“Google” “Play Music” servisinin fəaliyyətini dayandırır
Xüsusi

15 May 2020

“Google” şirkəti “Play Music” servisinin fəaliyyətini cari ilin sonunda dayandıracaq.

Köhnə xidməti “YouTube Music” əvəz edəcək

 

Korrespondent.net şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, tərtibatçılar, istifadəçilərin telefonunda olan musiqi siyahısının “Play Music”dən birbaşa “YouTube Music”ə köçürülməsi üçün xüsusi tətbiq hazırlayıblar.

Hələlik istifadəçilərin hər iki xidmətə girişi sərbəstdir.

“Google” dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış transmilli şirkətdir.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top