Nazir müşaviri açıqladı: Azərbaycanda ən çox pensiya neçə manatdır?
Xüsusi

12 Fevral 2020

 

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli Azərbaycanın pensiya sistemini rəqəmlərlə izah edib. 

Oxu.Az-ın məlumatına görə, müşavir bununla bağlı “Facebook” profilində paylaşım edib. 

O bildirib ki, pensiya 3 halda təyin olunur: 

 

1. Şəxs pensiya yaşına çatdıqda - yaşa görə pensiya 
2. Şəxs əmək qabiliyyətini itirdikdə - əlilliyə görə pensiya 
3. Şəxs vəfat etdikdə - ailə başçısını itirməyə görə pensiya 

Onun sözlərinə görə, Azərbaycanda pensiyaçıların sayı 1 280 000 nəfərdir. Bu da ölkə əhalisinin 13%-ni təşkil edir.  

1. Yaşa görə pensiyaçılar - 750000 (pensiyaçıların 60%-i) 
2. Əlilliyə görə pensiyaçılar - 380000 (pensiyaçıların 30%-i) 
3. ABİ-yə görə pensiyaçılar - 150000 (pensiyaçıların 10%-i) 

Pensiya məbləğləri: 

1. Minimum pensiya məbləği - 200 manat 
2. Orta pensiya məbləği - 300 manat 
3. Maksimum pensiya məbləği - 18.208 manat 

Pensiya artımı üzrə indeksasiya: 

1. 2017-ci il üzrə - 5.7% artım 
2. 2018-ci il üzrə - 3% artım 
3. 2019-cu il üzrə - 16.6% artım 

Nazir müşaviri pensiyaya dair formalaşmış yanlış fikirləri də açıqlayıb:  

1. Pensiya heç də həmişə tək qocalıqla əlaqəli olmur. Şəxs istənilən yaşda əlil olduqda və ya vəfat etdikdə (onun ailə üzvü) də pensiya əldə edə bilər. 

2. Pensiya heç də həmişə 200 manat olmur. Hal-hazırda aylıq 18.208 manat pensiya alan şəxs var. 

3. Pensiya artımı heç də həmişə cüzi olmur. Son artım 16.6% təşkil edərək pensiyaları 33 - 2400 manat aralığında artırıb.

 

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top