“Instagram”a yeni funksiya əlavə edildi
Xüsusi

07 Fevral 2020

 

"Instagram” sosial şəbəkəsi tətbiqinin "abunələr” bölməsinə xüsusi kateqoriyalar əlavə edilib.



Addim.az RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı "Instagram”ın baş direktoru Adam Mosseri "Twitter” səhifəsində yayıb.


Yeni dəyişiklik özündə iki əlavəni ehtiva edir: paylaşım lentində ən çox göstərilən profillər və istifadəçinin ən az əlaqədə olduğu hesablar.


Məlumata görə, yeni dəyişiklik sosial şəbəkəyə reklamlara baxış sayını artırmağa yol açacaq. 


İstifadəçilər isə maraqsız paylaşımları az görməyə başlayacaqlar və lenti çevirməyə davam edəcəklər. 

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top