Azərbaycanda xəstənin qarnında qayçı unudan həkimlə bağlı QƏRAR VERİLDİ - RƏSMİ
Xüsusi

14 Yanvar 2020

 

Gəncədə xəstənin qarnında qayçı qoyan həkimlər və tibb işçilərilə bağlı rəsmi qərar verilib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, 2 iyul 2019-cu il tarixində pasient Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında əməliyyat olunub.

2 dekabr 2019-cu il tarixində xəstə ağrılarla özəl klinikalardan birinə müraciət edib və qarın boşluğunda qayçı olduğu aşkarlanıb.

Həmin gün yenidən Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasında əməliyyat olunaraq qayçı çıxarılıb.

Hadisədən sonra xəstəxananın baş həkimi və baş həkimin müavininə xəbərdarlıq, əməliyyat aparan iki həkim və tibb bacısına isə şiddətli töhmət elan edilib.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top