Nazir ona yüksək vəzifə verdi
Xüsusi

13 Yanvar 2020

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, Elşən Allahverdiyev qurumun tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Bu barədə E.Allahverdiyev özü məlumat verib.

 

Qeyd edək ki, o, bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi vəzifələrində çalışıb.

Xatırladaq ki, Prezident İlham Əliyev “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamla MBNP ləğv edilib. 

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top