Uşaqlar niyə intihar edirlər? – Hamının nəzərə almalı olduğu MƏQAMLAR
Xüsusi

12 Mart 2020

 

Xəbər verdiyimiz kimi, ötən gün Sabirabad rayonunun Sarxanbəyli kənd sakini, 2009-cu il təvəllüdlü N.S. özünü yaşadığı evin həyətindəki damda asaraq intihar edib. Azyaşlılar arasında intihar hallarının artması müzakirələrə səbəb olub. Uşağın ailə üzvləri, qohumlarıyla yanaşı, cəmiyyəti, telekanalları günahlandıranlar da var.

Azyaşlıların intihara meyl etməsinə səbəb nədir?

Psixoloq Qənirə Əliyeva Yenisabah.az-a açıqlamasında məsələyə münasibət bildirib. O, azyaşlı uşaqların intiharında əsas günahkar kimi valideyni gördüyünü söyləyib: "Azyaşlı usaq psixologiyası çox zərifdir, desək, yanılmarıq. Uşaq daim sevgi və qayğı gözləyir. Onda hələ güclü iradə formalaşmadığından tez küsür və əlacsız duruma düşür. Bəzən uşaqlar müxtəlif səbəblərdən valideynlərinin birindən məhrum olurlar. Burda əsas iş uşaqla qalan valideynin üzərinə düşür. Yaxud ana vəfat edir, ata ikinci dəfə evlənir. Çox həssas durumdur. İkinci dəfə evlənən ata əvvəlcə uşağı bu izdivaca hazırlamalıdır. Əgər atsa, uşaqda "Atam və ya anam məni istəmir, mən lazımsızam”, fikri meydana gəlir. Və acıq çıxmaq üçün "Qoy mənsiz qalsın, indi gör mən neyləyəcəm” fikri ilə canına qıyır.

Burda tək günahkar valideyndir. Usağın yanında olan nənə, dayı, əmi ola bilsin, fikir verməyə. Amma valideyn uşağın psixi durumunu görür. O, təkliyə çəkilir, yemir, içmir, uşaqlarla oynamır. Azyaşlı uşaqları intihara sürükləyən ən vacib nüans uşağın daxilən tənhalaşması və valideyn səhlənkarlığıdır. Ata evlənsə belə, uşaqla qadın arasında bir əlaqə qurmalıdır. Uşaq anasının, ya da atasının yerinə asanlıqla başqa insanı qoymaq istəmir və bu uşaqlarda dərin izlər buraxır. Ağıllı valideyn ilk öncə övladını və onun psixi durumunu düşünür. Ağılsız isə öz ehtiyaclarını. Hamı valideyn ola bilmir. Onu da qeyd edim ki, şiddət doğuran komputer oyunları da uşaqları intihara sövq edir. Amma səbəblər çox vaxt müxtəlif olur. Uşaqla hesablaşmaq və qayğı göstərmək lazımdır”. 

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top