 

Bəzi xəbər portallarında Operativ Qərargahın keçirdiyi brifinqdə çıxış edən TƏBİB İdarə heyətinin rəhbəri Ramin Bayramlının toyların sentyabrda keçiriləcəyi ilə bağlı fikirlər səsləndirdiyi ilə bağlı xəbərlər yayılıb.

 


Bununla bağlı Sonxeber.az-a danışan TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva yayılan xəbərin həqiqətə uyğun olmadığını bildirib:

"Ramin müəllim dünən keçirilən brifinqdə toyların keçirilməsinə sentyabrda icazə veriləcəyi ilə bağlı fikirlər səsləndirməyib. İstəyən dünən keçirilən brifinqi açıb yenidən izləyə bilər. Saytlarda gedən məlumat brifinqdə səsləndirilməyib".

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top