Azərbaycanlı icra başçısı cərimələndi
Xüsusi

09 Yanvar 2020

Gürcüstanın Marneuli rayonunun icra başçısı Zaur Darğallı bəyannaməsində yol verdiyi qeyri-dəqiqliyə görə cərimələnib.

Addim.az "Report"a istinadən xəər verir ki, Z.Darğallı bəyannaməsində bank hesabı və gəlirlərlə bağlı məlumatlarda səhvlərə yol verib.

 

Azərbaycanlı rayon rəhbəri təqdim etdiyi məlumatlarda qeyri-dəqiqliyə yol verdiyinə görə əməkhaqqısının 20%-i, lakin 500 laridən az olmayan məbləğdə cərimə olunub.

Gürcüstanın İctimai Xidmətlər Bürosunun monitorinqi zamanı nazir, deputat, hakim və digər yüksək vəzifəli şəxslərin ötən il üzrə, ümumilikdə, 607 bəyannaməsi yoxlanılıb.

 

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Top